Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oruclu olanda bunu heç vaxt etməyin!
Oruclu olanda bunu heç vaxt etməyin!
Göndərən: Fialka
Şərhlər: 6
Baxılıb: 696
Səs ver:
Türkiyənin sağlam qidalanma üzrə mütəxəssisi Gönül Ateşsaçan Ramazan ayında oruc tutan şəxslərlə bağlı məsləhətlər verib.

Gönül Ateşsaçan bildirib ki, Ramazan ayı ruhsal və fiziki təmizlənmə vaxtıdır: "Oruc əslində detoksdur. Normalda metabolizmimiz gündəlik həzmə çox enerji sərf edir. Oruc isə ruhun üzərindəki bədən yükünün yüngülləşdirilməsini təmin edir”.

Mütəxəssis qeyd edib ki, bu ayda xüsusilə istehlak edilən duzun miqdarına çox diqqət edilməlidir. Çünki artıq duz susuzluq yaradır. Odur ki, çox duzlu qidalar, hazır şorba, souslar, ədviyyatlar, ət suyu və xüsusilə konservləşdirilmiş ərzaqlardan istifadə etməyin.

Yağda qızarmış qidalar mədə yanmasına səbəb olduğu üçün sizə oruclu olduqda narahatlıq verəcək

Xüsusilə imsak vaxtı şəkərli qidalardan və çox şirin meyvələrdən uzaq durmalıyıq.

Karbohidrat tərkibli qidaları - çörək, makaron, plov, piroq, kartof qızartması və s. çox az yeyin.

Suyu soyuq və sürətli içməyin. Bu mədədə qaz əmələ gətirir və ağrıya səbəb ola bilər.

Tox tutan, qan şəkərini qəfildən yüksəltməyən yeməklər hazırlayın. İftarda mütləq zülal ehtiva edən ət, balıq və toyuq şorbalarına üstünlük verin.

Oruc zamanı bir çoxlarının yaşadığı ən böyük problemlərdən biri qəbizlikdir. Qəbizliyin qarşısını almaq üçün lif faizi yüksək ərzaqlara yönəlin.

İftarı açan kimi dərhal divanda oturub televizor izləməyin, yaxud da vaxtınızı boş yerə internetdə keçirməyin. İftardan 1-2 saat sonra 30 dəqiqəlik yürüş nəticəsində həm özünüzü gümrah hiss edəcəksiniz, həm də metabolizmin yaxşı işləməsini təmin edəcəksiniz.

İmsakda yüngül yeməklər yeyilməli, zülal tərkibli qidalara üstünlük verilməlidir.

Mütləq bitki çayı olaraq razyana və qan şəkərini tarazlaşdıran darçınlı cökə çayı içməlidir.

İftar və imsak arasında bol su için. Orqanizm üçün faydalı qidalansanız, gün ərzində yorğunluq hiss etməyəcəksiniz. Yeməkləri sürətli deyil, yavaş-yavaş və yaxşı çeynəyərək yeyin.

Sonda onu da qeyd edim ki, heç vaxt oruclu olanda idman etməyin. Günortadan sonra idman etsəniz, uzun müddət ac qaldığınız üçün qan şəkəri və metabolizmlə bağlı bəzi problemlər yaranacaq. Odur ki, oruc tutanların iftardan 2-3 saat sonra idmanla məşğul olması münasibdir.


Şərhlər: 6
Baxılıb: 696
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
artıq orucluqun son gunudur
17 iyul 2015 15:48
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yaz_yamuru
Allah tutulan oruclari qebul etsin amin
17 iyul 2015 13:25
# 5
Bebiw
Bunlarda Duzdut
17 iyul 2015 12:48
# 4
sowu
canr
Allah butun oruc tutanlarin orucunu qebul etsin.Amin
17 iyul 2015 09:21
# 3
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
BARBI
Oruc vaxti yediklerimize icdiklerimize xususi diqqet yetirmeliyik

Cox yagli duzlu istiotlu qidalar qebul etmemeliyik
17 iyul 2015 07:13
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Tesekkur lazimli meslehetdir, Allah butun oruc tutanlarin orucun qebul etsin, Amin.
17 iyul 2015 05:23
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz