Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir stəkan suyun 53-dən çox faydası
Bir stəkan suyun 53-dən çox faydası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 521
Səs ver:
İnsan orqanizmi sutka ərzində 2 litr maye qəbul etməlidir. Belə olan halda bizə sadəcə su içmək qalır. Əlbəttə ki, söhbət təmiz sudan gedir.

1. Suyun insan vücudu üçün həyati önəmi olduğunu bilməyən yoxdur. Az su içmək vücudun bütün tarazlığını alt-üst edə bilir.

2. Su maddələr mübadiləsinin nizamlanmasında və bədənimizdəki bütün reaksiyaların yaranmasında cavabdehdir. İndi təsəvvür edin ki, bir stəkan su içdiyiniz zaman orqanizminizdə nələr baş verir!

5. Susuz qalmaq cinsiyyət hormonunun normal istehsalına əngəl olur.

6. Su içdiyiniz zaman susuzluq və aclıq hisslərini ayırd edə bilirsiniz.

7. Arıqlamağın ən yaxşı yolu su içməkdir. Nizamlı fasilələrlə su için və ciddi bir rejim saxlamadan arıqlayın. Aclıq hiss etdiyiniz zaman çox yeməməli, amma susadığınızda suyunuzu içməlisiniz.

8. Dehidrasiya, yəni bədənin həddindən artıq su itirməsi toxuma boşluqları, oynaqlar, böyrəklər, qaraciyər, beyin və dəridə zəhərli çöküntülərin yığılmasına gətirib çıxarır. Su bütün bunları təmizləyir.

9. Su DNT-nin korlanmasının qarşısını alır və təmir mexanizmlərinin daha yaxşı işinə köməkçi olur. Beləcə, yaranan anormal DNT sayı azalır.

10. İmmunitet sisteminin mərkəzi olan sümük iliyində bu sistemi xərçəng də daxil olmaq üzrə müxtəlif xəstəliklərə qarşı gücləndirir.

11. Su bütün qidaların, vitamin və mineralların əsas həlledicisidir. Bədəndə qidaları kiçik parçalara ayırır, həzmlərində və son metabolik mərhələlərində həllolunma vəzifəsini yerinə yetirir.

12. Qidalara enerji verir və parçalanan qidalar həzm müddətində bu enerjini bədənə köçürür.

13. Susuz yeyilən yeməyin bədən üçün heç bir enerji dəyəri yoxdur.

14. Su qidalardakı lazımlı elementlərin sorulmasını, yəni kiçik molekullu qidaların həzm sisteminin iç səthini çevrələyən bağırsaq epitel hüceyrələrinə, bu hüceyrələrdən də qan damarlarına keçirilməsini artırır.

15. Bütün elementlərin bədənə daşınmasına köməkçi olur.

16. Ağciyərlərdə oksigen yığan qırmızı qan hüceyrələrinin iş səmərəsini artırır.

17. Hüceyrəyə çatan su o hüceyrəyə oksigen verir və tullantı qazları bədəndən atılmaları üçün ağciyərlərə daşıyır.

18. Heç bir şey susuz yaşaya bilməz.

19. Nisbi su çatışmazlığı bədənin bəzi funksiyalarını əvvəl zəiflədir, sonra öldürür.

20. Su təməl enerji qaynağıdır.

21. Su bədənin hər hüceyrəsində elektriki və maqnetik enerji yaradır, bizə həyat gücü verir.

22. Hüceyrə quruluşundakı maddələri bir-birinə bağlayan bir yapışdırıcıdır.

23. Bədənin müxtəlif  bölgələrindən zəhərli tullantıları toplayır və atılmaları üçün qaraciyərə, ya da böyrəklərə ötürür.

24. Oynaq boşluqlarındakı təməl yağlayıcı maddədir, artrit və kürək ağrılarının meydana gəlməsinin qarşısının alınmasında köməkçi olur.

25. Onurğadakı diskləri su yastıqlarına çevirir.

27. Bağırsaqları ən yaxşı işlədən yağlayıcı maddədir, qəbizliyin qarşısını alır.

28. İnfarkt və insulta qarşı qoruyucudur.

29. Düşünmə başda olmaqla bütün beyin funksiyaları üçün bizə güc və elektriki enerji verir.

30. Serotonin və digər sinir hormonlarının istehsalı üçün əvəzolunmazdır.

31. Melatonin də daxil olmaqla, beyində istehsal edilən bütün hormonların istehsalı üçün gərəklidir.

32. Uşaqlarda və böyüklərdə diqqət çatışmazlığı probleminin həllində böyük rol oynayır.

33. İş səmərəsini artırır və diqqət aralığını böyüdür.

34. Su dünyadakı digər bütün mayelərdən daha asan tapılır və heç bir fəsadı yoxdur.

35. Gözlərə canlılıq və parlaqlıq verir.

36. Qloukomadan qorunmağımıza yardım edir.

37. Sümük iliyində qan istehsalı sistemlərini nizamlayır, talasemiya və lenfoma xəstəliklərinin meydana gəlməsinin profilaktikasında kömək edir.

38. Bədəndə infeksiya və xərçəng hüceyrələrinin inkişaf etdiyi bölgələrdə immunitet sistemini gücləndirmək üçün çox lazımlıdır.

39. Qanı sulandırır və qan dövranı zamanı laxtalanmanın qarşısını alır.

40. Qadınlarda menstruasiya öncəsi ağrıları və qızdırmanı sakitləşdirir.

41. Ürək döyüntüsü ilə birlikdə qanı sulandırıb, dalğalandıraraq qatı maddələrin dibə çökməsini əngəlləyir.

42. Dehidrasiya əsnasında insan bədənində istifadə edilə biləcək bir su anbarı yoxdur. Bu səbəbdən gün boyunca nizamlı olaraq su içmək lazımdır.

43. Zehin və vücud funksiyalarını tamlaşdırır.

44. Qərar vermə və hədəfləri təyin etmə bacarığını artırır.

45. Qocaldıqda yaddaşsızlığın profilaktikasında böyük təsiri var.

46. Alzheimer, multipl skleroz, Parkinson və Lou Gehring xəstəliklərinin riskini azaldır.

47. Kafein, alkoqol və bəzi dərmanlara asılılığın aradan qaldırılmasında kömək edir.

48. Ürək və beyin damarlarında qan laxtalanmasının qarşısını alır.

49. Bədənin soyuma (tərləmə) və istilik sistemləri üçün əvəzolunmazdır.

50. Stress, gərginlik və depressiya hallarının zəifləməsində çox köməyi olur.

51. Yuxunu qaydaya salır.

52. Yorğunluğun aradan qaldırılmasında çox kömək edir və bizə gənclik enerjisi verir.

53. Dərini yumşaldır, nəmləndirir və yaşlılıq əlamətləri olan qırışların azalmasında köməkçidir.


Şərhlər:
Baxılıb: 521
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz