Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazanda ağız qoxusu problemini aradan qaldıran üsullar
Ramazanda ağız qoxusu problemini aradan qaldıran üsullar
Göndərən: Fialka
Şərhlər: 13
Baxılıb: 962
Səs ver:
Oruc tutan insanların qarşılaşdıqları ən böyük problemlərdən biri də ağız qoxusudur. Medipol Universiteti Xəstəxanasının diş həkimi və stomatoloqu Mustafa Gündoğar  Ramazan ayında ağız qoxusunun qarşısını almağın və ağız sağlamlığını qorumağın yollarından danışıb

Tənəffüs yolu infeksiyaları, diş və diş əti, mədə problemləri, böyrək və qaraciyər çatışmazlığı kimi ciddi xəstəliklər ağız qoxusuna səbəb olur.  Mustafa Gündoğar açıqlamasında ağız qoxusu probleminin daha çox Ramazan ayında aclıq və susuzluqla bağlı olaraq yarandığını deyib. Ancaq ağızdan və nəfəsdən gələn qoxunun qarşısını almaq mümkündür.

İftar və imsak arası həddindən artıq çay və qəhvə içməyin, şirniyyat yeməyin

Ramazan ayında digər aylara nisbətən şirniyyat növləri daha çox istehlak edildiyi, axşam saatlarında daha çox yeyildiyi, qəhvə, çay kimi içkilər daha çox istehlak edildiyi üçün bakteriyaların sayı artır. Bu səbəbdən çürük yaranması prosesi sürətlənir.

Üstəlik, oruclu olduğumuz günlərdə yemək-içmək funksiyaları azaldığından tüpürcək vəzilərinin hasil etdiyi selik və tüpürcəyin də yuma qabiliyyəti azalır. Bu da bakteriyaların çoxalması və diş çürüyünün əmələ gəlməsi üçün əlverişli zəmin hazırlayır.

İftar və imsakdan sonra dişlərinizi mütləq yuyun
Ramazanda dişlər fırçalanmadıqda iftara qədər keçən müddətdə bakteriyalar ağızda asanlıqla çoxalma imkanı tapır. Bu hal ağızda pis qoxu və diş çürüməsinə yol açır. İftar və imsakdan sonra fırçalanmayan dişlərdə yaranan bakteriyalar ağızda turşuların yaranmasına və diş çürüməsinə səbəb olur. Bu vəziyyət infeksiya yolu ilə bir çox xəstəliyə də səbəb ola bilər. Diş çürükləri və ağız qoxusundan qorunmaq üçün iftar və imsakdan sonra dişlər diqqətlə təmizlənməlidir.


Ramazanda ağız qoxusunu aradan qaldırmaq üçün duzlu su ilə qarqara edin

Dişləri fırçalayarkən, dil səthi və diş ətlərinin də fırçanın köməyi ilə yaxşıca təmizlənməlidir. Oruc tutanların ağız dezinfeksiyaedici vasitələrdən istifadə etmələri də tövsiyə edilir. Belə bir imkan yoxdursa, duzlu su ilə qarqara etmək məsləhətdir. Bütün görünən və görünməyən daxili və xarici səthlər, dilüstü mütləq 2 dəqiqə fırçalalanmalı və təmizlənməlidir. Ağız baxımı üçün diş ipindən istifadə də tövsiyə edilir.

Turşulu və karbonatlı yeməklərdən uzaq durun
Diş çürüklərindən qorunmaq və ağız qoxusu problemi yaşamamaq üçün Ramazanda turşulu yeməklərdən uzaq durun. İmsakda karbonatlı yeməklər daha az istehlak edin, daha çox pendir və süd kimi kalsiumlu yeməklərə, meyvə və tərəvəzlərə üstünlük verin.

Ağız qoxusunu aradan qaldıran təbii üsullar

İftar və imsakdan sonra bu üsulları sınaqdan keçirin:

Hil, şüyüd və razyana çeynəyin.

Darçın çubuğu dişləyin. Bu ağızda bakteriyaları öldürür.

Hər yeməkdən sonra zirə çeynəyin. Həzmə də yaxşı təsir edir.

Eyni şəkildə antibakteriyel xüsusiyyəti olan mixək də iyi dərhal aradan qaldırır.

Cəfəri yeyin.

Ağız qoxusuna qarşı məhlul hazırlayıb qarqara da edə bilərsiniz. Bunun üçün 3 stəkan qaynayan suya təzə nanə yarpağı, keşniş və 1 çay qaşığı zirə toxumu əlavə edib qarışdırın. Sonra ağzını bağlayıb 25 dəqiqəyədək saxlayın. Daha sonra həmin qarışıqla ağız boşluğunu qarqara edin.


Şərhlər: 13
Baxılıb: 962
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
tek umidim sen
Bu qaydalara emel edirem...
25 iyun 2015 17:43
# 13
Kadın derin ama adam yüzme bilmiyor...
vipbetul
lazimli xeberdi
25 iyun 2015 17:25
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
faydali xeberdir. men oruc tutmuram amma
24 iyun 2015 18:18
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
Cox faydali xeberdi. Emel edecem.
24 iyun 2015 14:32
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
naz_vefa
Men iftar vaxti ve imsaq vaxti diwlerimi mutleq yuyuram cunku aqiz qoxuzuba doze bilmire.

Men iftar vaxti ve imsaq vaxti diwlerimi mutleq yuyuram cunku aqiz qoxuzuba doze bilmirem
24 iyun 2015 14:16
# 9
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
...AdaDunyam``
faydali melumatdir,tewekkurler
24 iyun 2015 10:35
# 8
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Melissa
oruc tutanlarda bele problem olur
24 iyun 2015 10:22
# 7
yarpaq33
Her bir oruc tutan kes bu meslehetden yararlanacaq twk
24 iyun 2015 09:47
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Oruc tutanda uzun muddet ac ve susuz qalinir ona gore bu problem yaranir hell yolu coxdur
24 iyun 2015 09:25
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Ayselina
Lazimli melumatlardir..her bir kesin faydalanacagina eminem
24 iyun 2015 09:13
# 4
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
teri meri
Oruc tutanlar üçün faydalıdır təşəkkür
24 iyun 2015 08:51
# 3
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Niquw Abdulayeva
Melumata gore tesekkur
24 iyun 2015 06:00
# 2
tatyana
Faydali melumatdi,herkese lazimli.
24 iyun 2015 05:26
# 1
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz