Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Orucu açandan sonra bu çayları içmək faydalıdır
Orucu açandan sonra bu çayları içmək faydalıdır
Göndərən: emis
Şərhlər: 14
Baxılıb: 564
Səs ver:
Türk Fitoterapiya Dərnəyinin sədri professor doktor Ekrem Sezik bildirib ki, bitki çayları həzm sistemini sakitləşdirməklə yanaşı, orqanizmin maye ehtiyacını da ödəyir.

O, açıqlamasında açıq satılan bitkiləri almamağı tövsiyə edib. Onun sözlərinə görə, Ramazan ayında bitki çaylarından istifadə orqanizm üçün çox faydalıdır.

İftar və imsakdan sonra, adətən, mədə pozğunluğu, şişkinlik, qaz kimi həzm sistemi problemləri yaşanır. Ekrem Sezik bu əlamətləri aradan qaldırmağa yardımçı olacaq bitkilərin adlarını açıqlayıb. Türkiyəli mütəxəssis Ekrem Sezikin  məsləhət gördüyü faydalı bitkiləri təqdim edirik:

May çobanyastığı çiçəyi, darçın qabığı, nanə yarpağı, zəncəfil kökü və razyana bitkisinin şişkinlik, qaz, mədə pozğunluğu və yüngül qarın ağrıları kimi həzm sistemi xəstəliklərində istifadə edilir. Elmi mənbələrdə də bu bitkilərin həzm sistemi problemlərini aradan qaldırmaqda çox effektli olduğu bildirilib. Məsələn; çobanyastığı çayı ödəmi azaldır, üstəlik, sidikqovucudur, razyana isə öd ifrazatını yaxşılaşdır, darçın qarın ağrılarını sakitləşdir, nanə isə həzm sistemini sürətləndirir.

O, iftardan sonra içməyi məsləhət gördüyü bitki çayının hazırlanma qaydasını da verib. Onun fikrincə, həmin çay həm həzm sistemini yaxşılaşdıracaq, həm də bədəninin maye ehtiyacını ödəyəcək.

Beləliklə, bitki çaylarının qarışığı: Şüşə və ya çini dəm çaynikinin içinə 1 paket çobanyastığı, 1 paket nanə, 1 çay qaşığı rəndələnmiş zəncəfil (və ya 1 paket zəncəfil), 3-4 mixək tökün. Üzərinə çox qaynar olmayan isti su əlavə edin. Suyun miqdarı 2-3 stəkan olmalıdır. 5-10 dəqiqə gözləyib için.

İmsakdan sonra çoxları həddindən artıq qaz meydana gəlməsindən şikayət edir. Mütəxəssis imsak yeməyi üçün bir az fərqli formul tövsiyə edib:

Yenə şüşə və ya çini dəmliyə 1 paket çobanyastığı, 1 paket razyana, 1 paket adaçayı, 1 paket nanə, bir qədər darçın töküb üzərinə çox qaynar olmayan isti su əlavə edin. Suyun miqdarı yenə də 2-3 stəkan olmalıdır. 5-10 dəqiqə saxlayıb içiniz” – deyib.

Xəbərdarlıqlar

Professor Doktor Ekrem Sezik çox qaynar olmayan isti su istifadə edilməsini tövsiyə etməsinin səbəbini belə açıqlayır: "Son aparılan araşdırmalarda çobanyastığı, adaçayı, nanə kimi bitki mənşəli məhsullarda qaynar su istifadə edildiyi zaman tərkibindəki təsirli maddələrin, uçucu yağ miqdarının azaldığı aşkarlanıb. Ona görə də, təqribən 80 dərəcə su istifadə etməyinizi tövsiyə edirəm".

Professor Doktor Ekrem Sezik sonda mühüm bir xəbərdarlıq edib: "Heç vaxt bitkiləri açıq satılan dükanlardan almayın, xüsusən, belə çobanyastığı alıb istifadə etməyin. Hər il apardığımız araşdırmalarda açıq vəziyyətdə satılan çobanyastığının həqiqi olmadığı müəyyən olunub”.


Şərhlər: 14
Baxılıb: 564
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Leylican
faydali meslehetlerdir
Allah oruc tutanlarin orucunu qebul etsin
amma men tutmuram malesef
21 iyun 2015 18:03
# 14
SEBR....
Marta
İlk suyu icdikden sonra istahim cox olmur, cox az yeyirem suyu calisiram cox icim. Normaldada cox cay sevmirəm iftardada iki stekannan artiq getmir:) Allah butun saf niyyetle semaya acilmis elleri bos geri qaytarmasin!amin...
21 iyun 2015 02:30
# 13
Немного терпения, и у тебя все получится..
EsmaNur
faydali xeberdi tesekkür edirem sabah istifade edecem
21 iyun 2015 02:08
# 12
emis
Allah butun tutulan oruclarin,qilinan namazlarin,edilen dualari yerine yetirsin.Mende insallah 1-2 gune tutacam,men hemise xurma ve suyla baslayiram bu caylari da icmek faydalidir,esline oruc tutmagin da insan orqanizimine xeyirdi bu haqda ineternetde meulmat da var,derinden dusunsek ozumuzde bilerk xeyir oldugunu cun ki,cox duzenli yemek yeyilir orqanizm qaydaya dusur .
20 iyun 2015 23:32
# 11
Catwoman666
men oruc tutmuram mama tutur ifarini da su ve xurma ile axir sonra kecir yemeye)) (men de evveller oruc tutanda bele edirdim)
20 iyun 2015 23:14
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
aziz a
Men nedense az aciq yeyir, az aciqda cay icirem..bitki cayi mence hec ice bilmerem.
20 iyun 2015 20:45
# 9
Qelbim doludu !!!!
cinqosh
İlk öncə bu müqəddəs ayda Allah razı olsun sizdən belə faydalı xəbər üçün.Nanə dəmləməsi içirəm.darçınqıl da qatığa qatıb yeyirəm,köpü azaldır. Bu çay reseptlərini çoooox bəyəndim.Təşəkkür.
20 iyun 2015 19:36
# 8
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
ALESSANDRA
off oruc tutmaq isteyirem ama mama qoymur! 18

onçünde bu xeber mene gerek deyil
20 iyun 2015 19:18
# 7
Don't trust anyone ∆
Fialka
Faydalı məlumatlardır, bitki çaylarından nanə , çobanyastığı dəmləməsi istifadə edirik limonla dadlı olur lakin qaynar suyun düzgün olmadığını bilmirdim, təşəkkür.
20 iyun 2015 19:03
# 6
rəmsə
Maraqlı məlumat oldu.Bitki çaylarını çox qaynar su ilə dəmlənməməsini bilmirdim.Mən orucu açanda çaydan daha çox su içmək istəyirəm.Ama bitki çaylarının faydalı olacağını düşünürəm,çünki köp filan çox olur.
20 iyun 2015 18:48
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
qanadli melek
Oruc acanan sonra yemek yadimada duwmur ama susunan yaniram su icirem coxlu
20 iyun 2015 18:47
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
iki istekan cay icirem mecburende olsa
20 iyun 2015 18:36
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Canavar sevgisi
Orucumu acannan sora icimde boyuy bir aclix hiss elirem 23 su ya da cay cox icmirem .ama bu gun cox isdide qalmiwam: (yeqin cox su icecem
20 iyun 2015 18:20
# 2
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
BARBI
Oruc acannan sonra cay su ice bilmirem. Daha cox yemek yeyirem
20 iyun 2015 18:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz