Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevdiyiniz insanla küsülüsünüz?Bunu etsəniz, o dərhal sizinlə barışacaq
Sevdiyiniz insanla küsülüsünüz?Bunu etsəniz, o dərhal sizinlə barışacaq
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 871
Səs ver:

Sevdiyiniz insan, oğlan dostunuz, yoldaşınızla barışmaq istəyirsiniz? Bu zaman sizə bir neçə effektiv, tez və gözəl variantlar təqdim edirik.

 


 

Hətta ən möhkəm və bir-birini sevən cütlüklər vaxtaşırı dalaşırlar. Psixoloqlar iddia edir ki, dərrakəli dərəcədə edilmiş dava-dalaş emosional fon yaradır və hətta ailəli cütlüklər üçün faydalı ola bilər. Lakin bu yalnız coşqun emosiyalardan sonra barışıq olduğu və evdə yenidən sağlam mühit qurulduğu vaxt ədalətlidir. Əgər siz öz ikinci yarınızla dalaşmısınızsa və artıq sakitləşib barışmağa hazırsınızsa, bu zaman aşağıda qeyd olunmuş bəzi məsləhətlər sizin köməyinizə çatacaq.

 

Barışmaq üsulları

 


 

Sevdiyiniz insanla barışmağın ən sadə və əlçatan üsulu, hər kəsə yaxşı məlum sözlərin deyilməsidir: "Xahiş edirəm məni bağışlayasan”. Amma nədənsə bu sözləri demək bəzən çox ağır olur. Bu zaman siz alternativ üsullardan da istifadə edə bilərsiniz. Məsələn, sevgilinizin telefonuna və ya elektron ünvanına mesaj göndərə bilərsiniz. Bu halda da yalnız üzrlə məhdudlaşmaq vacib deyil, siz həm də vəziyyətə uyğun gələn şer və ya ikinizə məlum sitatlardan da istifadə edə bilərsiniz. Qoy sizin mesajınız partnyorunuzda cavab hissləri oyatsın və onu dialoqa vadar etsin ki, bu da barışmağın ilk pilləsi olacaq.

 


 

Əgər siz lazımlı sözlər seçə bilmirsinizsə, bu zaman oğlanla barışmağa internet texnologiyası kömək edəcək. Siz internetdən bir çox romantik etiraflar və ya ifadəli şəkillərlə açıqcalar tapa bilərsiniz.

 


 

Sevgilinizlə barışmaq üçün sizə həm də radio mesajlar köməkçi ola bilər. Əgər siz onun daim hansı radio dalğasına qulaq asdığını bilirsinizsə, bu zaman həmin radiostansiyaya zəng edib, onun sevimli mahnısını sifariş edin və sevginizə salam göndərərək səmimi sözlərlə öz peşmançılığınızı bildirin. Əmin olun ki, bu çox yaxşı işləyəcək!

 

Həyat yoldaşınızla barışmağın ən "ölümcül” vasitələrdən biri – romantik şam yeməyidir. Hər hansı nəfis bir qida ilə öz sevgilinizi təəccübləndirməyə çalışın. Bu halda isə əsas romantik abu-hava yaratmaqdır. Burada yalnız şamlar deyil, həm də başqa yaradıcı ideyalar lazım olacaq: mənzilin gözlənilməz yerlərində gizlədilmiş sevgi etirafları və ya əksinə, ən görünən yerdə quraşdırılmış "Mən səni sevirəm” yazısı ilə iri plakat.

 


 

Necə barışmağı bilmirsinizsə, bu zaman dalaşmayın!



Şərhlər:
Baxılıb: 871
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz