Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oruc tutanlar bunları bilməlidir - 9 qayda
Oruc tutanlar bunları bilməlidir - 9 qayda
Göndərən: Meleknur
Şərhlər: 7
Baxılıb: 435
Səs ver:
Ramazan ayı yay fəsli ilə üst-üstə düşdüyünə görə, bir sual insanları çox maraqlandırır: "işləyənlər oruc tutarkən nələrə diqqət etməlidir?".

Diqqət dağınıqlığı, baş ağrısı, əsəbilik və yorğunluq kimi mənfi halların çox yaşandığı bu ayda sadəcə işləyənlərin deyil, oruc tutan hər kəsin imsaka durması və daha çox bitki çayı içmələri tövsiyə edilir.

Oruc tutarkən mütləq nizamlı qidalanmaya diqqət etməklə yanaşı qidalanmanın 9 qızıl qaydasını bilməliyik.

Mütləq imsaka qalxın. Qalxmasanız, problemlər və xroniki yorğunluq yaşaya bilərsiz. Əks halda metabolik sürət enir. Halsızlıq, baş ağrısı, yorğunluq və diqqət dağınıqlığı görülə bilər. Uzun müddət ac qaldıqdan sonra iftarda çox yeməyi və qan şəkərinin düşməsini əngəlləmək üçün həzmi yavaş, qida dəyəri yüksək qidalar yeyilməlidir.

İmsak və iftarda çox su içməyi unutmayın. Bədəndəki su miqdarının 20% azalması həyati risk daşıya bilər. Bir sözlə, su qidaların həzmi, artıq maddələrin atılması, bədən istiliyinin tənzimi, oynaqların sürüşkənliyinin təmini, elektrolitlərin daşınması üçün vacibdir.

İftar süfrəsində yeməyin deyil, söhbətin dadını çıxarın. Gün boyu ac qalan mədəyə birdən-birə çox yemək yükləmək sağlıq problemlərinə yol aça bilər. Az-az yemək lazımdır. Yemək yeyərkən tələsməyin.

İftarla imsak arasında iki dəfə yemək yeyin. İftardan imsaka kimi 1-2 dəfə kiçik pors yemək yemək maddələr mübadiləsinin çalışmasına yardım edər.

Qatıq, ayranı iftar süfrəsindən əskik etməyin. Orucu su və xurma ilə açdıqdan sonra şorba, salat kimi yüngül qidalarla davam edin. Əsas yeməyə keçmədən əvvəl 5-10 dəqiqə ara vermək mədəyə faydalıdır. Qatıq, ya ayran mütləq qəbul edin.

Şirniyyat yeməyi təxirə salın. Yeməkdən bir-iki saat sonra hər gün olmamaq şərtilə meyvə, ya da şirniyyat yeyə bilərsiz. Şərbətli, xəmirli olmamasına diqqət edin. Südlü şirniyyat, dondurma da ola bilər.

Qızarmış və duzlu qidaları yeməyin. Susayanda su içməmək təzyiq və ödəm kimi problemlərin ortaya çıxmasına səbəb olur. Susuzluq hiss etməmək üçün iftar və imsakda qızartma, turşu, kolbasa, xəmirli şirniyyatlardan uzaq durun.

İmsak və iftar süfrənizdə çiy tərəvəzlər, meyvə yeyin. Gün boyu qan şəkərinin düşməsini əngəlləmək, mədə boşalmasını gecikdirmək üçün imsakda proteinlə zəngin qidalara üstünlük verilməsi doğrudur. İmsakda yağlı və kalorili ağır yeməklər yerinə yüngül yeməklər yeyin. Meyə və tərəvəzlə zəngin qidalananda toxluq hissi daha uzun müddət qalıcı olur.

Bitki çaylarından faydalanın. İftar və imsakda içəcəyiniz bitki çayları həm maye qəbulunu artırar, həm də həzm funksiyalarının tənzimlənməsinə yardım edir.
İmsakda içdiyiniz darçınlı çaylar qan şəkərinin düşməsini əngəlləyər. Aclıq duyğusunun gec yaranmasına kömək edər. Kəklikotu, nanə yarpağı, gilas sapından hazırlanan çaylar həzm sistemini dəstəkləyir.


Şərhlər: 7
Baxılıb: 435
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
artiq Orucluq qurtardi sukur saliqla bu ilde Orucumuzu Tutmaqi Rebbim biz qullarina nesib etdi cox sukur
18 iyul 2015 21:33
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
oruc tutmadim men bu ay
18 iyul 2015 16:01
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
efsane..
axirinci istisna digerlerine emel etdim
18 iyul 2015 13:00
# 5
qanadli melek
Oruc tutan zaman qidalanmamiza fikir vermeliyik
18 iyul 2015 10:35
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
aziz a
Bir defe imsaka gecikmisdim, qalxib namazimi qilib yatdim, o gunu inaninki qus kimi oldum hec bir problemim falan olmadi...
18 iyul 2015 09:49
# 3
Qelbim doludu !!!!
Dosta_inam
Allah butun oruc tutanlarin orucun qebul etsin, Amin.
18 iyul 2015 08:31
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Oruc tutarken coxlu maye ve susuzluq yatirici caylar icilmelidir.
18 iyul 2015 07:23
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz