Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq pudrasının harada istifadə edildiyini bilsəniz, çox təəcüblənəcəksiniz
Uşaq pudrasının harada istifadə edildiyini bilsəniz, çox təəcüblənəcəksiniz
Göndərən: aliceWOnDer
Şərhlər:
Baxılıb: 1342
Səs ver:
Uşağınızın həssas dərilərinin qıcıqlanmasını önləmək üçün istifadə etdiyiniz uşaq pudrasının istifadə qaydalarını bilirsiniz? Makiyajınızdan ayaqqabı baxımına qədər çox yerdə istifadə edilən uşaq pudrası çox işinizə yarayacaq.

1.Makyajınızı möhkəmləndirə bilərsiniz
Makiyajı tamamladıqdan sonra kiçik bir fırçanın köməyilə üzünüzə uşaq pudrası çəkin. Bu həm makiyajın daha qalıcı olmasına kömək edəcək, həm də üzünüzün yağdan parıldamasının qarşısını alacaq. Ancaq pudradan az istifadə etməyə çalışın.

2.Kirpikləri daha həcmli göstərə bilərsiniz
Tuşunuzu çəkmədən öncə kirpiklərinizə bir az uşaq pudrası çəkin. Bu kirpiklərin daha həcmli görünməsini təmin edəcək.

3.Saçınızı yağdan xilas edin
Saçlarınızın yağlı görünməsi sizi narahat edirsə, uşaq pudrasından istifadə etməlisiniz. Yağların əmilməsi üçün saç dibinə bir miqdar uşaq pudrası sərpə bilərsiniz.

4.Dərini gözəlləşdirmək üçün
Tükləri təmizlədikdən sonra dərinizə uşaq pudrası çəkə bilərsiniz. Beləliklə, həm dərinin qızarmasının, həm də tüklərin dəriyə batmasının qarşısını almaq mümkündür.

5.İdmandan öncə istifadə edin
İdmandan öncə uşaq pudrasını dizlərinizə və yaralanma ehtimalı olan digər bölgələrə çəkin. Beləliklə, yıxılıb yaralansanız belə öncədən çəkdiyiniz pudra sayəsində bədəninizi mikroblardan qorumuş olacaqsınız.

6.Ayaqqabıya səpin
Ayağınızı sıxan ayaqqabının içinə bir miqdar uşaq pudrası tökün. Bu həm ayaqlarda döyənək yaranmasının qarşısını alacaq, həm də ayaq qoxusundan xilas edəcək.

7. Təbii antipersparant
Uşaq pudrasından antiperspirant kimi də istifadə edə bilərsiniz. Qoltuq altındakı nəm və qoxudan xilas olmaq üçün uşaq pudrası çəkin.

8.Kif qoxusuna həll
Mebellərinizdəki kif qoxusunu aradan qaldırmaq üçün siyirtmələrə körpə pudrasını səpin, dəqiqələr içində qoxu gedəcək və daha təmiz görünəcək.

9.Qaş və kirpiklər üçün həll
Qaş və kirpiklərinizin daha dolğun görünməsi üçün də körpə pudrası istifadə edə bilərsiniz. Necəmi? Qaş qələmi və ya tuş istifadə etmədən əvvəl onlara bir az pudra səpin; nəticə möcüzə olacaq. Təbii bu əməliyyatı asanca etmək üçün böyük duzqabı kimi şüşələrdə satılan pudralardan istifadə etməlisiniz.

10.Qarışqalara həll
Mətbəxinizə qarışqa gəlməsini istəməzsiniz, elə deyilmi? O halda zibil ətrafına və qarışqa yubalarının çıxışına bir az körpə pudrası səpin; nəticə tam istədiyiniz kimi olacaq: qarışqasız mətbəx!

11.İsti gecələrə çözüm
İsti yaz günlərində üzərinizə incə bir örtük örtmək belə çətindir, nəmdən bədəninizə yapışır. Bunu qarşısını almaq üçün üzərinizə və ya yatağa pudra səpin; sərin sərin yatın.


Şərhlər:
Baxılıb: 1342
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz