Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qızmar yay günlərində sərinləmək üçün nə etməli?
Qızmar yay günlərində sərinləmək üçün nə etməli?
Göndərən: Fialka
Şərhlər: 12
Baxılıb: 463
Səs ver:
Yayda havaların həddən artıq isti keçməsi halsızlıq, nəfəs darlığı kimi problemlərə yol açır.

Yodlu duz istifadə edin
İsti havalarda tərlə birlikdə bədəndə olan duzlar da xaric olur. Duz azlığı halsızlıq, mənfi hallar yarada, yaxud təzyiqi aşağı sala bilər. Bunun qarşısını almaq üçün ilk növbədə yodlu duz istifadə edin.

Gündəlik 2-3 litr su üçün
Bədən susuz qalanda əl-ayaq şişir. Bunun qarşısını almaq üçün maye istehlakını artırın. Daha çox sərinləmək və detoks təsiri yaratmaq üçün su şüşəsinə gecədən nanə, cəfəri kimi orqanizmi rahatladan bitkilər əlavə edin.

Günəşin çıxdığı saatlara diqqət edin
Günəşin insan orqanizmi üçün riskli olduğu saatlarda təcili deyilsə, çölə çıxmayın. Çünki hədsiz istilərdə beyinə qan sızması təhlükəsi yaranır. Əgər evdən mütləq çıxmalısınızsa, mütləq şlyapa geyinin, günəş kremi çəkin. Əks halda günəş yanığı yarana bilər.

İstilərdə spirtli içkilər istifadə etməyin
Sərinləmək məqsədilə buz kimi pivə içmək sağlamlığınız üçün çox təhlükəlidir. Günəş altında və çox isti havalarda spirtli içkilər istifadə etməyin.

Açıq rəngli geyimlərə üstünlük verin
Dəb haqqında məlumatları olanlar yaxşı bilirlər ki, dizaynerlər yay aylarında açıq rəngli geyimlər təklif edirlər. Belə geyimlər günəş şüalarını itələyir, tünd rəng geyimlər isə, əksinə, şüaları özünə tərəf çəkir.

Krem istifadə edin
İsti havalarda tərləmə və sürtünmə  qıçların arasında və ya döş altında qızartıya səbəb olur. Bunun qarşısını almaq üçün uşaq kremindən istifadə edin.

Yeməkdən sonra dənizə girməyin
Yeməkdən dərhal sonra dənizə, hovuza daxil olmayın və ya yürüşə çıxmayın. Çünki bu zaman həzm çətinləşir, təzyiq isə yuxarı qalxır. Yeməkdən sonra ən az 10 dəqiqə dincəlin. Daha sonra isə hərəkət edin.

Yağlı yeməklərdən çəkinin
Lahmacun, kabab, dolma, paxlava kimi həddindən artıq yağlı və şəkərli yeməklərdən uzaq durmalısınız. İsti havalarda belə yeməklərin zərərli təsirləri daha da artır, halsızlıq, nəfəs darlığı kimi problemlərə yol açır.

Doktor Ender Sarac nə təklif edir?
Yayda sərinləmək üçün kola, hazır buzlu çay kimi içkilərə üz tutmaq sağlamlığa mənfi təsir göstərir. Bunların yerinə həm sərinlədən, həm arıqlamağa dəstək olan içkilərə üstünlük verməlisiniz. Məsələn, gül şərbəti, ayran, mineral su, doğramac, kompot, detoks suları ola bilər.


Şərhlər: 12
Baxılıb: 463
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bu gur kecen isdilerde cox ehtiyatli olmaq lazimdir esasende xesde insanlar

bu gur kecen isdilerde cox ehtiyatli olmaq lazimdir esasende xesde insanlar
3 avqust 2015 21:06
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
Havalar dəhşət istidir. Evimiz sərindir. amma yenə də lap istidə tərləyirəm. Evdən eşiyə addımımı belə atmıram (tək yayda yox, ayrı vaxtlarda da eşiyə çıxmıram nədənsə). axrıncı dəfə nə vaxt qapıdan kənara addımımı atdığımı unutmuşam desəm inanarsız?)

...666...
3 avqust 2015 20:02
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
...AdaDunyam``
inanin ki,hec neyin xeyri yoxdu,cayir-cayir yaniriq
3 avqust 2015 17:08
# 10
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Zeynep_Fatih
Neynesek de bu istiyle baw ede bilmerik
3 avqust 2015 16:57
# 9
Dosta_inam
Faydali meslehetdir, ancaq burda elede isti olmur.
3 avqust 2015 16:40
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Mrs.Pianist
`-HavaLar çox istidir.Kondisioner çıxaranın Atasına rəhmət romantik2 oLmasa öLərik istidən
3 avqust 2015 14:57
# 7
Acısı çox olan qizların guluşu gozel olur.!
ayka
cox istidir havalar bu lazimli melumatlar bele yetmir bize...
3 avqust 2015 12:39
# 6
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
emis
Lazimli melumatlardi mende yazilanlarin coxuna emel edirem birce satinalma soklardann imtina ede bilsem yaxsi olar duzdu icirik serinleyirik ama cox ziyanlidi esas da yay aylarinda. bu istilerle axirimiz ne olacaq gorek bu avqust ayini evvelki aya nisbeten daha cox isti deyibler ele ilk gunden belli oldu neter istilerin geleceyi. gunde belkede 2 litrden cox su icirem bilmeden adam yemek de yeye bilmir ancaq suynan dururuq.
3 avqust 2015 11:15
# 5
guler19
Gözəl faydalı məsləhətlərdir. Yazılanların çoxuna əməl edirəm tşklər neww
3 avqust 2015 10:57
# 4
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Tomris Müslümova
Yayı çox sevirəm qışa nifrət edirəm çoxunu bilmirdim amma gündə 2 litr yox 22 litr su içirəm))
3 avqust 2015 10:24
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Yayda serinlemek problemim yoxdur. Umumiyyetle mene isti olmur.
3 avqust 2015 10:22
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Bebiw
Faydali meslehetlerdi tewekkurlar
3 avqust 2015 10:16
# 1
sowu
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz