Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağrı çəkmədən topuqlu ayaqqabı geyinmək istəyirsinizsə...
Ağrı çəkmədən topuqlu ayaqqabı geyinmək istəyirsinizsə...
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 999
Səs ver:
Gözəlliyin qurban tələb etdiyini düşünürsünüzsə, bu yazıda verilən məlumatlar sizin üçündür.

Hər bir qadın gözəl görünmək istəyir. Gözəllik deyildikdə ağla gələn ilk ünsürlərdən biri də topuqlu və hündürdaban ayaqqabılardır. Zərif və estetik görünüşü baxımından tez-tez üstünlük verilsə də, bir çox qadın ayağında ağrılar yaratdığı üçün topuqlu ayaqqabı geyinmək zövqünü yaşaya bilmir.

Əgər sizin də ayağınızda bu səbəbdən ağrılar yaranırsa, aşağıda qeyd edilən məsləhətlərə əməl etməklə bu problemi aradan qaldıra bilərsiniz.

- Ayaqqabınızı seçərkən iç qisminin çox sürüşkən və sərt olmamasına diqqət edin. Həmçinin ayaqqabının uzunluğu və eni ayağınızla eyni ölçüdə olmalıdır.

- Ayaqqabını axşam saatlarında almağa diqqət edin. Çünki günün yorğunluğunu daşıyan ayaqların hansı ayaqqabıda rahat ola biləcəyi məhz axşam saatlarında bilinir.

- Ayaqqabı alarkən onu oturaraq deyil, ayaqüstdə geyinib yoxlayın.

- Satın aldığınız ayaqqabının materialının və keyfiyyətinin yaxşı olmasına diqqət göstərin.

- Ayaqqabının hər iki cütünü geyinib yoxlayın, çünki hər iki ayağın nisbətləri eyni olmaya bilər.

- Dabanınızda ağrı olursa, ayaqqabının içinə ortopedik tam bir dabanlıq yerləşdirin. Topuqlu ayaqqabılarla uzun müddət ayaqüstdə qalmaq məcburiyyətindəsinizsə, ayaqqabının ön tərəfinə silikon metatars yastıqcıqlar qoyun.

- Parmaqlarınızda yaralar əmələ gəlirsə, bunun qarşısını almaq üçün barmaqların açıqda qaldığı yüksək topuqlu ayaqqabılara üstünlük verin.

- Hər gün eyni ayaqqabını geyinməkdən mümkün olduqca qaçının. Ən az 1 gün ayaqqabınıza ara verin.

- Dırnaqlarınızı küt kəsin və çox uzatmayın, kənarlarını yuvarlaqlaşdırmayın


Şərhlər:
Baxılıb: 999
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz