Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlara çox kömək edəcək kiçik sirrlər
Qadınlara çox kömək edəcək kiçik sirrlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1078
Səs ver:
Qırışmış xalçalar – Xalçanın qırışmış yerini hamarlamaq üçün yaş bezi həmin yerə sərin, ütünü onun üzərində gəzdirin. Bu əməliyyatı edərkən ütünü onun üzərində çox sıxmamağa çalışın. Qırışmış hissənin düzəldiyini görəcəksiniz. Lazım olsa, bir neçə dəfə təkrar edə bilərsiniz.

Dibçəkdəki güllər quruyursa – Bəzən evdəki dibçək güllərinin qurumasına səbəb böcəklər olur. Böcəklərin çiçəklərin köklərini yeməsinin qarşısını almaq üçün siqaret külündən faydalana bilərsiniz. Gülün kökünə tökülən kül böcəklərin ölməsinə səbəb olacaq.

Yumşaq mebelin tozunu alarkən – Tozsoranınız yoxdursa və divan-kreslonun tozunu almaq lazımdırsa, bu üsuldan istifadə edin: Tozunu alacağınız əşyanın üstünə nəmli dəsmal sərin, dəsmalın üzərinədən çubuq ilə vuraraq tozunu çıxarın. Çıxan toz nəmli dəsmala yapışdığı üçün otaq və əşyalarınız tozlanmayacaq .

Güvədən xilas olmaq üçün – Güvələrin dolablarınızı zəbt etməsinin qarşısını almaq üçün böyük bir portağalı götürün, üzərinə mixək batırın. Bunu geyim əşyaları olan dolabınıza və ya sandığın bir küncünə qoyun. Beləcə dolab güvədən təmizlənər.

Taxta qapı və çərçivələrin təmizliyi – Əllərin ağ və ya açıq rəngə boyanmış qapı və taxtalar üzərində xoşagəlməz izlər buraxdığı məlumdur . Bu ləkələri çiy bir kartofla təmizləyin. Kartofu ortadan ikiyə bölün və ləkəli yerə yüngülcə sürtün. Ləkələr dərhal yox olacaq və əşya əvvəlki halına dönəcək. Həmçinin taxta əşyanı təmizləmək üçün bu üsul da çox təsirlidir.

Qəhvə tökülərsə – Geyimə və ya xalçaya qəhvə tökülərsə, ləkəni soyuq su ilə islatdıqdan sonra dərhal bir neçə damcı qliserin ilə təmizləyin .

Mismarı vurmaq üçün – Divara böyük mismarları vurmaq heç də asan deyil. Hətta çətin olduğu qədər də, suvağı dağıda bilər. Bunun qarşısını almaq üçün mismarı vurmazdan əvvəl sabuna batırın. Beləcə mismar divara asanca girər


Şərhlər:
Baxılıb: 1078
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz