Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həkimlərdən xəbərdarlıq: reseptsiz satılan antioksidantlar...
Həkimlərdən xəbərdarlıq: reseptsiz satılan antioksidantlar...
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 403
Səs ver:
İnsan orqanizmində yaşlanmanı ləngitdiyi və ümumiyyətlə, sağlamlığa faydalı olduğu düşünülən antioksidantlar, sən demə, dəri xərçənginin ən ölümcül formalarından olan melanoma xərçənginin yayılmasını sürətləndirirmiş.  

Alimlərin apardğı araşdırma nəticəsində bəlli olub ki, apteklərdə həkim resepti olmadan satılan antioksidant tərkibli vitaminlər və içərisində antioksidant olan digər dərman preparatları bədxassəli şişlərin sayında kəskin artıma səbəb olur. Həm də şişlərin aqressivliyini artırır.

Amerikalı alimlərin "Nature” dərgisində nəşr etdirdikləri araşdırmada deyilir ki, orqanizminə N-acetylcysteine (NAC) antioksidantı yeridilmiş siçanlarda melanoma hüceyrələri yayılması antioksidant vurulmamış siçanlardan iki ay tez baş verib.

Antioksidantlar insan orqanizmində təbii olaraq  da yaranır. Özü də sərbəst radikallar adlandırılan kimyəvi elementlərin DNK-nı zədələməsinin qarşısını almağa imkan verir. Yaşıl yarpaqlarda, meyvə və tərəvəzdə bol miqdarda antioksidant olur.

Alimlərin sözlərinə görə, antioksidantlar xərçəng hüceyrələrinin metastaz prosesinə, yəni vücudda yayılmasına kömək edir. Daha dəqiq desək, onlar antioksidantlar metastaz zamanı xərçəng hüceyrələrinin orqanizmi yad cisimlərdən qoruyan hüceyrələrlə mübarizədən qalib çıxmasına yardım edir.
Araşdırmanın nəticələri hələlik insanlar üzərində sınaqdan keçirilməyib. Ancaq araşdırma müəllifləri indidən məsləhət görürlər ki, xərçəng xəstələri öz qidalarında antioksidantlardan mümkün qədər uzaq dursunlar.

Araşdırma müəlliflərindən Sean Morrison bildirir ki, antioksidantların insan sağlamlığı üçün faydalı olduğu fikri o qədər beynimizə işləyib ki, hətta kliniki sınaqlar zamanı belə xərçəng xəstələrinə antioksidant verilir: "Bu sınaqların bir çoxu dərhal dayandırılmalıdır, çünki antioksidant qəbul edən pasiyentlərin daha tez öldüyü aşkardır”.

Bundan əvvəl isveçli alimlərin siçanlar üzərində apardığı araşdırma nəticəsində məlum olmuşdu ki, antioksidantlar, o cümlədən E vitamini bədxassəli şişlərin sayının üç dəfə artmasına və onların digərlərindən iki dəfə tez ölməsinə gətirib çıxarır.

Bundan başqa, daha dörd araşdırma döş və prostat xərçəngində də antioksidantların eyni effekti göstərdiyini ortaya çıxarıb.


Şərhlər:
Baxılıb: 403
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz