Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Limon mətbəxdə ən yaxşı köməkçiniz ola bilər
Limon mətbəxdə ən yaxşı köməkçiniz ola bilər
Göndərən: Menim balam
Şərhlər:
Baxılıb: 677
Səs ver:
Mətbəx xanımların ən çox vaxt keçirdikləri və həta ən çox qısqanclıqla yanaşdığı heç kimlə paylaşa bilmədikləri əvəzedilməz məkanlarındadır. Eyni zamanda xanımın səliqəsi, evdarlığı da məhz elə mətbəxindən bəlli olur. Ona görədə hər bir xanım mətbəxində ən yaxşı aşbaz olmağa çalışdığı kimi eyni səylə də mətbəxinin səliqə-sahmanına, tər-təmiz olmasına xüsusi əhəmiyyət verir. Bu problemin həllindəlimon sizin xilaskarınız ola bilər. Bunun üçün aşağıdakı üsulları tətbiq etməniz kifayətdir.

Sobadakı ləkələri təmizləmək
mikrodalğalı və ya normal sobanın içindəki ləkələri çıxarmaq  üçün limon ən praktik  yoldur. Bunun üçün  istiliyə davamlı bir qabı suyla doldurub içinə dilimlənmiş bir neçə limon əlavə edin. Sobanı qızdırın və həmin qabı sobaya qoyun. Limonlu suyun buxarının təsirindən ləkələr yumşalacaq və siz də heç əziyyət çəkmədən yaş bezlə rahatca həmin ləkələri silə bilərsiniz.

Pas ləkələrindən xilas olmaq
Bıçaq, çəngəl və ya metal əşyalarındakı pas ləkələrindən xilas olmaq üçün limonlu suda qaynadılması ən yaxşı üsuldur.

Qabyuyan  maşınını təmizləmək
Qabyuyan maşınızdan istifadə olunduqdan sonra yemək artıqlarının müəyyən hissələrdə qala bilməsi nəticəsində bəzən pis qoxularla rastlaşa bilərsiniz. Bunun üçün də limonun möcüzəvi faydasından istifadə edə bilərsiniz. Belə ki, salatlara üçün hazırladığınız limon sousunda istifadə etdiyiniz limonları qabyuyan maşınınızın qaşıq hissəsinə qoyaraq maşınınızı işlədin. Maşınınız pis qoxulardan təmizlənəcək.  Eyni zamanda qab yuyarkən belə qabların yanına kəsilmiş limon qoyarsanız qablarınız parıldayacaq.

Şüşələri asanlıqla təmizləmək
Şüşələrdə su ləkəsi qalmadan təmizləmək, daha parlaq görünməsini təmin etmək üçün durulama suyuna limon suyu əlavə edin.

Əllərdəki qoxudan xilas olmaq
Əllərinizə hopan balıq, sarımsaq, soğan kimi narahatedici qoxulardan xilas olmaq istəyirsinizsə limon suyuyla və ya salat sousu üçün sıktığınız limonla ovun.

Paltarlardakı  ləkələri çıxarmaq
Geyimlərinizdəki ləkələri yaxşıca çıxarmaq üçün yumadan 15 dəqiqə əvvəl ləkəli bölgəyə limon suyu sürtü və br qədər  gözlədin.

Əldə qab-qacaq yumaq
Əldə yuduğunuz bulaşıklarda limon istifadə edə bilərsiniz. Yarım limonun suyunu karbonat üzərinə sıxın. Bu qarışığı qab-qacaq süngerinin üzərinə qoyaraq qab-qacaqları bununla ovalayın.

Mətbəx mebelini təmizləmək
Mətbəx dəzgahlarını təmizləmək üçün 1 litr suya 1 limon suyu və 1 çay qaşığı duz atın. Bu qarışıq ilə mətbəx mebelinizi su və yağ ləkələrindən təmizləməklə yanaşı həm də parlaqlıq qazandıra bilərsiniz. Eyni zamanda mərmərlərdə rast gəlinən sarı ləkələri də limon suyuyla  silmək mümkündür.


Şərhlər:
Baxılıb: 677
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz