Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kaş əvvəl bunları bilsəydim
Kaş əvvəl bunları bilsəydim
Göndərən: Menim balam
Şərhlər:
Baxılıb: 863
Səs ver:
Dişiniz ağrıyır? Baş ağrınız var? Yata bilmirsiniz?
Bütün bu narahatçılıqların çox sadə bir həlli var.

Diş ağrısı
Əgər dişiniz ağrıyırsa, baş barmağınızla işarə barmağınız arasındakı hissəni buz ilə ovxalayın. Ağrınız 50% azalacaq.

Gərginsiniz?
Bir çox insan yığıncaqdan, imtahandan və ya təqdimatdan əvvəl gərginlik yaşayır. Bu zaman əlinizə bir dəftər alın və duyğularınızı yazın. Duyğularınızı yazdıqca stresinizin azaldığını görəcəksiniz.

Səs-küylü mühitdəsiz?
Əgər çox səs-küylü bir mühitdəsinizsə, sizinlə danışmaq istəyənlərə sağ qulağınızı uzadın çünki sol qulaq musiqi, sağ qulaq isə söz və danışğı yaxşı eşidir.

Avtomobil istifadə edərkən
Uzun yolda avtomobil istifadə edərkən yuxunuzun gəlməməsi üçün saqqız çeynəyin.

Sərxoşsuz?
Qulağınızın içində tarazlıqda dayanmanızı təmin edən maye vardır. Spirt qəbul etdikdə bu tarazlıq pozulur. Əgər baş gicəllənməsi varsa, beyin tarazlığını təşkil etmək üçün iki əlinizlə birdən bir masadan tutun və bir müddət sabit qalın. Əgər evə gəlib yatağa uzandığınız zaman baş gicəllənməniz keçməyibsə, bir ayağınızı yerə basın. Bu vəziyyət beyninizin idarəetmə qabiliyyətini təmin edəcək.

Asqırmaq istəmirəm
Əgər asqırmağınız gəlibsə, onu dayandırmağa çalışmaq çox təhlükəlidir. Ancaq asqırmaq istəmirsinizsə, bunu hiss etdiyiniz zaman dilinizi dişlərinizin arxasına möhkəm sıxın.

Özünə inam
Əgər bir görüşə gedirsizsə və özünüzü əmin hiss etmək istəyirsinizsə, iki ayağınızı yüngülcə aralayın. Dik durun və əllərinizi yumruq tutaraq yuxarı qaldırın. Bir neçə dəfə bu vəziyyətdə dərin nəfəs alıb və verin.

Sızanaqlar
Sızanaqlardan xilas olmaq istəyirsinizsə, duş aldıqdan sonra soyuq suyla şok edəcək şəkildə sızanaqlar olan bölgələri yuyun. Soyuq su məsamələri bağlayır, kir və bakteriyalar yaranmasına səbəb olan məsamələrin də bağlanmasını təmin edər.

Ağcaqanad dişləyərsə
Ağcaqanadın dişlədiyi yerə bir az dezodorant çəksəniz qaşıntı dayanacaq.

Yata bilmirsiniz?
Əgər yata bilmirsinizsə, 1 dəqiqə ərzində gözlərinizi sürətli şəkildə açıb bağlayın. Gözləriniz yorulacaq və yuxuya getmək üçün bağlanacaq.

Yeməkdən sonra yuxunuz gəlir?
Yemək yedikdən sonra yatmaq sağlamlığınız üçün yaxşı bir fikir deyil amma yatsanız sol tərəfə dönərək yatın. Bu zaman turşu yemək borusundan yuxarı çıxaraq sizi narahat etməz.

Baş ağrınız varsa
Əgər baş ağrınız varsa, ağrı gəldiyində əllərinizin buz dolu suyun içinə salın. Baş ağrınızın dərhal keçdiyini görəcəksiniz.

Burnunuz tutulubsa
Əgər burnunuz tutulubsa, bir soğanı incə doğrayın və yatarkən yaxınınıza qoyun. Sabah yuxudan oyananda burnunuzun açıldığını görəcəksiniz.

Ürək döyüntünüz artırsa
Ürəyin döyüntüsünü azaltmağın yolu əvvəlcə burun dəliklərindən birini bağlayıb 7 saniyə nəfəs aldıqdan sonra 4 saniyə nəfəsi tutub sonra 6 saniyə daha yavaş nəfəs almaqdır. Nəfəs alışını yavaşlatsanız ürək döyüntünüzdə azalar.

Əsəbisinizsə
Gülümsəmək beyində xoşbəxtlik hormonlarını artırır. Bu araşdırmalarla isbat edilmişdir. Özünüzü pis hiss etdiyiniz zaman, dişlərinizin arasında bir qələm saxlayın. Üz əzələlərini zorla gülümsətmiş olacaqsınız amma beyin bunu gülümsəmə olaraq qəbul edib hormonla təmin edəcək.

Yol gedən zaman ürəyiniz bulanır?
Bir çox insan səfər zamanı nəqliyyatda olarkən ürəkbulanmasından əziyət çəkir. Bundan xilas olmaq üçün sol əlinizdə biləyinizin iç tərəfindən 3 barmaq yuxarını sıxın.

Yuxudan oyana bilmirsizniz?
Saatın zəngi çalır oyanırsız amma hələ çox yuxunuz olduğunu düşünürsüz. O zaman nəfəsinizi mümkün olduqca uzun müddət saxlayın və buraxın. Beləliklə ürək döyüntünüz sürətlənəcək və siz də yuxudan oyanacaqsız.

Sizi gülmək tutubsa
Əgər lazım olmayan bir yerdə siz gülməkdən özünüzü saxlaya bilimrisinizsə, ağrılı-acılı bir şey düşünməyə çalışın və ya özünüzü çimdikləyin. Bədəniniz ağrıyanda gülməyiniz dayanacaq.

Beynim dondu!
Əgər çox soyuq bir şeyi sürətli yesəniz və ya içsəniz ani bir baş ağrısı yaşaya bilərsiniz. Bunu dayandırmaq üçün dilinizi üst damağınıza sürətli şəkildə sıxın. Bu zaman sinirlər isinir və ağrı yüngülləşir.

Yatarkən oxuyun
Əgər səhər xatırlamanız lazım olan bir çıxışınız varsa, yatmazdan əvvəl mütləq oxuyun. Yatarkən beyniniz onu yaddaşınıza kodlayacak.


Şərhlər:
Baxılıb: 863
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz