Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Güllərimiz solmasın
Güllərimiz solmasın
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər: 13
Baxılıb: 948
Səs ver:
"Ekspress" qəzeti yazır ki, güllər gözəl olduğu qədər də zərifdir. Onların uzun müddət təravətli qalması üçün xüsusi qulluq lazımdır. Adətən gül salonlarında onlar uzun müddət solmurlar, evə gətirəndən sonra isə bir-iki günə əvvəlki görünüşünü itirirlər.
Gül salonlarının birində satış üzrə menecer işləyən Zeynal Mirzəyevin sözlərinə görə, güllərə düzgün baxanda onlar gec solur. "Qızılgüllərin çox qalması üçün otaqdakı havada nəmişlik olmalı, temperatur 15 dərəcədən başlamalı və 20 dərəcəni keçməməlidir. Temperatur 20 dərəcədən yuxarı olarsa, güllər məhv olar. Ümumiyyətlə, güllərin gec solması üçün onları vaxtaşırı olaraq soyuq su ilə doldurulmuş pulverizator vasitəsi ilə sulamaq lazımdır. Biz güllərin yarpaqlarını da sulayırıq ki, nəm qalsın. Bu, güllər üçün çox xeyirdir".
Z.Mirzəyev bildirib ki, güllərin ev şəraitində uzun müddət gözəl qalması üçün gövdəsinin aşağı hissəsini konusvari şəkildə kəsmək lazımdır. "Gülləri evə gətirəndən sonra çoxları onları güldana qoymaqla kifayətlənir. Amma bu düzgün deyil. Ona görə də güllər ev şəraitində daha tez solur. Güllərin suyunu hər gün dəyişmək, saralmış yarpaqlarını isə kəsmək lazımdır. Çəmən güllərinin gövdələrinin aşağı hissəsi iti bir alətlə, ülgüc vasitəsi ilə kəsilir ki, çürüməsin. Güllər bir müddət suda qalandan sonra, onların gövdələrinin aşağı hissəsi çürüməyə başlayır. Məhz həmin çürümüş hissələri hər gün kəsilir ki, təmiz qalsın və gec çürüsün".
Müsahibim onu da əlavə edib ki, yayda istidən güllər solmağa başlayır. "Bəzi hallarda kondisionerin də havanı rütubətləndirməyə gücü çatmır. Güllər solaraq başlarını aşağı salmağa başlayır. Belə hal baş verərsə, qəzetin vərəqlərini nəm edib gülləri kip bükürük. Qəzetə bükülmüş güllərin gövdələrinin aşağı hissəsini suya qoyuruq. Üç-dörd saatdan sonra güllər şax duranda qəzetdən çıxarırıq".
"Güllərin gec çürüməsi üçün suya qənd də atmaq olar", - deyən Z.Mirzəyev qəndin suda nişastanı artırdığını bildirir. Onun sözlərinə görə, əgər güllərin suyu hər gün dəyişilərsə, suya qənd atmağa ehtiyac yoxdur. Təzə suda gülə lazım olan maddələr yetərincədir.

O, qızılgül alarkən onların qönçələrini yoxlamağı məsləhət görür. "Qönçəni əlinlə yoxlayırsan, əgər möhkəmdirsə, demək, gül təzədir. Əgər yumşaqdırsa, almağa dəyməz. Belə gül artıq təravətini itirib və tez solacaq. Çəmən güllərinin ortası yaşıldırsa, demək, tam yetişməyib. Yanlarında da ara-sıra qönçələr görünürsə, gül körpədir. Ümumiyyətlə, kalalar bir həftə, çəmən gülləri 15-20 gün, qış aylarında hətta 1 ay da qala bilər. Qızılgüllər ev şəraitində 4-5 gün qalır. Amma mağazada düzgün qulluq sayəsində gec solur. Güllərin gec quruması üçün otağın havası tez-tez dəyişilməlidir. Otaqda təmiz hava olmalıdır. Əks halda bitkilər tez ölür".

Həmsöhbətim seçim edərkən daha çox qızılgüllərə üstünlük verildiyini deyir. "Ağ qızılgüllər əsasən kişilərə, qırmızı qızılgüllər isə xanımlara hədiyyə olunur. Elə xanımlar da var ki, ağ qızılgüllər xoşlayırlar. Ən bahalı və nadir gül isə orxideya hesab olunur. Orxideyanın 1 dənəsini 50 manata satırıq".
Onun sözlərinə görə, güllər əsasən Ekvadordan, Hollandiyadan, Türkiyədən, İrandan gətirilir. "Yaz-payız mövsümündə Mərdəkandan da güllər gətirilir. Qışda isə əsasən başqa ölkələrdən gətirilmiş gülləri satırıq. Çəmən güllərini əsasən Hollandiyadan, qızılgülləri, zanbaqları, başqa ekzotik gülləri Ekvadordan alırıq".
Z.Mirzəyev onu da bildirib ki, uzaqdan gətirilən güllərin yanında mineralları da olur. "Həmin mineralları suya əlavə etməklə onların uzunömürlü olmasına nail oluruq. Mağazalarda "canlı oazis" adlanan xüsusi süngərlər da satılır ki, onların köməkliyi iə güllər uzun müddət qidalanır. 40 qramlıq belə süngərə 6 litr su hopur. Gülləri kəsib həmin süngərə sancırsan. Suya nisbətən "canlı oazis"də güllər daha çox qalır. Həmin süngərdən kəsib güldanın içərisinə də yerləşdirmək olar. Bunların vasitəsi ilə ikebana düzəltmək olar. Ev şəraitində də belə süngərə gül, yarpaq, hətta ağac budağı da sancıb gözəl və maraqlı kompozisiya düzəltmək olar".


Şərhlər: 13
Baxılıb: 948
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
bizim evde gul tapan adama pul verecem122 cox nadir hallarda evimizde gul tapa bilersiz))
16 iyul 2015 20:06
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
efsane..
bilmirdim amma cox lazimlidi bunlara emel edecem
15 iyul 2015 11:25
# 12
Nergız33
Gülleri cox sevirem . Heyetimizde nece cür gül ekmişem onlar gül acanda cox sevinirem arada derib evede getirirem
15 iyul 2015 03:06
# 11
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
vipbetul
gul sevenlercin lazimli melumatdi
14 iyul 2015 23:46
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Gulleri cox sevirem
14 iyul 2015 22:30
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Niquw Abdulayeva
Qizilgulleri cox sevirem sari rengden basqa butun rengkerini
14 iyul 2015 22:26
# 8
rəmsə
Mən də həmişə gül qoyduğum güldanın suyuna qənd atıram.Canlı oazis adlı süngər güllər üçün xeyirliymiş,belə bir süngərin olmağını birinci dəfədi eşitdim.
14 iyul 2015 21:24
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
yaz_yamuru
Lazimli ve faydali meslehetlerdi
14 iyul 2015 21:23
# 6
BARBI
Gulleride baximinisa sevmirem ne de sevrim catmir. Gullere her il xususi baxim ve torpagini deyismek lazimdir
14 iyul 2015 18:54
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ell.nell
Maraqlıydı.sevirem gulleri
14 iyul 2015 18:51
# 4
Dosta_inam
Gullerden xosum gelir, qiz vaxti anamin gul bagcasindan kesib buketler duzeldirdim, gule qullugu da az cox bilirem, tesekkur.
14 iyul 2015 18:37
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BIR_TANEM
mende guleri sevirem ama bina evi oldugundan qab gulu ekir anam
14 iyul 2015 18:15
# 2
DOSLARIMNAN GORWE COX AZ QALDI SEVINIREM
Dj_Vampir
Gulleri cooox sevirem)Saqol canm
14 iyul 2015 18:15
# 1
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz