Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gecə çox tərləyirsinizsə... - diqqətli olun!
Gecə çox tərləyirsinizsə... - diqqətli olun!
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 574
Səs ver:
Tərləmə orqanizmin təbii prosesidir. Tərləmə zamanı orqanizmdən toksiki maddələr çıxır.

Həmçinin tərləmə bədən hərarətini tənzimləyən çox vacib mexanizmdir - isti havada orqanizm güclü tərləyr ki, dərinin üzərinə çıxmış tər bədənin soyutmasına kömək edir.

Lakin əgər insan gecə saatlarında güclü tərləyirsə, buna mütləq fikir vermək lazımdır. Bəzi hallarda bu, ciddi xəstəliyin simptomu ola bilər.

İlk növbədə bunun səbəbini öz evinizdə axtarın - çox isti yorğan və döşək, isti otaq, evin isitmə sistemi və s. Əgər siz yatmazdan əvvəl qəhvə, spirtli içkilər, şokolad, ədviyyatlı qidalar, sarımsaq kimi məhsulları qəbul edirsinizsə, bu da gecə tərləmənin səbəbi ola bilər.

Bundan əlavə güclü gecə tərləmənin səbəbi hər hansı xəstəlik ola bilər. Xüsusilə bu tərləmə insanı uzun müddət ərzində narahat edirsə.

- Əksər infeksion xəstəliklər tərləmənin artmasına (xüsusilə gecə saatlarında) səbəb olur. Bu xəstəliklər arasında:

vərəm. Diqqətli olun! Gəcə saatlarında tərləmənin artması bu xəstəliyin ilk simptomlarından biridir. Bu səbəbdən pasiyent bu şikayətlə həkimə müraciət etdikdə ona ilk növbədə ağ ciyərin rentgenoqrafiyası təyin oluna bilər.

infeksion mononukleoz (qara ciyər, dalaq, limfatik düyünlərin zədələnməsi ilə müşayiət olunan xəstəlik),

osteomielit (sümük toxumasının iltihabı)

ağ ciyər absesi (ağ ciyərdə irinli prosess),

endokardit (əzələ və oynaqlarda ağrılar, zəiflik, qızdırma ilə müşayiət olunan ürəyin daxili qişasının iltihabı) və s.

- Endokrin xəstəliklər:
hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması)
şəkərli diabet
qadınlarda yumurtalıqlar çatışmazlığı
- Bəzi revmatik xəstəliklər
- Ürək-damar sistemi xəstəlikləri (hipertoniya, ateroskleroz və s.)
- Bəzi xərçəng xəstəlikləri
Xockin limfoması (limfatik sistemi xərçəngi),
feoxromositoma (böyrəküstü vəzi xərçəngi)
- Xroniki yorğunluq, stress

Hamiləlik, klimaks zamanı, menstruasiyadan əvvəl qadının hormonal fonu kəskin dəyişilir ki, nəticədə qadında, o cümlədən, güclü gecə tərləməsi kimi simptom meydana çıxır.

Bəzi dərman preparatların qəbulu da gecə tərləmənin (yüksək təzyiq, depressiya əleyhinə preparatlar, hormonlar və s.) səbəbi ola bilər.


Şərhlər:
Baxılıb: 574
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz