Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hazırlıq proqramı necə olmalıdır?
Hazırlıq proqramı necə olmalıdır?
Göndərən: Little girl
Şərhlər:
Baxılıb: 507
Səs ver:
Həftəlik dərs oxuma proqramını hazırlayarkən, gündəlik fəaliyyətinizi həftənin hər günü üçün ayrı-ayrı nəzərdən keçirməlisiniz. İstifadə edilə bilən proqram hazırlamaq üçün fəaliyyətinizi real olaraq proqramınızda əks etdirməlisiniz. Keçmişdə uğur əldə etmək üçün təklif olunan düşüncə "Oxumaq, oxumaq və yenə də oxumaq” şəklində idi. Halbuki günümüzdə çox oxumaq əvəzinə, "Təsirli və planlı şəkildə hazırlaşmaq” şüarı daha məqsədə uyğundur. Təsirli və planlı hazırlıq proqramının içərisində əyləncə, istirahət, ailəyə və sevdiklərinizə də vaxt ayırmaq mümkündür.

Bu proqramı 3 mərhələdə hazırlaya bilərsiniz:
1. Hər dərsdən oxumalı olduğunuz mövzuları ilk planda tutun, bölmə başlıqları ilə qeyd edin.
2. Məktəbdən (kursdan) çıxışınızla yuxu saatlarınız arasında və vacib işləriniz xaricində qalan hazırlıq vaxtınızı hesablayın.
3. Bölmə başlıqları ilə müəyyənləşdirdiyiniz mövzuları oxuma saatlarınıza uyğun olaraq bölüşdürün.
Bu bölüşdürməni edərkən, üst-üstə gələn dərslərin eyni mövzularda olmamasına diqqət yetirin. Uzun vaxt ard-arda hazırlaşmayın. Dərslərin arasındakı 10-15 dəqiqəlik istirahət vaxtı, sizin öyrənmə qabiliyyətinizi yüksəldəcəkdir.
Riyaziyyat və texniki fənlər üçün daha fərqli bir istirahət metodu tətbiq edilməlidir. Bu kimi dərslərdə misal həll edərkən, cavab tapana qədər hazırlığa davam etmək lazımdır. Yenə də diqqətinizi cəmləyə bilmirsinizsə, deməli istirahət etməyə ehtiyacınız var.

Planlı şəkildə hazırlaşmaq bizə nə qazandırır?
Başqa məşğuliyyət üçün də vaxt ayıra bilərsiniz.
"Çatdıra bilmirəm” narahatlığını yaşamazsınız.
Zehniniz az yorulacağına görə, oxumaq həvəsinizi itirməzsiniz.
Şəraitinizi qaydaya salın!
Çalışma otağı çox isti və ya çox soyuq olmamalıdır, yaxşı havalandırılmalı və səssiz olmalıdır.
Oxu masasının yüksəkliyini öz boyunuza görə düzəldin. Oxu masasında oturduğunuz stul düz oturmaq üçün uyğun olmalıdır.
Dərs oxuduğunuz otaqdakı divar kağızları, afişa və rəsmlər diqqətinizin dağılmağına səbəb ola bilər.
Hazırlıq mühiti və masası sadəcə oxumaq üçün istifadə olunmalıdır
Hazırlığa başlamamışdan əvvəl oxuma zamanı lazım ola biləcək bütün ləvazimatlarınızın əlinizin altında olması, diqqətinizin dağılmasının qarşısını ala bilər.
Ən yüksək nəticələri əldə etməyi bacaran insan ən böyük istedada sahib olan deyil, özündə olan gücü, böyük bir çalışqanlıqla və səliqəylə istifadə edən insandır.

Diqqətiniz dağıla bilər!
Diqqətin dağılmasının başlıca iki səbəbi var.
1.Dərsə hazırlıq vərdişinin formalaşmaması.
2.Beyni məşğul edən xarici təsirlər və problemlər.
Oxumaq istəyi olmadan müvəfəqqiyyət əldə etmək olduqca çətindir.Oxumağa istəkli deyilsinizsə, deməli başqa bir şey istəyirsiniz.
Dərs oxuyarkən "Dostlarınızdan daha aşağı bal toplamaq,imtahanlarda uğurlu olmamaq” kimi lazımsız həyəcanlar diqqətinizi dağıdırsa, bu narahatlıqların səbəblərini müəyyənləşdirin.
Bəzi şagirdlər oxumalı olduğu səhifələrə dəqiqələrcə baxaraq, sanki ayıqkən yuxu görürlər. Bu diqqətin dərsdə olmamasının səbəbidir və hazırlığa mənfi təsir göstərən bir amildir. Bunun qarşısı alınmalıdır.

Diqqəti toplamaq!
Yersiz problemlərlə beyninizi yormayın! Hər şeyin bir vaxtı var. Sizi narahat edən problemi o an üçün həll etməyiniz mümkündürsə, dərsə başlamamışdan həll edin. Mümkün deyilsə bu problemlə nə vaxt maraqlanacağınıza dair qeyd aparmağınız sizi rahatlata bilər. Şəxsi problemlərinizi keçici olaraq rəfə qoyun, gözəl günlər qabaqdadır...
Oxuyarkən yersiz xırdalıqlara fikir verməyin, əvvəlcə mövzunun özünü qavramağa çalışın.
Hazırlıq mühitindəki yersiz təsir edicilərin vaxtınızı almasına icazə verməyin.
Sistemsiz və qarışıq hazırlaşma! Lazım olsa qrafiklər qur, məlumatlar qeyd et.
Məqsədsiz və nizamsız oxuma. Nəyi öyrənəcəksənsə ona yönəl.


Şərhlər:
Baxılıb: 507
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz