Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Su haqqında 10 maraqlı fakt
Su haqqında 10 maraqlı fakt
Göndərən: Lola_Maya_
Şərhlər:
Baxılıb: 683
Səs ver:
1. Su yeganə nemətdir ki, üç - bərk, maye və qaz formasına malikdir. Bundan başqa onun özündə bir sıra digər komponentləri, o cümlədən atom molekullarını da birləşdirmək xüsusiyyəti var.

2. Planetin 75 faizi su ilə örtülüdür. Yer kürəsindəki suyun 97,5 faizini okean suları təşkil edir. Yalnız 2,5 faiz su təmizdir. Təmiz suyun 70 faizi buzlaqlarda cəmləşib. İnsanın əldə edə biləcəyi 30 faiz suyun yalnız 1 faizi içmək üçün yararlıdır ki, bu da dünya suyunun yalnız 0,007 faizidir. Təmiz su belə istifadə olunur: 70 faiz irriqasiyaya, 22 faiz sənaye müəssisələrinə, yalnız 0,08 faiz məişət ehtiyaclarının ödənməsinə.

3. Suyun istilik tutumu xüsusiyyəti onun sənayedə istifadəsinə imkan verir. Məsələn, dəmirin 1 dərəcə qızdırılmasına eyni çəkidə olan suyun qızdırılmasına lazım olan enerjidən daha az enerji lazımdır.

4.İnsan orqanizmində su oksigendən sonra ikinci yeri tutur. Qanımızın 92 faizi sudan ibarətdir. İnsan beyninin 75, sümüklərinin isə 22 faizini də o təşkil edir. Əgər insan bədənindəki suyun 2 faizini itirirsə, o zaman susuzluq hiss edir. İtki 6-8 faiz arası olanda bədbin əhval-ruhiyyə, 10 faizə çatanda qallusinasiya halı yaşanır, 12 faizdə isə ölüm baş verir. Yeməksiz 6 həftə yaşaya bildiyimiz təqdirdə, susuz bu, cəmi bir neçə gün mümkündür.

5. Təmizlənməmiş su insanda baş verən xəstəliklərin 80 faizi üçün səbəb ola bilər. Qarın boşluğu xəstəliklərindən yaranan ölüm hallarının səbəbinin 88 faizini keyfiyyətsiz sudan istifadə təşkil edir.

6. İnsan ömrü boyu orta hesabla 35 ton su içir. Ondan 105 litri, yəni təxminən 420 stəkanı duzlu və təmiz deyil.

7. Bir stəkan qazlı sudan sonra 30 stəkan adi su içmək lazımdır ki, orqanizmdəki turşu-qələvi balansı bərpa olunsun.

8. Hər 4 şəhər sakinindən biri təmiz suya çıxış imkanına malik deyil. Yer kürəsi əhalisinin təqribən yarıdan çoxu təmiz su baxımından çatışmazlıq hiss edir.

9. İçməli suyun üçdə biri yalnız su borularındakı sızmalar səbəbindən insanlara çatmır. İnkişaf etməkdə olan ölkələrdə lazım olan suyun 40-50 faizi itkiyə gedir.

10. Keniyanın paytaxtı Nayrobidə şəhər kasıbları içməli su üçün Nyu-York sakinlərindən 10 dəfə az pul xərcləyirlər. Təbii ki, suyu tapsalar.


Şərhlər:
Baxılıb: 683
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz