Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İlan sancmaları zamanı nəyi etmək olmaz?
İlan sancmaları zamanı nəyi etmək olmaz?
Göndərən: Tomris Müslümova
Şərhlər: 7
Baxılıb: 514
Səs ver:
Azərbaycanda qızmar yay havası müşahidə olunur. Adətən belə havalarda ölkəmizdə ilan və digər zəhərli həşəratların insanları sancması hallarının sayı artır.

Azərbaycan Tibb Universitetinin II daxili xəstəliklər kafedrasının dosenti, baş toksikoloq İsmayıl Əfəndiyevin belə hallarda xəstəyə ilkin tibbi yardımın göstərilməsi və s. barədə universitetin mətbuat xidmətinə verdiyi müsahibəsini təqdim edirik.

- Azərbaycanda əsasən hansı növ zəhərli heyvanlara rast gəlinir?

- Ölkəmizdə daha çox gürzə ailəsinə aid olan ilanlara rast gəlinir. Onlar arasında da ən zəhərlisi Şahmar ilan adlanan gürzədir. Gürzənin zəhəri o qədər güclüdür ki, digər ilanların zəhərinə qarşı zərdab bu halda kömək etmir. Azərbaycanda dağ və dağətəyi rayonlardan başqa demək olar, hər rayonda gürzələr var. Onların aktivlik dövrü mart ayının sonundan noyabrın ortalarına qədər davam edir. İlan yumurtadan çıxan andan artıq zəhərlidir. İlan zəhəri bir neçə komponentlərə bölünür. İlk növbədə qanın laxtalanması faktoruna təsir edən maddələr – yerli ödem, nekrotik təsirə malikdir. Ona görə də ilan sancmasından artıq bir neçə dəqiqə sonra insan bədənində zəhərlənmə başlayır.

- İlan sancmaları zamanı ilk yardım olaraq nə etmək tələb olunur?

- Xəstəyə düzgün olmayan tədbirlər etmək olmaz. Yəni, ilk növbədə ilan sancan ətrafa heç bir sıxıcı jqut qoymaq olmaz. Çox təəssüf ki, insanlar arasında bununla bağlı çox yanlış fikir formalaşıb, hər kəs elə düşünür ki, ilan sancanda mütləq jqut qoyulmalıdır. Bizim apardığımız elmi tədqiqatların nəticəsi göstərir ki, ilan sancmaları zamanı jqut qoyulan hallarda ağırlaşmalar, hətta ölüm hallarının sayı daha çox olur. Bəzən belə də fikirlər səslənir ki, ilan sancan yeri kəsib oradan zəhərli qanı sormaq olar. Lakin araşdırmalar göstərir ki, nəinki ağızla, hətta xüsusi ekstraktla o zəhəri sormağa çalışsaq, bu zaman zəhərin yalnız 13 faizini sorub bədəndən çıxarmaq mümkün olub. Adətən ilanlar steril olmayan yerlərdə - çöllərdə, zibilliklərdə olurlar. Ona görə də sancma zamanı siz həmin ətrafı kəsməklə əksinə, yaraya infeksiya da sala bilərsiniz. Belə hallarda həmçinin yaranı sıxmaq, yandırmaq kimi tədbirlər də qəti qadağandır.

- Onda hansı növ yardım göstərilməlidir?

- İlk növbədə, ilan sancan dəri ətrafını tərpətməməyə, hərəkət etdirməməyə çalışmaq lazımdır. Həmin ətrafa yaxın oynaqları işlətmək olmaz. Əks təqdirdə, zəhərin bədənə daha tez yayılmasına kömək etmiş olarsınız. Həmin ətrafa yüngül, sıxmayan steril sarıq qoymaq olar. İstənilən halda, xəstəni təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır. Çünki ilan zəhərinə qarşı zərdab yalnız xəstəxanalarda vurula bilər. Bu zərdab xüsusi zülal – at qanından düzəldilir. Bəzi insanlarda zərdablara qarşı anafiliktik şok yaranır və xəstə dünyasını dəyişə bilər. Bundan əlavə, heç zərdab da tam qorunma üsulu deyil. Belə hallarda digər müalicə üsulları mümkündür. Bunları da yalnız xəstəxana şəraitində aparmaq olar.

- Xəstə hansı müddətdə həkimə çatdırılsa, ona yardım etmək olar?

- Əgər ilan sancmasından sonrakı 12 saat ərzində xəstə toksikologiya mərkəzinə çatdırılsa, orada ona yardım edilə bilər. Hazırda bütün mərkəzlərdə kifayət qədər zərdab ehtiyatı var və pulsuz təqdim olunur. Buna görə də ilan sancması hallarında həmin şəxsi yaxınlıqdakı rayon xəstəxanasına aparmaq lazımdır. Artıq bir çox bölgələrdə – Gəncə, Naxçıvan və digər yerlərdə Səhiyyə Nazirliyinin "sanaviasiya” xidməti var ki, onların vasitəsilə də zərdab vurula bilər.

- Lakin ilan sancmaları ilə yanaşı, bəzən əqrəb sancmalarına da rast gəlinir. Belə hallarda, hansı tədbirləri görməyi məsləhət bilərdiniz?

- Əqrəb sancmaları da Azərbaycanda kifayət qədər yayılmış haldır. Xoşbəxtlikdən, ölkəmizdə olan bu heyvan – qara əqrəb deyil, sarıdır. Afrikada olan qara əqrəblər həyat üçün təhlükəlidir. Azərbaycandakı sarı əqrəblərin zəhəri isə qat-qat zəifdir, azdır. İndiyə kimi Azərbaycanda əqrəb sancmasından ölüm hadisəsi baş verməyib. Belə hallarda heç zərdaba da ehtiyac olmur, eləcə lokal anesteziya ilə zəhərlənməyə qarşı müalicə aparılır. Lakin son 10 ildə ölkəmizə Orta Asiyadan çox təhlükəli və zəhərli, el arasında "qara qurd” adlanan zəhərli hörümçəklər gəlib. Onların zəhəri gürzəninkindən də bir neçə dəfə güclüdür. Hörümçək o qədər balacadır ki, heç bəzən onun sancdığını da hiss etmək olmur. Bu həşəratın zəhəri neyrotoksiki olduğundan, həmin nahiyədə şiddətli ağrılar başlayır. Hətta narkotik maddələr belə o ağrıları keyləşdirə bilmir. Bu hörümçək 1,5 mm ölçüdə olur və belində 4 qırmızı nöqtə var. Əgər belə bir hörümçəyi görə bilsəniz, ondan qorunmağa çalışın.


Şərhlər: 7
Baxılıb: 514
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
jqut nedir anlamadim Allah bele belalardan uzaq elesin zeherli balaca horumceyin olmasinida esitmemisdim tesekkurler her seyden melumatli olmaq yaxsidi
24 avqust 2015 18:56
# 7
Catwoman666
Faydalı məsləhətlərdir. İlan sancmaları zamanı tez həkimə getmək lazımdır.

...666...
23 avqust 2015 22:12
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Lazımlı melumatdır.Allah özü qorusun her kesi.Amin.
23 avqust 2015 07:18
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
yarpaq33
Ilan sancmasi cox dehwetli bir weydi agrisi dozulmez olur
Allah qorusun
22 avqust 2015 18:48
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Her kesin ehtiyaci olacaq melumatlardi. Bunlar haqda oxumusdum
22 avqust 2015 18:35
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
lazimli melumatdi insallah ehtiyag olmaz bu gur tecrube yasamaqa

lazimli melumatdi insallah ehtiyag olmaz bu gur tecrube yasamaqa
22 avqust 2015 18:12
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
xeyalperest
Şahmar adi mene hemişe guclu serkerde obrazi yyaridirki sende zeherli bir ilan adiymiş.duzu tedbirler haqda bilmirdim lazimli oldu memcun
22 avqust 2015 17:42
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz