Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qırışlara səbəb olan pis vərdişlər
Qırışlara səbəb olan pis vərdişlər
Göndərən: emis
Şərhlər: 10
Baxılıb: 682
Səs ver:
Hər bir qadın dərisini cavan və sağlam saxlamaq istəyir.

Lakin bəzi pis vərdişlərimiz buna mane olur, üz dərisinin qocalmasını tezləşdirir. Bu vərdişlərdən mütləq imtina edin!

1. Mimikadan həddən çox istifadə etmək
Əgər insan çox tez-tez gözlərini qıyır, alnını qırışdırır və s. mimik hərəkətlər edirsə, bu qırışların daha tez əmələ gəlməsinə səbəb olacaq. Yapon qadınları xatırlayın - hətta qoca qadınlarda qırışlar az olur. Bunun səbəbi məhz mimikadan az-az istifadə etməsidir. Bu yapon ənənəsidir.

2. Üzə tez-tez əl vurmaq
Bu da növbəti pis vərdişdir. Üz dərisinə tez-tez toxunduqda, siz dərinizi daim dartısız ki, bu da qırışların əmələ gəlməsinə təkan verir.
Digər tərəfdən bu sızanaqların və digər səpgilərin əmələ gəlməsinə səbəb olur.

3. Saqqız çeynəmək
Bu ağız ətrafında dərinin dartılmasına və sallanmasına səbəb olacaq. Hər qida qəbulundan sonra 5-7 dəqiqə ərzində saqqız çeynəmək olar (bundan artıq yox!). Nəticədə siz həm dişlərinizi sağlam saxlayacaqsınız, həm də dəriniz əziyyət çəkməyəcək.

4. Günün altında qaralmaq
Gün üz dərisinə olduqca çox mənfi təsir edir - qurudur, elastikliyini azaldır, qocaldır, qırışların əmələ gəlməsinə səbəb olur. Dərinizi cavan saxlamaq istəyirsinizsə, "zaqar"dan imtina edin, xüsusi gündən qoruyan kremlərdən, gün eynəklərindən, şlyapalardan, çətirlərdən istifadə edin.

5. Skrablardan, pilinqlərdən və s. dərini dərin təmizləyən vasitələrdən tez-tez istifadə edilməsi
Bu vasitələr dərini qurudur, onun qoruyucu qatını məhv edir və nəticədə dəri daha tez qocalır, qırışlarla örtülür.
Gündəlik baxım zamanı tərkibində spirt və digər aqressiv maddələr olan kosmetik vasitələrdən daha az istifadə edin. Onlar dərinin normal su balansını pozur, dərini qurudur, qırışların əmələ gəlməsinə səbəb olur.
Dərinizi daim nəmləndirməyə çalışın - bu qırışların ən yaxşı profilaktikasıdır.

6. Düzgün olmayan qidalanma
Qidalanmada şirniyyatların, fast-fud qidaların, yağlı, duzlu, hisə verilmiş, qızardılmış  qidaların çox olması bütün orqanizmə mənfi təsir edir. Bu həmçinin dərinin daha tez qocalmasına təkan verir. Dərini cavan saxlamaq istəyən insan mütləq hər gün meyvə-tərəvəz, göyərti, süd məhsulları, sıyıqlar (düyü, yulaf yarması və s.) yeməlidir.
Mayenin qəbulu da çox əhəmiyyətlidir. Az maye qəbul edən insanların dərisi quruyur, bu isə qırışların əmələ gəlməsinə səbəb olur. Gün ərzində 2 l-dən az olmayaq maye qəbul edin. Çay, qəhvə məhdudlaşdırın. Bu içkilər orqanizmin susuzlaşmasına səbəb olur. Adi təmiz su, təbii meyvə şirələri daha yaxşı seçimdir.

7. Yuxunun az olması
Gecə zamanı orqanizm dincəlir və bərpa olunur. Bu həmçinin üz dərisinə də aiddir. Əgər insan daim az yatırsa, orqanizm daha tez qocalmağa başlayır ki, bu da ilk növbədə üz dərisinin vəziyyətinə təsir edir.
Daim 6 saatdan az yatan insanın orqanizmi daha tez qocalmağa başlayır.

8. Qarın üstə yatmaq vərdiş
Bu vərdiş üz dərisinə çox mənfi təsir edir - qan dövranı pozulur, dəri sıxılır, qırışır. Bel və ya böyür üstə yatın - bu tək üz dərisinin deyil, ürək-damar sisteminin sağlamlığı üçün də çox vacibdir.

9. Siqaret çəkmək
Qadın gözəlliyinə ən pis təsir edən vərdişdir. Siqaret çəkən qadınların dərisi nazilir, quruyur, saralır və çox tez qocalır.


Şərhlər: 10
Baxılıb: 682
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
VIP
Üzümdə qırış yoxdu.Amma qarnı üstə yatıram.Üz dərimdə nəmlilik var.Xoşlamıram bu nəmli dərimin olmasını.
21 avqust 2015 16:41
# 10
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
heleki cavaniq iqrsin yaranmasiycin uzumuzde iller var
21 avqust 2015 12:47
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
Hər biri ilə razıyam. Qeyd olunan pis vərdişləri bir çoxumuz edirik istəyərəkdən ya da istəməyərəkdən.

...666...
20 avqust 2015 23:35
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Little girl
Şükür mənim üzümdə elə də qırış yoxdur.Amma bunları bilməyim yaxşı oldu.
20 avqust 2015 14:25
# 7
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
efsane..
qeyd olunanlarin hec biri mene aid deyil
20 avqust 2015 10:17
# 6
yarpaq33
Qarin uste yatmaq uzu qiriwdirdigini bilirdim ama neynemek olar insan rahatliga daha cox ustunluk verir
20 avqust 2015 10:04
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
meni_gozle
arada saqqiz ceyneyirem
20 avqust 2015 09:47
# 4
eıiyeva gülmaye
Faydali idi tesekkurler
20 avqust 2015 09:23
# 3
Bebiw
En cox sevdiyim di saqqqiz!!!! olsemde atmaram ! stop agla
20 avqust 2015 09:20
# 2
sowu
BARBI
Her bir faktor uz derisin qirisaginda onemli rol oynayir. Ona gore her zaman qidalanmamiza ve yuxu rejimimize diqqet yetirmeliyik
20 avqust 2015 07:12
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz