Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağ çayın faydaları
Ağ çayın faydaları
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 355
Səs ver:
Ağ çay, yaşıl çay və qara çaydan sonra tanınmağa başladı. Bir çox ölkədə bilinməsinə və istehlak  edilməsinə baxmayaraq ölkəmizdə yeni tanınmağa başlanıb. Bu şəfalı çayın faydaları da saymaqla bitməz. Bir çox xəstəliyə kömək olmasının  yanında bir çox narahatlığa qarşı da qoruma təmin edir.

Ağ çay son zamanlarda olduqca məşhur olan bir çay növüdür. Yaşıl çay və qara çay kimi yarpaqların toplanmasından əldə edilməz. Çay yarpaqları meydana gəlmədən sübh tezdən toplanan tumurcuqlardan əldə edilir. Bu tumurcuqlar olduqca həssasdır və yığmaq çətindir. Tumurcuqlar əl ilə çox sıxıldığında qaralar və işə yaramaz ya da yağışda toplansa da qaralar və bu şəkildə də zərər görmüş olur. Buna görə yağışsız bir havada çox  sıxmadan toplamaq lazımdır. Olduqca böyük bir sahədən çox az ağ çay əldə edilir. Buna görə də qiyməti olduqca bahadır.

Ağ çay necə hazırlanır?
Qaynadılmış bir fincan suyun içinə bir yemək qaşığı ağ çay atılır. 5-6 dəqiqə dəmlənməsi üçün gözlənilir. Süzülür və qalan su içilir. Qara çay və yaşıl çaya görə bahalı olan ağ çay, bir səfər dəmlədiyiniz  eyni dəmlənmiş olan çayı 3-4 dəfə təkrar dəmləmək olar.

Bədəni antioksidanlara qarşı qoruyar.
Xərçəngə səbəb olan hüceyrələrə qarşı qoruma təmin edir. Xüsusilə prostat xərçəngi və mədə xərçəngləri kimi fərqli xərçəng növlərinə qarşı da təsirlidir. Xərçəngli hüceyrələrin böyüməsini və yenilərinin ortaya çıxmasına mane olur.

Qan təzyiqini nizamlayar.
Xolestrolu tənzimləyici təsiri də vardır. Xolesterol və qan təzyiqini tənzimləməsi səbəbiylə ürəyi də qoruyur. Xolesterolun və qan təzyiqinin tarazlıqda olması insanlarda sağlam bir ürəyin olmasına kömək edir.

İnfarkt keçirmə riskini azaldır. Araşdırmalarda gündə 1 və ya 2 stəkan ağ çay içən insanların içməyənlərə görə 50% nisbətində daha az infarkt keçirmə riski olduğu ortaya çıxmışdır.

Bədəndə bakteriya və ya virus meydana gəlməsinin qarşısını alır.

İmmunitet sistemini gücləndirərək soyuqdəymə və qripə qarşı qorunmağa kömək edir.

Diş çürümələrinin qarşısını alır və ağız qoxusuna qarşı da təsirlidir. Zehni qüvvətləndirir.

Diabet, yəni şəkər xəstəliyinə qarşı da faydalıdır. Qan şəkərini tənzimləyir.

Stresi azaldır və enerji verir.

Ürək  və damar sağlamlığını qoruyaraq, ürək damar xəstəliklərinə tutulma riskini azaldır.

Ağ çay arıqladırmı?
Çəki azaltmaq, arıqlamaq üçün ağ çay içilməlidirmi? Aparılan  araşdırmalara görə ağ çay maddələr mübadiləsini sürətləndirir. Maddələr mübadiləsinin sürətlənməsi nəticəsində bədəndə daha çox yağ əriməsi reallaşır. Balanslı bir qidalanma  və nizamlı idman edilməsi ilə arıqlamaq olduqca asandır. Ağ çay da nizamlı məşq edilməsi ilə birlikdə arıqlamağı sürətləndirir.

Dərinin quruluşunu qoruyur!
Gününüzün böyük bir hissəsini çöldə keçirirsiniz? Uzun müddət çöldə olduğunuz üçün dəriniz solğun olur? Ağ çay, dərinin tez qocalmasını gecikdirir, dərini qoruyur. Sağlam, işıltılı və parlayan bir dəriyə sahib olmağa kömək edir. Dərinin elastikliyini qoruyaraq qırışların  meydana gəlməsini azaldır.


Şərhlər:
Baxılıb: 355
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz