Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Diş ağrısında xalq təbabəti vasitələri
Diş ağrısında xalq təbabəti vasitələri
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 719
Səs ver:
Diş ağrısı dişin bərk toxumalarının zədələnməsi nəticəsində yaranır.

Güclü diş ağrısı nəinki əhvalın pisləşməsinə, həm də iş qabiliyyətinin aşağı düşməsinə, qidalanma və yuxu rejiminin pozulmasına səbəb olur.

Diş ağrısının əsas səbəbləri – kariyes, pulpit, parodontit kimi diş və dişəti xəstəlikləridir. Həmçinin diş çatları, dentin təbəqəsinin açıq qalması və yaxşı müalicə olunmamış dişlər də ağrı törədə bilir. Təkcə diş xəstəlikləri deyil, haymor ciblərinin iltihabı zamanı da ağrı dişlərə yayılır.

Diş ağrısı kəskin, döyünən, intensiv, daimi, sızıltılı və tutmaşəkilli ola bilər.

Əsasən axşam və gecə saatlarında baş verən kəskin ağrının səbəbi əksər hallarda pulpit olur. İntensiv kəskin diş ağrısı isə periodontitin əlaməti hesab olunur. Dişin sinir ucunun yavaş-yavaş parçalanması və ya dişin bağ aparatının zədələnməsi yüngül toxunma zamanı da güclü ağrıya səbəb olur.

Dişlərin daimi olaraq sızıldaması parodontitlə əlaqədar baş verir.

Diş kökündə yaranan absesin əsas əlaməti dişətinin şişkinləşdiyi nahiyədə kəskin döyünən ağrıdır.

Diş ağrısına səbəb olan proseslər ağırlaşdıqda sinirlər məhv olur və ağrı dayanır. Ağrının səngiməsinə baxmayaraq iltihabi proses davam etdiyi üçün belə hal çox təhlükəli hesab olunur.

Diş ağrısında bu kimi xalq təbabəti vasitələri istifadə olunur:

- Ağrıyan dişlə yanağın arasına əzilmiş təzə pişikotu və ya at əvəliyi yarpaqları qoyulur.

- Çuğundur sürtgəcdən keçirilir və ağrıyan dişin üzərinə qoyulur.

- 1 xörək qaşığı adaçayı yarpaqları 1 stəkan qaynar suda dəmlənir, ilıq şəkildə bir qurtum alınıb ağızda 2-3 dəqiqə saxlanır, tüpürdükdən sonra təkrar edilir. Prosedur hər 5 dəqiqədən bir təkrar edilməklə 4-5 dəfə aparılır.

- Kiçik pambıq tampon ağ şam (pixta) yağında isladılır və ağrıyan dişin bir tərəfinə qoyularaq 5-6 dəqiqədən çox olmamaq şərti ilə saxlanır, sonra dişin o biri tərəfinə qoyulur. Prosedur 4-6 saatdan sonra təkrar edilə bilər.

- 2 filtr-bağlama Teasept çayı 1 stəkan suda dəmlənir, hər 5 dəqiqədən bir ağız boşluğu ilıq dəmləmə ilə qarqara edilir. Dəmləmə ağızda saxlananda daha tez ağrıkəsici təsir göstərir.

- Pambıq tampon 3 faizli propolis məhlulunda isladılır və ağrıyan dişin üstünə qoyulur, yaxud kiçik noxud boyda təbii propolis bir qədər isidilərək xəstə dişin karioz boşluğuna qoyulur.

- 1 xörək qaşığı qaraqınıq otu 1 stəkan qaynar suda dəmlənir və qarqara edilir.

- Diş ağrısının səbəbi diş əti xəstəliyidirsə, bir diş sarımsaq bir çimdik duzla əzilir, üzərinə bir çimdik çay sodası əlavə olunur. Dişlər fırça vastəsilə alınan qarışıqla təmizlənir və ağız ilıq südlə qarqara edilir.

- Bir baş soğanın qabığı soyulur, üstünə 1 stəkan qaynar su əlavə olunur, dəmləndikdən sonra bir qurtum alınır və 15 dəqiqə saxlanır, tüpürdükdən sonra təkrar edilir. Prosedur üç dəfə təkrar edildikdən sonra ağrı keçir. Nə qədər yaxşı dəmlənsə səmərəsi o qədər çox olur.

- 1 xörək qaşığı Stomanginol məhlulu 3 dəqiqə ağızda saxlanır, 5 dəqiqə fasilə ilə prosedur 3-4 dəfə təkrar olunanda ağrı keçir.

- 1 stəkan suya 2 xörək qaşığı palıd qabığı tökülür və 15 dəqiqə qaynadılır. Süzüldükdən sonra 1 çay qaşığı sirkə və bir çimdik qara istiot əlavə olunaraq ağız boşluğu qarqara edilir.

- 2 xörək qaşığı sürtgəcdən keçirilmiş ağ turp meyvəsi üzərinə 1 stəkan qaynar su əlavə olunur və 1-2 dəqiqə qaynadılır. İlıq bişirmə ilə ağız boşluğu qarqara edilir.

- Dişlərində kariyes olan və dişəti xəstəliklərindən əziyyət çəkənlərin qidasında kalsium üstünlük təşkil etməli, hər gün süd və süd məhsulları, xüsusən də kəsmik, həmçinin gündə bir dəfə 1-2 çay qaşığı Fitooil Küncüt yağı qəbul olunmalıdır. Şəkər qəbulu məhdudlaşdırılır, kobud üyüdülmüş unun çörəyi və çiy tərəvəz yeyilir.


Şərhlər:
Baxılıb: 719
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz