Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İlk görüşə gedərkən nə geyinməli?
İlk görüşə gedərkən nə geyinməli?
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 401
Səs ver:
Belə bir deyim var: İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar. Bu bir həqiqətdir ki, geyim seçimimiz insanların düşüncəsində bizim haqqımızda müxtəlif fikirlər yaradır. Ona görə də əks cinsdən olan biri ilə ilk görüşə nə geyinəcəyimizə qərar verməkdə çətinlik çəkirik.

Əvvəlcə onu qeyd edək ki, alimlər rənglərin insan psixologiyasına təsir etdiyini vurğulayırlar. Deməli, geyimlərimizdə də əsas nüans rənglərdir. Rəngləri doğru seçərək insanlara istədiyimiz ismarışı ötürə bilərik. Elə isə ilk görüşə hansı rəngdə olan geyimlə getmək olar? – qara, qırmızı, ya yaşıl? Gəlin, birlikdə öyrənək.

Cəsur qırmızı
Qırmızı rəng riskə getməyi xoşlayan, cəsur və güclü insanların seçimidir. Onun qarşısına qırmızı libasla çıxsanız, sizin öz ayaqları üzərində duran, heç kəsə möhtac olmayan, qürurlu bir qadın olduğunuzu başa düşəcək. Yaqut qırmızısı, şərab rəngi, nar çiçəyi ən ideal qırmızı çalarlarıdır.

Ağ və zərif krem
Ağ rəng zərif xanımların seçimidir. Ancaq ilk görüşə gedərkən başdan-ayağa ağ geyinməyin. Çünki bu, diqqəti üzünüzdən və mimikalarınızdan yayındıraraq, qarşı tərəfə daha az təsir etməyinizə səbəb ola bilər. Ağ və krem rəngli geyimləri tünd rənglərlə kombinə edin.

Ehtiyatlı qara
Qara rəng ilk görüş üçün uğurlu seçim hesab edilmir. Çünki qarşı tərəfdə sizin həddən artıq ehtiyatlı, özünə qapalı olduğunuz təsəvvürünü yaradır. Həmçinin o, sizin artıq çəkinizi gizləmək üçün qara geyindiyinizi düşünə bilər. Ağ və qara rəngi kombinə etmək də tövsiyə edilmir. Çünki bu zaman həddən artıq ciddi görünər, görüşünə getdiyiniz şəxs bunun iş görüşü, yoxsa eşq görüşü olduğunu anlamaqda çətinlik çəkər.

İncə çəhrayı və şaftalı çalarları
Çəhrayı rəng və şaftalı çalarlarında olan geyimlər seçsəniz, incə, nəzakətli biri olduğunuza dair təsəvvür formalaşdırarsınız. Əgər ilk görüşdə özünüzlə bağlı yaratmaq istədiyiniz imic budursa, açıq çəhrayı və şaftalı rəngli don geyinin.

Yaşıl yenilik axtarışında
Yaşıl rəng yeniliklərə açıq olan, eyni zamanda, sədaqətli və dürüst insanların seçimidir. Şam ağacı yaşılı, fıstıq yaşılı, söyüd rəngi, zümrüd və zeytun yaşılı ilk görüş üçün idealdır.

Dinc mavi
Mavi rəng dincliyi sevən, az danışan, səssiz, ağıllı və məsuliyyətli bir insan olduğunuzdan xəbər verir. Mavi rəngin istədiyiniz çalarını seçə bilərsiniz.

Torpaq rəngləri
Torpaq rəngləri özünüzə inandığınızı, istiqanlı və ünsiyyətə meyilli olduğunuzu göstərir. Karamel, südlü qəhvə, sarıya çalan qəhvəyi tonlarında geyinə bilərsiniz.

Yaradıcılığın açarı sarı
Sarı yaradıcı insanların ən sevdiyi rənglərdən biridir. Yaxşı, təmizqəlbli, eyni zamanda da kreativ fikirlərlə dolu bir insan olduğunuzu vurğulamaq istəyirsinizsə, ilk görüşə gedərkən mütləq sarı rəngdə geyinin. Ancaq onu da qeyd edək ki, sarı ən diqqətçəkən rənglərdən biridir. Ona görə də, 20-30 dəqiqədən sonra qarşınızdakı insanın gözünün yorulmasına səbəb ola bilər. Odur ki, parlaq sarı tonları əvəzinə, xardal rənginə, günəbaxan çiçəyi çalarına üstünlük verin.

Qeyri-adi bənövşəyi
Bənövşəyi rəng qarşı tərəfə sizin qeyri-adi, fərqli xarakterə sahib olduğunuzu hiss etdirəcək.

Əyləncəli narıncı
Narıncı rəng cana yaxın, tez qaynayıb-qarışan insanlar üçün idealdır. Ancaq ilk görüşə gedərkən narıncı rəngdə geyinmək məsləhət deyil. Çünki qarşı tərəf sizinlə əylənə biləcəyini, vaxt keçirə biləcəyini düşünəcək. Uzunmüddətli münasibətlər haqqında düşünmək belə istəməyəcək. Buna baxmayaraq, mütləq narıncı rəngdə geyinmək istəyirsinizsə, qovun içi və ya manqo çalarlarında geyimlər seçin.

"Yolagedən" boz
Boz rəng gözü yormur. Ancaq sizin neytral, öz fikirləri olmayan biri kimi başa düşülməyinizə səbəb ola bilər. Ona görə də boz rəngi mütləq isti çalarlarla kombinə edin.


Şərhlər:
Baxılıb: 401
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz