Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Orqanizmi nikotindən təmizləyən 7 üsul
Orqanizmi nikotindən təmizləyən 7 üsul
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 461
Səs ver:

 

Siqaret çəkən insanlar öz sağlamlığına çox ciddi zərbə vurur.

Bunu bütün dünya həkimləri təsdiq edir. Bu pis vərdiş bir çox ağır pozulmaların inkişafına təkan verir. Belə ki, siqaret çəkmək ağ ciyər, dil, ağız boşluğu, udlaq xərçənginin ən əsas səbəblərindən biridir. Bundan əlavə bu vərdiş ürəyin işemik xəstəliyi, xroniki bronxit, xroniki obstruktiv ağ ciyər xəstəliyi, mədə xorası və bir çox digər ağır xəstəliklərin və pozulmaların səbəblərindən biridir. Bütün dünyada sağlamlığına dəyər verən insanlar siqaret çəkməkdən imtina edir.

Təəssüf ki, bir çox insanlar siqaret çəkməyin onların sağlamlığına mənfi təsirini sona qədər anlamır və bu vərdişdən imtina etmir. Əgər siz hər hansı səbəbə görə siqaret çəkməkdən imtina edə bilmirsinizsə, nikotinin və siqaretlərin tərkibində olan digər ziyanlı maddələrin orqanizmə olan mənfi təsirini bu üsullarla azaltmağa çalışın.

1. Siqaret çəkən insan tez-tez açıq havada gəzməlidir. Meşə, park ən yaxşı seşimdir.

2. Meyvə-tərəvəz və meyvə-tərəvəz şirələri orqanizmdə gedən mübadilə prosesləri sürətləndirir və zərərli maddələrin orqanizmdən daha tez çıxmasına kömək edir. Siqaret çəkən insanlara kök, sitrus meyvələri, banan, ağ turp, kahı, tut, avokado, moruq, albalı  və onların şirələri xüsusilə xeyirlidir.

3. Süd məhsulları da orqanizmdən ziyanlı maddələrin çıxmasını sürətləndirir. Siqaret çəkən insanın qidalanmasında daim qatıq, kefir, kəsmik, yoqurt olmalıdır.

4. Bədən tərbiyəsi və idman orqanizmdə gedən mübadilə prosesləri sürətləndirir, qan dövranı yaxşılaşdırır, nəfəs yollarını selikdən azad etməyə kömək edir.

5. Hamam və sauna orqanizmi toksinlərdən və şlaklardan təmizləyir.

6. Bəzi xalq təbabəti vasitələri nəfəs yollarını selikdən təmizləməyə kömək edir. Bu selik siqaret çəkən insanlarda xroniki iltihab nəticəsində nəfəs yollarında toplanır və nəfəsalmanı pozur. Ən tanınmış bəlğəmgətirici otlar: gülxətmi kökü, biyan kökü, cirə.  Hər bitkidən 1 çay qaşığı götürüb 1 stəkan qaynar suda dəmləyin və gün ərzində kiçik qurtumlarla için.

7. Su orqanizmi istənilən ziyanlı maddələrdən təmizləyir. Gün ərzində 2 l təmiz su için.

 



Şərhlər:
Baxılıb: 461
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz