Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xarici dil öyrənmək üçün 10 əsas addım
Xarici dil öyrənmək üçün 10 əsas addım
Göndərən: NoName
Şərhlər: 19
Baxılıb: 1635
Səs ver:
1-ci addım:
QƏTİ QƏRAR VERİN: Dil öyrənməyə neçə dəfə başlamısınız? Güman ki, bir çox dəfə. Amma kursa getmisiniz, kitab almısınız, internetdən təqib etmisiniz və sıxılıb buraxmısınız. Təkrar olaraq bunu yaşamamaq üçün dil öyrənməyə ciddi bir qərar verməyiniz lazımdır. Niyə dil öyrənmək istədiyinizi bilməyiniz də bura daxildir. Başqa ölkələrə köçmək, işləmək, gəzmək üçün ola bilər. Başqa dildə oxumaq, yazmaq, izləmək üçün də ola bilər. Hər nə olursa olsun, siz qəti qərarınızı verin və o cür başlayın. Qərar verərkən də, xarici dili, oxumaq, yazmaq, danışmaq və ya hamısını etmək üçünmü öyrənəcəyinizi də dəqiqləşdirin. Sadəcə kitab oxumaq, internetdən məlumat toplamaq üçün dil öyrənəcəksinizə, təbii ki, proqramınız, danışmaq üçün dil öyrənəndən daha fərqli olmalıdır.

2-ci addım:
PROQARMINIZ TƏQVİMLİ OLSUN: Dil öyrənərkən özünüzü aldatmayın. 3 ayda dil öyrənmək üçün 24 saat dillə yatıb qalxmalısınız. Şagirdsinizsə, tələbəsinizsə, məmursunuzsa, işçisinizsə, ev xanımısınızsa, müdürsünüzsə, nəticədə, əvvəlcə, işinizi görüb, məktəbinizə gedib sonra dil öyrənəcəksiniz. Ona görə də məqbul və məntiqli bir zaman proqramı hazırlayın. Məsələn, belə bir proqram ola bilər: 6 ayda oxumaq, 10 ayda yazmaq, 12 ayda danışmaq, 24 ayda tərcümə etmək. Bu, ortalama olaraq, yeni bir dil öyrənən insanlar üçün olduqca uyğun bir proqramdır.

3-cü addım:
PROQRAMINIZA ƏMƏL EDİN: Hər öyrənən üçün ən çətin olanı bu tərəfdir. Proqrama əməl etmək. Çünki çox vaxt bir maneə çıxır və proqramımızı pozur. Bu mövzuda rahat olun. Bir gün çalışmadınızsa, axşam yatmazdan əvvəl 5- 10 dəqiqə öyrəndiyiniz dildə cümlələr qurmağa çalışaraq yatın. Ya da maşınınızla ya avtobusla gedərkən telefonunuza yüklədiyiniz materiallardan dinləyin. Əsla, "Neçə gündür, çalışmıram..bu iş olmayacaq” deməyin. Hər zaman davam edin. Kiçik, kiçicik öyrənmə fürsətlərini belə qaçırmayın. Duş qəbul edərkən, yemək hazırlayarkən, piyada getdiyiniz zaman, idmanla məşğul olarkən… Bəzən sizdən asılı olmayan səbələrə görə, proqramınız 1-2 ay kimi uzun müddət qədər uzana bilər. O zaman qətiyyən buraxmayın, ara verdiyiniz müddəti zaman təqviminə əlavə edin və davam edin.

4-cü addım:
NİZAMLI ÖYRƏNMƏYİN: Bu ifadəni səhv yazdığımı zənn edə bilərsiniz. Xeyr, doğru yazdım: Nizamlı öyrənməyin. Nəzərdə tutduğum budur: Yəni sıra ilə gedərək qrammatik məlumatları, ən sadə cümlələrdən başlayaraq danışmağa çalışmaq məşqləri etməyin. Bu gün çox sadə bir mövzu, digər gün heç eşitmədiyiniz ağır məlumatlar ehtiva edən başqa bir mövzunu çalışın. Qrammatikanı ordan-burdan çalışın. Bir kitaba bağlı çalışırsınızsa, bəzən başlardan..bəzən ortalardan..bəzən sonlardan çalışın. Unutmayın, uşaq olanda, danışdığımız dili öyrənərkən, nə qrammatika bilirdik, nə də dil bilgisi. Eşidə -eşidə şüuraltımız öyrənmişdi və biz də danışmağa başlamışdıq. Yeni dili də bu cür düşünün. Hər şeydən bir şeylər çalışın, dinləyin, danışın.

5-ci addım:
ƏZBƏRLƏMƏYİN: Xarici dil öyrənərkən əzbərləməyə ehtiyac yoxdur. Çünki həyatdakı ünsiyyətlər əzbərlə yaşanmır, o an təsadüfi yaşanır. Yeni tanış olduğunuz hər kəsdən, "adın nədir, haralısan, nə qədər vaxtdır burdasan, nələri sevirsən” kimi sualları arxa-arxaya soruşuruqmu? Xeyr, söhbət bizi o suallara onsuz da aparır. Əzbərləmək yerinə sözləri və cümlələri bol bol istifadə edin. Yeni bir sözmü öyrəndiniz, bunu dərhal istifadə edin. Mümkünsə, qeyri-adi şəkildə istifadə edin. Məsələn, "yaşıl” sözünü öyrəndiyiniz dildə öyrəndiniz, dərhal qeyri-adi söz birləşmələri  və cümlələr qurun: "Yaşıl adam gördüm, yaşıl su içdim, yaşıl çörək yedim” kimi.

6-cı addım:
SƏSLİ TƏKRAR EDİN: Şüuraltınız səsi çox sevir. Səsli danışın, oxuyun, yazın. Film izləyərkən, kitab oxuyarkən, musiqi dinləyərkən səsli olaraq təkrarlayın. Bu təkrarların sayı artdıqca və zaman keçdikcə sizə nə qədər çox yararlı olduğunu özünüz görəcəksiniz. Dilin sözləri və cümlələri öz-özünə ağlınıza gələcək. Kursa gedirsinizsə, kursdan verilənləri, getmirsinizsə, inernetdən tapdıqlarınızı bol-bol oxuyun, izləyin. Eyni mövzuları başqa qaynaqlardan çalışın, dinləyin. Bu mövzuda bir kitab evinə getdiyiniz zaman və internetdə o qədər çox köməkçi qaynaq var ki, heç bir zaman çətinlik çəkməzsiniz. Sadəcə olaraq, siz, tapdığınız bu qaynaqların haqqını verin.

7-ci addım:
DOST TAPIN: Dünyanın kiçik bir kəndə döndüyü bu mühitdə öyrəndiyiniz dili danışan yoldaşlar tapmaq o qədər asandır ki. Facebook, Twitter, Msn, Gmail kimi sosial mühitlərdən və xarici dil yoldaşlığı üçün qurulan bir çox saytdan faydalana bilərsiniz.

8-ci addım:
ALT YAZI OLMADAN FİLM İZLƏYİN: Xarici dil öyrənərkən hər kəs filmlərdən faydalanır. Ancaq çoxumuz alt yazı ilə (öz doğma dilimizdə və ya bildiyimiz hər hansı bir dildə) izləyirik ki, filmi anlayaq. Bunu beyninizdən silin. Filmlərdə alt yazı istifadə etməyin. İstifadə edəcəksinizsə də, öyrəndiyiniz dilin alt yazısı olsun. Sadəcə filmi izləyin. 5-10 filmdən sonra nə qədər çox inkişaf etdiyinizi və filmi bir qədər anlaya bildiyinizi görəndə, özünüz də təəccüblənəcəksiniz.

9-cu addım:
GÜNDƏLİK TUTUN: Deyə bilərsiniz ki, heç öz dilimdə gündəlik  tutmuram, qalmış xarici dildə tutum. Mənim demək istədiyim odur ki, öyrənmə gündəliyi tutun. "Bu gün bu dərsi işlədim. Bu sözləri öyrəndim. Bu anlamda işlənirlər” şəklində məlumatları qeyd edin. Sonra onları oxuyun. O gündəliklər, zaman keçdikcə, sizə, nə qədər çox bilgi öyrəndiyinizi göstərən və sizi cəsarətləndirən dostunuz olacaq.

10-cu addım:
CƏSUR OLUN, SƏHV EDİN: Ən önəmli addımı ən sona saxladım. Çünki dil öyrənməyin ən asan yolu bol-bol səhv etməkdir. Əgər başqa biri ilə danışarkən, yazışarkən, səhv edirsinizsə, təbii olaraq sizə bunun doğrusunu öyrətmək istəyəcək. Bu da  sizə pulsuz müəllim. Öz-özünüzə səhv etsəniz də, doğrusu ilə qarşılaşdığınız zaman şüuraltınız sizi doğrusuna yönləndirəcək. Çünkü səhvi bəlkə bir dəfə edəcəksiniz amma doğrular bir çox yerdə qarşınıza çıxacaq. Şüuraltı hər zaman çoxluğun tərəfindədir. Buna görə də dil öyrənəndə, "Cəsur ürək” olun və dayanmadan yalnış doğru dilə hücum edin.

Xarici dil öyrənmək çox çətin kimi görünən amma beyninizdə sizi qorxudan əngəlləri tərk etdiyiniz zaman çox zövqlü bir öyrənmə müddətidir. Başqa bir dildə söhbət etməyin, kitab oxumağın,  gündəlik tutmağın verdiyi zövq həqiqətən də başqadır.

Xarici dil öyrənmə müddətinizdə sizə uğurlar diləyirəm. Bir gün başqa bir dildə görüşmək arzusu ilə.


Şərhlər: 19
Baxılıb: 1635
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ahmetbr
men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
11 may 2016 07:46
# 19
efsane..
of en cetin mesele baslaya bilmekdi basladimsa ardi gelecek amma ilk isi qerari yerine yetirmeliyem
26 avqust 2015 17:01
# 18
HAPPY_EYES
menim dillere maraqim coxdu sevirem dilleri
26 avqust 2015 11:59
# 17
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Catwoman666
Hər biri çox düzgün qeyd olunub. Mən də xarici dil öyrənəcəm. Əsas ingilis dilidir mənim üçün.

...666...
26 avqust 2015 00:08
# 16
"All men must die, but we are not men"

Daenerys Targaryen
Ayselina
Duzgun qeyd edilib xarici dil bilen bir insanla unsiyyet qurmaq en yaxsi variantdir..men 5 dil bilirm demek olar..orta mektebde rus ve almanca.universitet illerinde ise ingils dili, turk dili qrammatiksi ile turk universitetinde tehsil aldigmcn..ixtisasimla bagli fars dili qrammatiksi ve dansigi..men evvel çox utanirdim.dansimagi..ama calisn sehvde olsa danisin..
24 avqust 2015 23:29
# 15
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
xeyalperest
Bunlari etmek yaxsi olardida amma men kursa getmesen sebrim ve iradem catmaz
24 avqust 2015 23:00
# 14
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Laliçqaa
Xarici dillere dehşet hevesim var. En coxda ingilis diline
24 avqust 2015 21:58
# 13
_damla_
mencede bunlarin hamsi maraqli melumatlardir.bu yazilanlara emel etsek xarici dilleri asan menimseye bilerik
24 avqust 2015 20:54
# 12
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
ALESSANDRA
3 dil bilirem gelecekde bu saylari artirmaq fikrim var 01
24 avqust 2015 20:43
# 11
Don't trust anyone ∆
lilit
Ingilis diline heves vardi oyrenirdimde saqolsun ailem butun hevesi mehv etdiler
24 avqust 2015 20:11
# 10
mutlulun sana gelmesini bekleme sen ona kow beklersen hayatinin sonuna kadar mutsuz olursun ..!
MODABAZ
Gerek cppx oxuyub dil ehtiyatin yuksek olsun me de oyrenmek isteyirem
24 avqust 2015 19:34
# 9
Heyata daim gulmek lazimdii
vipbetul
dil oyrenerken sehv ederem diye dili ishletmemek utanmaq anlashilma deye qorxmaq olmaz o zaman dili oyrene bilmessiz,gozel meslehetlerdir
24 avqust 2015 19:32
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Narın Yağış
Rus dilini bilirəm amma sadəcə danışıq dilini bilirəm.. dərinlikləri və sözlərin çoxunun yazılmasını bilmirəm..İngilis dilini də dərs kimi bilirəm danışıq formasını çox yox) rus dilindən kursa gedəcəm inşAllah dərinliklıri öyrənmək üçün evdə nə qədər də olmasa adam sıxılır.. xəbərə görə təşəkkürlər..
24 avqust 2015 19:28
# 7
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Tomris Müslümova
Mən rus dilinə getmişəm gələk evdə də istifadə edəsən bir gündə 2-3saat məşğul olmaqla bəs etmir amma bilirəm...
24 avqust 2015 18:58
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Dosta_inam
Xarici dil öyrenmeyi mende sevirem.ancaq öyrenmeye hevesim yoxdu yee.
24 avqust 2015 18:30
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
teri meri
məktəbdə ingilis dilini keçirlər ancaq onu bacardığım qədər öyrənirəm ama rus dili keçilmir onu uniyə girəndən sonra kursa gedib öyrənəcəm inşallah onda bu qaydalardan istifadə edərəm
24 avqust 2015 18:27
# 4
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
BARBI
Xarici dilleri oyrenmeye hevesimde meylimde lap coxdur. Tez qavrayiram
24 avqust 2015 18:15
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Luna-90
Xarici dil oyrenmeyin en yaxsi yolu lugeti bilmek birde oyrendiyin dilin hemin olkenin vetendasiyla unsiyyetde olmaq uzagi 6aya super o dilde danismaq olar .
24 avqust 2015 18:10
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
aLoNe AnGeL
ingilis dilini mukemmel oyreneceyem
24 avqust 2015 18:07
# 1
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz