loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayaqüstdə əldə telefon tutmaq bədənə 27 kq-lıq təzyiqdir
Ayaqüstdə əldə telefon tutmaq bədənə 27 kq-lıq təzyiqdir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 648
Səs ver:


Son 10 ildə texnologiya inanılmaz dərəcədə dəyişib, ancaq bizim bioloji təkamülümüz bu inkişafdan geri qalır.

Hələ bir müddət əvvəl sensor ekranlı  və video əlaqəli telefonlar fantastika kimi görünsə də, hazırda bu heç kimi təəccübləndirmir.

Bu mükəmməldir, lakin bu texnologiyaların gətirdiyi vərdişlər sağlamlığımıza köklü şəkildə təsir edir və  təbii ki, müsbət istiqamətdə deyil...

Bilirsinizmi ki, ayaqüstdə dayanaraq bir əlinizdə telefon tutduqda bədəniniz sanki boynunuzda 6 yaşlı uşağı saxlayırmışsınız kimi ağırlıq hiss edir?

Siz supermarketdə növbədə dayandıqda Facebook səhifənizə göz gəzdirərkən və ya WhatsApp-da kiməsə mesaj göndərərkən bədəninizə düşən təzyiq analoji olaraq 27 kq-a bərabər olur.

Nyu-Yorkda tibbi reabilitasiya klinikasının onurğa sütunu bölməsinin həkimi Kernet Hansraj başınızı əyərək mobil telefona baxdığınız zaman bədəninizdə nələr baş verdiyinin virtual modelini hazırlayıb.

Boynunuzu biraz qabağa verərək başınızı aşağı əydiyiniz zaman boyun fəqərələrinə elə dərəcədə təzyiq edirsiniz ki, bunu ağlınıza belə gətirə bilməzsiniz. Əgər bu halda 2-4 saat qalırsınızsa, deməli, həyəcan təbili çalmağın vaxtıdır.

Hansraj "Surgical Technology International” jurnalında dərc olunan məqaləsində qeyd edir ki, düzgün qamət qulaqların çiyinlərlə eyni zolaqda olduğu duruşdur. Bu vəziyyət stress dərəcəsini azaldır və kortizol səviyyəsini aşağı salır. Bu səbəbdən də qeyri-düzgün duruş forması bədənin vaxtından əvvəl sıradan çıxmasına və amortizasiyasına (dəyərlərini itirməsinə) yol açmaqla yanaşı eyni zamanda xroniki depressiya və halsızlığın mümkün səbəblərindən biridir.

Həll yolu

Bu problemin yaranmasının qarşısını almaq üçün telefonu düz qarşınızda, gözlərinizin səviyyəsində saxlayın. Başınızı əyməyin. Mətnin yazılması zaman planşeti 30 dərəcə bucaq altında tutmağa çalışın, elə ki, onun küncü biləklərinizi qorusun. Boyun çiyinlərlə eyni səviyyədə qalmalıdır.

loading...
Şərhlər:
Baxılıb: 648
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz