Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toy tortları haqqında vacib nüanslar
Toy tortları haqqında vacib nüanslar
Göndərən: ALESSANDRA
Şərhlər: 15
Baxılıb: 896
Səs ver:
Həyatlarının ən özəl günlərində hər şey ilə fərqlənmək istəyən cütlüklər "toy tortu”nun da gözəl olması istəyində olurlar. Buna görə də çox vaxt bu işi öz öhdələrinə götürüb, istədikləri tortu hazırlatdırırlar. Amma burada əsas məqam fərqli, gözəl və maraqlı görünən toy formasını tapmaqdır. Elə isə gəlin bir neçə tort nümunələrini nəzərdən keçirək. Misallar sizə qərarınızı verməkdə yardımçı olacaqdır.

Beləliklə, toy tortunuzun sadə və zərif görünməsini istəyirsinizsə, şəkildə göstərilən tort formalarından birini istifadə edə bilərsiniz. Dördkünc, yumru və ya ürək formalı qatların üzərinə müxtəlif formada naxışlar və ya aksesuarlar əlavə etmək olar. Eyni zamanda, tortun üzərinə adlarınızın baş hərflərini qoydura və ya adlarınızı da yazdıra bilərsiniz.

Tortun rəngini gəlinliyinizin rəngi ilə də uyğunlaşdırmağı fikirləşmisiniz heç? Niyə də toy tortunuz sizin paltarınızla ahəng təşkil etməsin. Xüsusilə, xanımların öz toylarında rəngli gəlinliklərə üstünlük verdiyini nəzərə alsaq, rəngli tortların seçilməsi fikri heç də pis səslənmir. Belə ki, mavi, çəhrayı, qızılı və s. rənglərdə boyanmış tortlar qeyd olunan rənglərdə seçilmiş gəlinliklərlə xüsusi bir uyğunluq təşkil edəcək.

Sizin tortunuzu görən hər kəsin üzündə təbəssüm yaratmaq fikrindəsinizsə, bu modellərdən birini seçə və ya buna bənzər tortlar hazırlatdıra bilərsiniz. Müxtəlif rənglər, müxtəlif formalar, maraqlı aksesuarlar istifadə etməklə toy tortunuzun üzərində hər hansı bir əhvalatı da canladıra bilərsiniz. Şübhəsiz, belə maraqlı tortlar insanlar tərəfindən xoş təəccüblə qarşılanacaqdır. Həm nəzərə alsaq ki, indiki dövrdə tortlar üçün maraqlı bəzək və aksesuarlar var, onda bu istəyinizə nail olmanız heç də çətin olmayacaq.

Toy tortunuzu sizin və ya nişanlınızın peşəsinə uyğun formada hazırlatdırmaq da orijinal fikirlərdən biridir. Xüsusilə də, əgər hər ikiniz eyni sahədə çalışırsınızsa, bu sizə tam uyğun ola bilər. Məsələn, sənətiniz pianoçudursa və ya musiqi ilə bağlıdırsa, şəkildə göstərilən tort modeli barədə düşünməyə dəyər. Yaxud üzərində riyazi hesablamalar əks olunan tort şəklindəki kimi, siz də işinizlə bağlı maraqlı detalları toy tortunuzun üzərinə əlavə edə bilərsiniz.

Digər maraqlı tort forması isə bir böyük və ətrafı çoxlu sayda bənzər kiçik tortlardan ibarət olanlardır. Bu cür toy tortlarına az-az təsadüf olunur. Belə ki, siz bu formanı seçməklə, fərqli bir addım atmış olarsınız. Həmçinin, belə tortları "Toy şirnayyatı”ndan dadmaq istəyən insanlara təqdim etmək də çox asandır. Kiçik tortların sayının nə qədər olması isə sizin istəyinizə bağlıdır.

Toy tortunuzun xoşagələn və fərqli görünməsi ilə barəbar, xoş dada malik olmasını da unutmayın. Sonda isə ailə həyatına doğru addımlayan bütün cütlüklərin "Yeni həyat”larının Toy tortları qədər şirin olması diləyilə.


Şərhlər: 15
Baxılıb: 896
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Toy tortlarının dadı əla olmasa da, olar. Əsas odur ki, gözəlliyi olsun.

...666...
30 avqust 2015 21:26
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
...AdaDunyam``
toyda tort yeyen deyilem
30 avqust 2015 18:00
# 14
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
ALESSANDRA
tortdari cooox sevrem
menim toy tortumun uzerinde gelin ve bey olacaq insALLAH 128 toy
30 avqust 2015 17:09
# 13
Don't trust anyone ∆
Miss_Angel
bu gun toydayam goren tort kesib paylasalar mende yeyerdim nese ureyim isdedi
30 avqust 2015 16:22
# 12
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
vipbetul
o qeder gozel toy tortlari varki bilmirsenki hansini secesen
30 avqust 2015 15:41
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aydan Habili
Toy tortunuzu sizin və ya nişanlınızın peşəsinə uyğun formada hazırlatdırmaq da orijinal fikirlərdən biridir. Xüsusilə də, əgər hər ikiniz eyni sahədə çalışırsınızsa, bu sizə tam uyğun ola bilər. Məsələn, sənətiniz pianoçudursa və ya musiqi ilə bağlıdırsa, şəkildə göstərilən tort modeli barədə düşünməyə dəyər.bu fikirləri beyendim
30 avqust 2015 15:02
# 10
GünƏşimƏ_AiD_
men tortumu insAllah cox boyuk etmiyecem..normalni geshey tort...ciyleke ve shkaladdan)))en sevdiyim qarishim..mmm lol birde muslu tort marojna kimi nyam
30 avqust 2015 14:58
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Mrs.Pianist
Bele wokoladli tortlari sevirem p ama toyda (qiz toyunda) gelinliye uygun ola biler)
30 avqust 2015 14:51
# 8
Acısı çox olan qizların guluşu gozel olur.!
Dosta_inam
Məndə sadə

Məndə sadə və həcmli tortları sevirəm.
30 avqust 2015 13:21
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnci
Toyda en cox beyendiyim tort kesilende qizin oglani aldatnasi ve gonbul xalaıarin 4gozle tortu gozlemesidi))))))
30 avqust 2015 13:08
# 6
Her gulusun arxasında bır keder vardır
Menim balam
Tort yemey sevmırem
30 avqust 2015 11:56
# 5
yarpaq33
Yaxinda toy etmeye hazirlawan cutluklere aiddi
30 avqust 2015 11:23
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
aliceWOnDer
Toyda mence esas tort yaxsi olmalidi..Men sevirem yeke tortlari..
30 avqust 2015 11:13
# 3
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Men de maraqli tortlari cox xoslayiram. Xususilede gozel formayla hazirlanmis tortlari
30 avqust 2015 10:06
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
tek umidim sen
Cox maraqlidi. Toyda tort kesme merasimi en sevdiyim hisselerdendir...
30 avqust 2015 10:02
# 1
Kadın derin ama adam yüzme bilmiyor...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz