Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kreativliyinizi artırmaq üçün 3 üsul
Kreativliyinizi artırmaq üçün 3 üsul
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 413
Səs ver:
Nəyə görə ağlıma heç nə gəlmir? Nəyə görə mən tələbə yoldaşlarım, qonşularım, həmkarlarım kimi kreativ deyiləm? Bir qədər yüksək kreativliyə nail olmaq olarmı? – Belə suallar hər birimizdə yaranır. Və bunun həlli var. Bununla bağlı daha ətraflı bu gün ki, məqaləmizdə danışacağıq.

Kreativliyi necə müəyyənləşdirdiyimiz – ilk problemlərdən biri də, budur. Biz kreativlik haqqında danışarkən nəyi nəzərdə tuturuq. Bəziləri hesab edirlər ki, rəssamlar, dizaynerlər, rejissorlar dünyada ən kreativ insanlardır. Digərləri isə elmlə məşğul olanları – çünki bu insanlarda ən məhsuldar təfəkkürə sahib olur – kreativliyə aid edirlər. Əslində isə ən kreativ adlandıra biləcəyimiz bir peşə yoxdur.

Belə ki, kreativlik sözünün altında nə anladığınızdan asılı olmayaraq, kreativ insanlarda olan ortaq bir xüsusiyyəti gözdən qaşırmaq mümkün deyil. Maraqlı fakt: Yaradıcı ideyaların əksəriyyəti – bu başımızda olan sadəcə təsədüfi fikirlər deyil. Əslində, bu keçmiş fikirlərin nəticəsidir. Bunu əsaslandıraraq və etdiyimizi dəyişməklə, biz kreativliyimizi gücləndirə bilərik. Bunun üçün üç sadə üsul mövcuddur. Elə günü-bu-gün bunları həyatınızla bağlamağa başlayın və siz yaradıcı potensialınızın necə gücləndiyini hiss edəcəksiniz.

1. Tənhalıqda xüsusiliyi tapın
Smartfonlarımızın daim bizdə olmasını nəzərə alaraq, biz çox az hallarda tək qalırıq. Dostlardan və işdən dincəlmək üçün evdə qaldığımız vaxt, smartfonlar həmişə bizimlə olur. Bəli, bu canlı ünsiyyət deyil, amma siz hər halda kiməsə zəng edə bilərsiniz. Və ya kimsə, sizə zəng edə bilər. Bundan əlavə müxtəlif mesencenlər və sürətli bildirişlər mövcuddur.

Kreativliyinizi yaxşılaşdırmaq istəyirsinizsə, həqiqətən də özünüzlə qalmaq üçün vaxt tapın. Biz texnologiyalarla o qədər bağlıyıq ki, bunun üçün xüsusi bir vaxt tapa bilmirik. İnsanların əksəriyyəti özüylə tək qalmaqdan qorxurlar. Səbəb isə sadədir: biz tək olanda ağlımıza pis fikirlərin sızması ehtimalı yüksəlir. Sabit ünsiyyətə görə biz bu neqativ hisslərə və emossiyalara məhəl qoymaya və hazırki vaxtla, yaşamağa davam edə bilərik. Amma daha çox hallarda fikirlər bizi tək qaldığımız anda ziyarət edir.

Siz tək-tənha qalanda özünüzə heç vaxt fikirləşməyəcəyiniz müxtəlif suallar verməyə başlayırsınız. Və siz bu suallara cavab vermək üçün özünüzdə güclü axtarış və incələmə aparmağa məcbur olursunuz. Bununla da siz heç vaxt qarşılaşmadığınız problemlemləri həll etməyə çalışırsınız.

2. Şübhələrin sizi dayandırmağa imkan verməyin
Bəziləri iddia edirlər ki, həyatı bütün ləzzəti ilə yaşamaqdan ötrü mümkün qədər hər şeyi yoxlamaq lazımdır. Amma bu sözləri müxtəlif mənalarda şərh etmək olar və bunlar sizi axmaq addımlar atmağa yönəldəcəkdir. Sizin başınızda olan səslər sizə nəyisə etməməyi tövsiyyə edən an, onları nəzərə almasanız, bu ağlasığmaz səhvlərə gətirə bilər. Nəyisə edə bilməməyinizədə fokuslanmağa çalışın.

Bu və ya digər addımları atmamağınızla bağlı bir çox səbəblər mövcuddur. Lakin tərəddüdlər bu hesaba aid edilməməlidir. Növbəti dəfə iş görüşməsindən və ya, məsələn bir həftə pulsuz sportzaldan imtina etdiyiniz an, özünüzdən soruşun, nətə görə belə edirsiniz. Əgər səbəb digər insanların fikirləri sizi narahat etməinizdədirsə, deməli, siz özünüzə (eqo) qalib gəlməyə çalışmalısınız. Əks halda siz heç vaxt həyatdan maksimal zövq ala bilməyəcəksiniz.

Məhz bu yaşantılara görə siz kreativ düşüncənizi gücləndirə bilərsiniz. Özünüzə yeni çağırış atmaqla, biz – heç vaxt qarşılaşmadığımız – məsələləri həll etmək üzrə praktika keçirik. Ən böyük ağıllar dünyanı dəyişdirdiklərini əmin idilər. Vəziyyəti dəyişmək üçün siz başqasının imza atmadığı işə hazır olasınız.

3. Təcrübənizi maksimallaşdırın, sizə çox şeyi verə biləcək
Axın – bu həqiqətən sevdiyiniz bir işi yerinə yetirərkən yaşadığınız hissdir. Bu həmin hissdir ki, proqramçını bunu keçirir, 15 saat kompyuter arxasında oturaraq və kod yaradaraq. O hər saniyədən həzz alır. Yazıçılar bu hissi yaşayır, öz otaqlarına qapanaraq və roman yaradaraq. Musiqiçilər – ifa etdikləri vaxt, həkimlər – sağaltıqları an. Bizlərdən hər kəs bu hissi keçirir. Və məhz sevdiyi, bəyəndiyi işlə məşğul olduğu vaxt.

Şübhəsiz, belə məşğuliyyətlər bizim kreativlik səviyyəmizi artıra bilər. Ancaq elə şeylər mövcuddur ki, onu pisləşdirə bilər. Füsünkar misal – TV. Bizə tamamilə, növbəti tok-şou və ya serialı izləməyimiz üçün yaradıcı təfəkkürdən istifadə etmək lazım gəlmir. Aktyorlar, süjet xətti, zirvə – bütün bunlar qarşımızdadır. Bizə sadəcə bunu həzm etmək qalır.

Bütün bunların qarşısını almaq bizə izləyici yox, iştirakçı olmaq lazımdır. Macəra filmlərinə baxmayın, özünüzə məxsus bir film yaradın. Jurnallarda olan dedi-qodunu oxumağa son qoyun – öz əhvalatlarınızı yazmağa başlayın. Sizin kreativliyinizi meydana qoya və güclü tərəflərinizi göstərə biləcək məşğuliyyət tapın. Qiymətli dərrakənizin boş-boşuna istifadə edilməyinə imkan verməyin.


Şərhlər:
Baxılıb: 413
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz