Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yayda balıq yemək olarmı?
Yayda balıq yemək olarmı?
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 485
Səs ver:
Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Gəncə Şəhər Baytarlıq İdarəsi şəhərin balıq bazarına nəzarəti daha da gücləndirib. Baytar həkimlər isti havalarda tez xarab olan məhsul sayılan balıq alarkən alıcılara diqqətli olmağı məsləhət görürlər.

Tərkibində zülal, yağ, vitaminlər və digər bioloji fəal maddələr olan balıq və balıq məhsulları insanların sağlam qidalanmasında xüsusi əhəmiyyətə malikdir. Balığın insan sağlamlığı üçün çox xeyirli qida olmasına baxmayaraq yayda istinin təsirindən tez xarab olduğu üçün təhlükəli hesab edilir. Bu səbəbdən də balıq alarkən diqqətli olmaq, onun istifadəyə yararlılıq müddətinə, saxlanılma qaydasına fikir vermək lazımdır.

Bayandur Rzayev - Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi: "İlk növbədə balığın xarici görünüşünə nəzər yetirmək lazımdır. Balığa toxunduqda onun səthi tez hamarlanmalıdır, daha sonra balığın qəlsəmələrinə baxmaq lazımdır. Əgər tünd qırmızı rəngdədirsə, onda balıq təzədir. Qəlsəmədə solğun qırmızı rənglər aşkar edilərsə, deməli, məhsul köhnədir".

Yayda balığa olan tələbat nisbətən azalsa da, satışda təzə və ya dondurulmuş, diri, hisəverilmiş, qaxac edilmiş, duzlu balıq, balıq konservləri və digər dəniz məhsullarına rast gəlmək mümkün olur.

Aqil Abdullayev - satıcı: "Balığın satışı azalıb, ancaq buna baxmayaraq məhsullarımız təzə olur. Hovuzda diri balıqları saxlayırıq və oradan satışını həyata keçirik. Soyuducumuz da var, orada da saxlayırıq.

Alcılar da mövsümlə əlaqədar olaraq satış məntəqələrində balıq məhsullarını azaldıqlarını bildirsələr də isti havalarda bu məhsulu qida rasionuna əlavə edənlər də az deyil.

Elnarə Məmmədova - alıcı: "Yay mövsümü olmasına baxmayaraq mən balıq məhsullarından tez-tez alıram. Balığın marketlərdə saxlanılması daha yaxşıdır, nəinki bazarlarda".

Keyfiyyətsiz balıq və balıq məhsullarının satışı insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər. Bunun baş verməməsi üçün balığın keyfiyyətinə, saxlanma şəraiti və müddətinə xüsusi fikir verilməlidir. Buna həm alıcılar, həm də satıcılar ciddi riayət etməlidirlər.


Şərhlər:
Baxılıb: 485
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz