Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vaxtın düzgün idarə edilməsi
Vaxtın düzgün idarə edilməsi
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 747
Səs ver:
Qərarsızlıq, nə istədiyini bilməmək, internet asılılığı, sosial şəbəkə asılılığı, məsuliyyətsizlik, tənbəllik, ərincəklik, düşünməyə vaxt ayırmamaq, televizora bağlılıq… Bu və bu kimi bir sıra şeylər, vaxtı düzgün idarə edə bilməməyimizə səbəb olur. Çox deyilən bir sözdür: Zaman, həyatdır. Bəli, deməli, zamanı düzgün idarə edə bilməmək, həyatımızı düzgün idarə edə bilməməkdir ki, bu da ən böyük itkidir. Bəs yaxşı ,vaxtı düzgün idarə edə bilmək üçün nə etmək lazımdır? Bu yolda atılacaq ilk addım, bunu nə üçün etməli olduğumuzu dərk etməkdir. Bayaq da qeyd etdiyim kimi vaxtla bağlı uğursuzluq, həyatla bağlı uğursuzluqdur. Vaxtı düzgün idarə etmək, onun, məqsədlər, məsuliyyətlər, zövqlər və xobbilər arasında balanslı bir şəkildə paylaşdırılaraq özəl həyat, ailə həyatı, iş həyatı, sosial həyat ilə VAXTIN DÜZGÜN İDARƏ EDİLMƏSİbağlı fəaliyyətlərin təsirli və məhsuldar bir şəkildə planlanması və gerçəkləşdirilməsi deməkdir.

Vaxtı düzgün idarə edə bilmək üçün gündəlik tutmaq  çox işimizə yarayacaq. Gündəlik tutmaq və plan qurmaq. Planlı olmamaq günün axarına qapılıb getməyimizə və günü itirməyimizə səbəb olur. Səhərlər, günə başlamazdan əvvəl gündəliyimizə həmin gün edəcəklərimizi, hansı saatlarda və nə qədər nə ilə məşğul olacağımızı qeyd etmək əla fikirdir. Bunları sözsüz ki, beynimizdə də planlaşdıra bilərik. Amma bunların göz qabağında olması, nizamlılıqdır, beyin üçün rahatlıqdır. Qeyd etdiyiniz işləri gördükdən sonra qeyd edilənin üstündən "yerinə yetirildi " deyə xətt çəkməyin zövqünü mütləq dadmalısınız. Amma çalışın, planınıza sadiq qalın. Davamlı olaraq plan qurub buna əməl etməmək, psixoloji olaraq insana pis təsir edir. "Özümə sadiq deyiləm”, "Özümə verdiyim sözləri tutmuram”, "Tənbələm” və s. bu kimi fikirlərlə depressiyaya kimi belə sürüklənə bilərsiniz. İradəmiz  xaricində olan şeylər səbəbilə planın pozulması problem deyil, qaldığımız yerdən davam edə bilərik. Lakin bilərək yayınmaq mənfidir. "Yox” deməyi bacarmaq, vaxtın düzgün idarə edilməsi məsələsində çox önəmlidir. "Yox” demək deyəndə, bir çox insan, sadəcə kiməsə yox deməyin nəzərdə tutulduğunu düşünür. Halbuki, bu ən çox fəaliyyətlərə "yox” demək mənasındadır. Hansı ki, bu fəaliyyətlər lazımsızdır. Fikirləşərək yaşayın. Bir şeyi etməzdən öncə, özünüzə sual verin: " Mən bunu niyə edirəm?”, "Bunun mənə gətirəcəyi faydalar nələrdir?”, "Bunları etməklə həyatım hansı vəziyyətdədir?”, "Nələri etməklə nələr qazanıb, nələr itirə bilərəm?” Mütləq bu suallarla yaşayın. Zaman keçdikdən sonra peşman olmayın. Əlbəttə, gündəlik tutmaq və plan qurmaq üçün də edəcəklərimizi bilmək lazımdır. Zaman, etmək istədiklərimiz və etmək məcburiyyətində olduğumuz fəaliyyətləri özündə birləşdirir.

Ortalama olaraq bir insanın vaxtını nəyə xərclədiyinə baxaq:

Yatmaq, yemək, şəxsi təmizlik, TV, internet, təhsil, iş yerimizdəki işimiz və s. bu kimi.

Qalan vaxtda nələrə zaman ayrıla biləcəyinə baxaq:

İdman, kitab oxumaq, mədəni fəaliyyətlər (kino, teatr, konsert, bu sahədə hansısa bir fəaliyyət və s. bu kimi) , ailənizə ayrılan zaman, dostlara ayrılan zaman, fərdi inkişaf, xobbiləriniz, dincəlmə, istirahət, musiqi, səyahət etmək və s. bu kimi..

Həyatınızın fərqində olVAXTIN DÜZGÜN İDARƏ EDİLMƏSİun və onun ehtiva etdiyi bütün fəaliyyətlərinizi müəyyən edib gündəliyə yazın. Qeyd etdiyim kimi, ola bilsin ki, çoxumuz bu fəaliyyətlərdən xəbərdarıq amma bunların göz önündə olması daha effektivdir.

Yatmaq vaxtımızı almasın! Özünüzü tanıyın və neçə saatlıq bir yuxunun sizə kifayət etdiyini öyrənin. Vaxt itirməmək üçün nə çox yatın, nə də vaxt qazanmaq üçün az yatın. Hər gün eyni saatda yatıb eyni saatda oyanmağa alışdırın, özünüzü. Bir müddət sonra bədən buna alışacaq. Bu həm sağlamlığınız, həm də rahat oyana bilməyiniz üçün çox faydalıdır. Yatmaq insan orqanizmi üçün çox önəmlidir. Fiziki, psixoloji və mənəvi sağlamlıqda rolu böyükdür. Yatmaq üçün mütləq vaxt ayırın!

Saata bağlı olun. Onu gözdən kənara qoymaq, vaxtı gözdən kənar qoymaq deməkdir ki, bu da yenə də günün axarına qapılıb getməyimizə səbəb olur. Fasiləyə əhəmiyyət verin! Planlı yaşamağın sıxıcı olacağını düşünməyin. Bəzən plansızlığı seçə bilərsiniz. Bəzi hallarda planı pozmaq məcburiyyətində də qala bilərsiniz. Amma planlı yaşamağın həyatınızın ana xətti olmaqdan çıxmasına icazə verməyərək.

Etdiyiniz hər bir şeyi niyə etdiyinizi fikirləşin. Hansı işlərinizin daha önəmli olduğunu müəyyən edin. Çətin olan işləri əvvəlcə edin. Təxirə salmaq xəstəliyindən bir dəfəlik xilas olun. Tələsməyin, səbrli olun, eyni vaxtda bir neçə şeylə məşğul olmayın, vaxt ayıraraq məşğul olun. Saat 4-də beyninizi, saat 5-ə təyin etdiyiniz iş haqqında düşünməklə məşğul etməyin, hər şeyə, vaxtı gələndə diqqətinizi verin. Gərəksiz olan hər şeyi həyatınızdan çıxarın. Bəzi işlərinizi uyğun vaxtlarda aradan çıxarmağı bacarın. Məsələn, kitab oxumağa vaxtınız yoxdur? Avtobusda, metroda, avtomobilinizlə tıxacda olanda və ya hansısa bir gözləmələr zamanı bunu yaxşı mənada aradan çıxara bilərsiniz. Həyatınız, günün sonunu gətirə bilməyə çalışmaqla keçməsin! Etmək istədiyiniz şeylərə vaxt ayırın!

VAXTIN DÜZGÜN İDARƏ EDİLMƏSİÖnəmli olan həyatımızın fərqində olmaq, onu düzgün idarə etməli olduğumuzun fərqində olmaqdır. Bu, bizi, vaxtı idarə etmək işində üsullar tətbiq etməyə yönəldəcək, onsuz da. Həyatdan nə qədər  zövq aldığınız, zamanınızı necə idarə etdiyinizlə birbaşa bağlıdır. Bəlkə də xoşbəxt olmamağımızın yeganə səbəbi budur: "Vaxtı düzgün idarə edə bilməmək!” Elə günü bu gündən vaxtınızı düzgün idarə etməklə məşğul olmağa başlayın və bununla da həyatınıza müsbət dəyişiklikləri dəvət edin!

Unutmayın! Vaxtınızı düzgün idarə etməklə, həyatınızın idarəsini öz öhdənizə götürmüş olursunuz! Əks halda isə, sizi və həyatınızı, siz yox, başqaları və başqa şeylər idarə edir. Gözünüzü açıb, bunu görməyi bacarın.


Şərhlər: 8
Baxılıb: 747
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Planlı hərəkət etmirəm. Onsusuzda bütün günü komp qarşısında keçir. Həyatım demək olar ki, sadecə virtualdan ibarətdir.

...666...
21 avqust 2015 18:01
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Menim hec neye vaxtim catmir, cunki kruqlu sutqa yatiram 23
21 avqust 2015 17:19
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
vaxtdan hec kim duzgun isdifade ede bilmez hec kim vaxtinin deyerini bilmir cunki
21 avqust 2015 15:00
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
efsane..
yayda planli hereket alinmir amma qisda vaxtdan planli sekilde istifade edirem
21 avqust 2015 14:50
# 5
xeyalperest
ay cox gozeldi.eslinde men plan quranda sankib heyatim maraqsizlasacaq kimi oluram burda da qeyd olunub buna uymaga calisacam
21 avqust 2015 13:44
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
_damla_
maraqlidir 123
21 avqust 2015 12:14
# 3
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
♥ KaMa ♥
yatmaq çox vaxt aparır 8 saatdan da çoox yatıram 122
21 avqust 2015 11:14
# 2
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
BARBI
Mende de bu problem olur vaxtimi duzgun bole bilmirem hec neye vaxtim catmir.
21 avqust 2015 10:26
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz