Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Soyuqdəymənin qarşısını almaq üçün 7 faydalı məsləhət
Soyuqdəymənin qarşısını almaq üçün 7 faydalı məsləhət
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 551
Səs ver:
İnsanların əksəriyyəti fikirləşir ki, soyuqdəymə xəstəliklərinin səbəbi məhz soyuq hava olur - insan havaya uyğun geyinmir və ya yağışa düşür, üşüyür və nəticədə xəstələnir.
Lakin bu belə deyil. Soyuqdəymə xəstəliklərinin "taqsırkarı" soyuq hava deyil, müxtəlif viruslardır. Sadəcə orqanizmin soyuması immun sistemini zəiflədir, immunitet viruslara lazım olan səviyyədə müqavimət göstərə bilmir və nəticədə xəstəlik inkişaf edir.
Beləliklə, soyuqlama virus xəstəliyinin inkişafına təkan verə bilər. Bu səbəbdən əgər siz soyuğa, yağışa düşmüsünüzsə, bu tövsiyələrdən istifadə edin:
 
1. Paltarınızı dəyişin, isti paltar, isti corab geyinin. Bədəninizi və ayaqlarınızı quru dəsmalla yaxşıca sürtün. Bu qan dövranını sürətləndirir və bədən daha tez qızışır.
2. Dərhal isti qara və ya yaşıl çay limonla və ya itburnu, zəncəfil dəmləməsi, çobanyastığı çayı için. Bal əlavə edə bilərsiniz. Bal immun sistemini gücləndirir və həmçinin çox güclü virus və iltihabəleyhinə təsirə malikdir.
3. Adi xörək duzunu tavada yaxşı qızdırın və kiçik torbalara töküb burnunuza qoyun. Burun boşluğunda hərarətin yüksəlməsi orqanizmin virusəleyhinə müdafiəsini gücləndirir.
4. İsti suya (45-50 C) 3-4 xörək qaşığı xardal tozu tökün və 10-15 dəqiqə ərzində ayaqlarınızı bu suda saxlayın. Daha sonra ayaqlarınız yaxşı qurulayın, isti yun corab  geyinin və dərhal yatmağa gedin.
5. Həkimlərin fikirinə görə, yaxşı yuxu soyuqdəymənin qarşısını ala bilir. 8 saatdan az olmayaraq yatın.
6. Yatmazdan əvvəl yun corablara 1-2 çay qaşığı xardal tozu tökün, corabları geyinin və belə yatın. Xardal tozu ayaqları yaxşı isindirir.
7. Yatmazdan əvvəl belə "müalicəvi" buterbrod yeyə bilərsiniz: 1 diş sarımsağı xırda doğrayın, kərə yağı ilə qarışdırın və çörəyə çəkib yeyin. Sarımsaq immun sisteminə müsbət təsir edir və həmçinin virisəleyhinə təsirə malikdir.


Şərhlər:
Baxılıb: 551
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz