Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Boyun ağrısından necə qurtulaq?
Boyun ağrısından necə qurtulaq?
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 625
Səs ver:
Boyun ağrısı çox adamı narahat edən şikayətlərdəndir.

Belə ağrılar əsasən yaşı 50-i keçmiş insanlarda baş verir. Ancaq bəzi hallarda bu ağrılar yaşa baxmır. Ağrı başla boyunun birləşdiyi nahiyədə hiss edilir və hərəkəti məhdudlaşdırır. Ağrı təkcə boyunla məhdudlaşmır, kürəyə və qollara da yayılır. Hətta bəzən elə şiddətli hal alır ki, xəstə ayağa qalxa bilmir, ağrı bütün bədəni əhatə edir.
Boyun ağrısının təhlükəli səbəbləri ilə yanaşı çox sadə səbəbləri də var. Belə ki, əgər tez-tez boyun ağrısından şikayətlənirsinizsə, yatağınıza və yastığınıza diqqət edin. Ağır iş rejimi, gün içində qarşılaşdığınız stresli anlar, bütün gün kompüter qarşısında oturmaq boyun ağrısına səbəb olan amillərdir.
Boyun ağrısının tam olaraq nədən qaynaqlanmasını bilmək çətindir. Ancaq belə ağrılar əsasən oturaq işdə çalışan insanlarda görülür. Ən çox qarşılanan ağrı mexanik boyun ağrısıdır. Bu ağrı əsasən pis duruş, əyri oturma, qəza və ya zədələnmə nəticəsində ortaya çıxır.
Mövzu ilə bağlı danışan travmatoloq Azər Hacıyevin sözlərinə görə, boyun və kürək ağrısı, əzələ sıxılması əsasən boynu uzun müddət əyri saxlayan zaman baş verir: "Oturarkən önə əyilərək çalışmaq, uzun müddət başı aşağı əyərək kitab oxumaq, klaviaturada yazmaq, avtomobil sürmək, uzanaraq televizora baxmaq, həddən artıq idman, boyun sağlamlığı üçün uyğun olmayan yastıqda yatmaq mexaniki ağrıların yaranmasına səbəb olur. Ev işləri zamanı boynu yuxarı və ya önə qarşı əyilən qadınların da boyununda tez-tez ağrılar müşahidə edilir. Məsələn, pərdə asarkən, qab yuyarkən boynunuzu uzun müddət eyni vəziyyətdə tutmuş olursunuzsa, bu, sizdə boyun ağrılarının yaranmasına səbəb ola bilər. Ağrıkəsici və əzələ boşaldıcı dərmanlar bu tip ağrıları sakitləşdirir. Müxtəlif məşqlər və ağrıya səbəb olan pis duruşun düzəldilməsi tətbiq olunan müalicə üsullarıdır”.

Müsahibimiz bildirir ki, boyun ağrısı psixoloji səbəblərdən də yarana bilər. Stress insan orqanizmi üzərində müxtəlif təsirlərə malikdir. Əgər qayğılarımız varsa, deməli, bədənimiz stress altındadır. Stress altındaykən əzələlərin gərilməsinə səbəb olan hormonlar ifraz olunduğu üçün boyun və ya bel ağrıları, tutulmaları daha çox müşahidə edilir. Və bu ağrılar uzunmüddəti olur. Gərginlikdən qaynaqlanan ağrılar masaj, isti duş və ya məşqlə azaldıla bilər.

A.Hacıyev deyir ki, boyun və kürək ağrıları çox zaman qəza və ya zədələnmə sonrası da müşahidə edilir: "Boyunda onurğa sümüklərinin arasında qığırdaqlar var. Disk adlanan bu qığırdaqların içində jele halında maye olur. Bu mayenin müxtəlif səbəblərdə çölə ifrazı sinirlərə təzyiq edir və boyun yırtığını meydana gətirir. Yol qəzaları, boyun əzlələrinin həddən artıq yüklənməsi, oturaq işlər boyun yırtığına səbəb olur. Yeni başlayan ağrı əvvəlcə hərəkəti məhdudlaşdırmır. Boyun ağrısı ilə yanaşı baş ağrısı, çiyin və qol ağrıları, sinə ağrıları müşahidə edilir. Sinirlərə nə qədər təsir edilməsinə və disklərin sıradan çıxma dərəcəsinə bağlı olaraq qol və əzələlərdə gücsüzlük meydana gəlir. Boyun tutulması, boyundakı bağların sərtləşməsi sümüklərdə çıxıntılar meydana gəlməsi, onurğa iliyi və sinir kanallarının daralması zamanı baş verir. Boyun tutulması və boyun yırtğı bir-brinə bənzəyən əlamətlərlə müşahidə edilir. Belə ağrılar üçün ancaq fiziki terapiya məsləhət görülür”.

Həkim qeyd edir ki, oynaq və əzələ ağrıları digər xəstəliklərin əlaməti olaraq da özünü göstərə bilər. Məsələn, iltihabsız revmatizm zamanı müxətli oynaq və əzələ ağrıları, daxili orqanların xəstəlikləri, sümük xəstəlikləri, onurğa iltihablanması, hormonal xəstəliklər, müxtəlif xoş və bədxassəli şişlər zamanı boyun ağrısı müşahidə edilə bilər.

Ev şəraitində boyun ağrsını aradan qaldırmaq üçün isti kompress, masaj, isti duş qəbul etmək lazımdır. Bununla yanaşı müxtəlif ağrıkəsicilərdən də istifadə etmək olar. Həkim müayinəsinə ehtiyac duyulduğu zaman isə müalicə 2-3 həftə davam edə bilər. Müalicələr ağrını azaltmağa, elastikliyi və gücü artırmağa, kömək edir: "Çalışın ki, ağrıyan yeri isti saxlayın, çünki istidə əzələlər boşalır. Tutulan əzələlər sərtləşmiş olduğu üçün istilik onları boşaldır, spazmı aradan qaldırır. Bununla yanaşı evdə əzələ boşaldıcı kremlərlə masaj etdirə bilərsiniz. Ağrının qarşısını almaq üçün boyunu yoracaq işlərdən uzaq olmaq, boynu dincəltmək lazımdır. Əgər ağrılar kəskindirsə və həyat tərzinizə təsir edirsə, həkimə müraciət edin. Və xatırladaq ki, bu müalicə uzun zaman aldığı üçün onsuz da həkimə getdiyiniz gün ağrı kəsməyəcək. Qısası, bir müdəti ağrı ilə yaşamağa çalışın. Kompüter qarşısında çox oturmayın, uzanmış halda televizor izləməyin, başınızı əyib kitab oxumayın, telefon oyunlarından uzaq durun və bədəninizə istirahət verin. Yatağınızı isti edin, yastığınızı boynunuzun rahatlığını təmin edəcək şəkildə seçin. Boyun ağrısı elə bir ağrıdır ki, insanın bütün sinir sisteminə təsir edir, yaşama həvəsini azaldır. Əgər ağrı soyuqlama zamanı baş veribsə, ağrı ilə yanaşı hərarətin yüksəlməsi də müşahidə edilir. Onda çalışın ki, ən azı 3-4 gün müddətində bütün bədəninizə, boynunuza, əzələlərinizə rahatlıq verəsiniz” .


Şərhlər:
Baxılıb: 625
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz