Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bəzi mətbəx hiylələri
Bəzi mətbəx hiylələri
Göndərən: Catwoman666
Şərhlər: 14
Baxılıb: 1060
Səs ver:
1. Pendiri doğrayarkən qablaşdırmanın kəsilmiş hissəsini atmayın. Ondan pendirin qalan hissəsinin ağzını qapatmaq üçün istifadə edin.

2. Yumurtaları soyuducuya qoymadan öncə onları bitki yağı ilə yağlayın. Bu, onların daha uzun müddət qalmasını təmin edəcək.

3. Zəncəfili təmizləmək çətindir. Ancaq çay qaşığından istifadə etsəniz, bunu asan şəkildə edə bilərsiniz.

4. Kəsilmiş tortun qurumasının və bayatlamasının qarşısını almaq üçün kəsilmiş hissələrə çörək dilimləri qoyun və diş çöpü ilə torta bərkidin. Bu halda tortun əvəzinə çörək dilimləri bayatlayacaq.

5. Sizə bir neçə damcı limon şirəsi lazımdırsa, dərhal limonu doğramağa tələsməyin. Onu diş çöpü ilə deşin və yüngülcə sıxın, həmin an bir neçə damcı şirə çıxacaq. Limon isə bütov qalacaq. Bundan sonra kiçik dəliyi skoçlamaq və limonu yenidən soyuducuya qoymaq olar.

6. Bankada qalan mayonez qalıqlarını sirkə, ədviyyatlar və zeytun yağı əlavə etməklə salatlar üçün sousa çevirmək olar.

7. Təzə giləmeyvələrin kiflənməməsi üçün onları zəif sirkə məhlulunda isladın.

8. Soğan və sarımsağın saxlanması üçün ən ideal yer dəlikli kağız torbalardır. Bu, iki ay ərzində onların kiflənmədən qalmasını təmin edir.

9. Kəsilmiş avokadonun qaralmaması üçün üzərinə alma sirkəsi səpin və bir soğan dilimi ilə birlikdə saxlayın.

10. Kartofu almalarla birlikdə saxlasanız, kartof cücərməyək. Almanın tərkibində etilen maddəsi var ki, bu da cücərmənin qarşısını alır.

11. "Nutella” bankasında qalan şokolad qalıqlarının üzərinə qaynar süd əlavə etsəniz, olduqca ləzzətli isti şokolad əldə edərsiniz.

12. Manqo, kivi və avokadonu stəkanın köməyilə təmizləmək daha əlverişlidir.

13. Ananası başıaşağı saxlamaq məsləhətdir, bu zaman o, daha tez yetişir və daha şirin olur.

14. Kərəviz və brokolini mütləq folqada saxlamaq lazımdır, bu, onların ömrünü uzadır.

15. Fındıq yağını tərsinə çevrilmiş şəkildə saxlasanız, ondan istifadə etmək daha asan olar.

16. Bananın birləşdiyi baş hissəsini skoçla sarısanız, onlar xeyli müddət xarab olmaz.

17. Saralmış göyərti əslində dəyərli məhsuldur, onu atmağa tələsməyin. Göyərtini xırda-xırda doğrayın və zeytun yağı ilə qarışdırın. Alınmış kütləni buz üçün nəzərdə tutulmuş qəliblərə doldurun və soyuducuya qoyun. Beləliklə, salatlar və suplar üçün çox gözəl sous əldə etmiş olarsunuz.

18. Kahını soyuducuya qoymadan əvvəl kağız torbaya büksəniz, daha çox təzəliyini qoruyar.

19. Çips və krekerlər quruyubsa, onları biraz mikrodalğalı sobada və ya adi sobada isidin.

20. Yetişməmiş banan ən gözəl şəkildə sobada yetişir. Əsas olan vaxtı diqqətdə saxlamaqdır, onları bir neçə dəqiqə qızdırılmış sobada saxlayın.

21. Pizzanı tavada qızdırmaq lazımdır.

22. Ofis ləvazimatlarından olan sancaq sizə bişmiş yumurtanı asan şəkildə təmizləməyə yardımçı ola bilər. Bişirmədən əvvəl yumurtanın qabığında kiçik bir dəlik açın, bu, bişdikdən sonra yumurtanın asan təmzlənməsinə zəmanət verəcək.


Şərhlər: 14
Baxılıb: 1060
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Leylican
gozel meslehetlerdir
26 iyun 2015 18:07
# 14
SEBR....
Mugush
Çox gözəl meslehetler
25 iyun 2015 23:52
# 13
ulduz
maraqlidi coxun bilmirdim...tesekkurler
25 iyun 2015 23:35
# 12
Fialka
Hər bir qadına lazım ola biləcək mətbəx sirrləri idi) təşəkkürlər.
25 iyun 2015 23:27
# 11
ALESSANDRA
men ev işi zad görmürem hamsın mamamnan bacım eidr
gerey olara iyim tşk
25 iyun 2015 19:25
# 10
Don't trust anyone ∆
Catwoman666
men ev isleri ile mesgul olmuram hec bacarmiram onsuzda))) nutella meselesi xosuma geldi. elemek olar. amma nedense bir az iyrencdir))))) isti sokoladi hazir alib hazirlamaq daha yaxsiidr
25 iyun 2015 18:24
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
Tomris Müslümova
Mən ev işləri bacarmıram 09 mamada az çox bilir bunları
25 iyun 2015 17:57
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
evdar xanimlarcin lazimli melumatdi
25 iyun 2015 17:47
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Heleki etiyac yoxdu, amma faydali xeber ucun tesekkur.
25 iyun 2015 14:03
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
emis
hamsi lazimli meslehetlerdi bunlardan texmini 3-4 dene hiyleni bilmirdim)qalanlarini bilirdim ele edirem.nutellanin icine sud elave etmek xosuma geldi lezzetli olacaq.tesekkurler.
25 iyun 2015 12:33
# 5
BARBI
Her biri faydali melumatlardi. Ev xanimlari ucun lazimlidir
25 iyun 2015 10:26
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Maraqlı melumat idi,bilmediklerim vardı teşekkür.
25 iyun 2015 06:36
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aziz a
Maragli idi hamisi tesekkur
25 iyun 2015 04:17
# 2
Qelbim doludu !!!!
Menim balam
bezileri öyrenmiş oldum
25 iyun 2015 03:57
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz