Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxuları çin edən daş
Yuxuları çin edən daş
Göndərən: Fialka
Şərhlər: 15
Baxılıb: 738
Səs ver:
Bizi bəzi daşların parlaqlığı, bəzilərinin isə rəngləri cəlb edir. Xrizolit məhz rəngi ilə insanı valeh edən qiymətli daşlardan biridir. Onun parlaq açıq yaşıl rəngi insanın zövqünü oxşayır. Ona görə də ta qədim zamanlardan zərgərlikdə geniş şəkildə istifadə edilib.

Xrizolit və ya peridot parlaq sarıya çalan açıq-yaşıl rəngdədir. Ona yaşıl rəngi tərkibindəki dəmir mineralları verir. Dəmir mineralı nə qədər az olarsa, daşın dəyəri bir o qədər artır. Təbiətdə tək rəngdə tapılan nadir dəyərli daşlardan biridir. Zümrüdə oxşayır. Ancaq zümrüddən fərqli olaraq yarı dəyərli daşdır. Dəyərli zinət əşyalarının bəzədilməsində istifadə ediləcək qədər keyfiyyətli olan xrizolit çox nadir hallarda tapılır.

Avstraliya, Norveç, Çin, Braziliya, Keniya, Meksika, Cənubi Afrika, Pakistan, Şri-Lanka, Tanzaniya və ABŞ-da xrizolit yataqları var.

Xrizolit daşı kiçik hissəciklər halında tapılır. 1 santimetr böyüklükdə xrizolit tapmaq böyük uğurdur.

Xrizolit kövrək daşdır. Ona görə də, daşın tez qopub tökülməməsi üçün ona forma verilərkən zümrüd kəsimi, oval və yuvarlaq kəsimlərə üstünlük verilir.

"Gecə zümrüd”ü, "güc və pul daşı”

Keçmiş zamanlarda ən çox Misirdə istifadə edilib. Bəzi tarixçilər Kleopatranın məşhur zümrüd kolleksiyasındakı daşların əslində xrizolit olduğunu bildirirlər.

Romalılar da bu daşdan geniş şəkildə istifadə ediblər. Zümrüdə oxşadığı üçün Romada onu "Gecə zümrüd”ü adlandırıblar.

Bəzi mədəniyyətlərdə "güc daşı”, bəzilərində də "pul daşı” hesab edilib.

İnsanı sakitləşdirən qiymətli təsbehlər

Xrizolitdən təsbehlərin hazırlanmasında da geniş şəkildə istifadə edilib. Bu daşdan hazırlanan təsbehlər çox qiymətli olur.

Belə təsbehləri adətən, təsbeh kolleksiyası yığanlar alırlar. Belə təsbehlərin hazırlanması çoxlu səbir və əmək tələb edir.

Xrizolitdən hazırlanan  təsbehlərdən istifadə  insanı sakitləşdirir və rahatlaşdırır. Bu xrizolitin yaşıl rəngindən qaynaqlanır.

Hollivud ulduzlarının və elit təbəqənin göz bəbəyi
Bir ara xrizolit çox nadir tapıldığı üçün öz populyarlığını itirib. Ancaq 1990-cı illərdə  Pakistan və Əfqanistanda tapılan zəngin xrizolit yataqları bu daşın yenidən zərgərlikdə geniş istifadə edilməsinə təkan verib.

Hazırda dünya ulduzları arasında xrizolit daşına böyük maraq var. Oliviya Palermo, Rihanna, Ledi Qaqa kimi məşhurlar öz şıqlıqlarını məhz xrizolit daşlı zinət əşyaları ilə vurğulayırlar.

İngiltərə şahzadəsinin həyat yoldaşı, Kembric hersoqinyası Keyt Middleton da bütün dəyərli daşlar kimi, xrizoliti də diqqətdə saxlayır. Keyt Middletonun bir daşı akvamarin, bir daşı isə xrizolitdən olan zərif sırğası onun dəb ilahəsi olmasından xəbər verir.
Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həyat yoldaşı, cazibədar xanım Karla Bruni də xrizolit sevən məşhurlardandır.

Xrizolitin uğur gətirdiyi bürclər
Xrizolit Əkizlər və Qız  bürclərinə uğur gətirir. Odur ki, bu bürclərdən olanlar xrizolitdən istifadə etsələr, bütün çətinlikləri asanlıqla dəf edə bilərlər.

Min bir dərdin dərmanı xrizolit
Xrizolit daşı sadəcə qadınları bəzəyən zinət əşyalarının yaradılmasında istifadə edilmir. Bu daş həm də əsl şəfa mənbəyi hesab edilir.
Xrizolitin sağlamlığa müsbət təsirlərini saymaqla bitirmək olmaz. Ürəkdən dalağa, ciyərlərdən beyinə kimi bir çox orqanı gücləndirib xəstəliklərdən qoruyan xrizoliti hər zaman yanınızda gəzdirə bilərsiniz.

*Xrizolit ürək, dalaq və ciyərlərə yaxşı təsir edir.  
*Toxumaların zədələnməsinə mane olur.
*Bədənlə zehnin tarazlığını qoruyur.
*Xoşbəxtlik hissi verir.
*İnsana enerji verir.
*Dünyaya pozitiv baxmağa kömək edir.
*Səbəbsiz yerə yaranan qorxulardan xilas edir.
*Qayğını azaldır.
*İnsanlarla tez ünsiyyət qurmağı təmin edir.
*Qısqanclıq, eqoistlik  kimi mənfi duyğuları yox edir.
*Bu daşın insana uğur, şans və gözəllik bəxş etdiyinə inanılır.
*Stressdən qoruyur.
*Yuxusuzluqdan və depressiyadan əziyyət çəkənlərə yaxşı təsir edir.
*Öd kisəsi və qaraciyərin işini yaxşılaşdırır.
*Doğuş zamanı qadının ağrısını azaltdığı deyilir.
*Eşq həyatını aktivləşdirir.
* Yastığın altına qoyduqda gecələr görülən yuxuların çin çıxacağına inanılır.
*Əsəbləri sakitləşdirir.
*Zehni açır.
*Tənbəllik hissini aradan qaldırır.
*Gözləri gücləndirir.
*Orqanizmi toksinlərdən təmizləyir.
*Bolluq, bərəkət daşıdır. Qədim zamanlarda tacirlər pul kisələrində həmişə xrizolit daşı gəzdiriblər.

Bu kövrək daşı necə mühafizə etməli?
Xrizolitdən hazırlanan zərgərlik əşyaları mütləq gümüş və ya qızıldan olmalıdır. Faydalarından yararlanmaq üçün daşın dəriyə təmas etməsi vacibdir. Ona görə də, zərgərlik əşyasının hazırlanmasında bu nüans diqqətdə saxlanılır.
Kövrək daş olduğu üçün ondan hazırlanan zinət əşyaları yaxşı mühafizə olunmalıdır. Həddən artıq istiyə və kimyəvi maddələrə məruz qalmamalıdır.
















Şərhlər: 15
Baxılıb: 738
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ayka
cox gozel dawdir Kacak gelinlerdeki Almila yadima duwdu o analr bele iwlerden))
23 iyul 2015 11:37
# 15
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Aydan Habili
Xrizolit haqqında bilmirdim bildim Təşəkkür

Xrizolit haqqında bilmirdim bildim Təşəkkür
22 iyul 2015 23:36
# 14
GünƏşimƏ_AiD_
bizde varee bundan ne yaxsgi sheymish.dash qashlari sevirem.
22 iyul 2015 22:28
# 13
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Catwoman666
Daş-qaşlı aksesuarları sevmirəm amma müxtəlif daşların ekstra gücü olduğuna inanıram) Yəni məncə dünyadakı hər şeydə bir sehr vardır.

...666...
22 iyul 2015 20:29
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
VIP
Yaxşı rəngi var o təsbehdən bizimdə vardı
22 iyul 2015 18:41
# 11
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
cox gozel dasdi
22 iyul 2015 17:00
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
WiRiN BaLaM
Daşın bu qədər şeylərə qadir olduğu inandırıcı deyil.....amma gözəl görünüşə malikdi.
22 iyul 2015 16:26
# 9
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
aLoNe AnGeL
Necede zerif gozel dasdir o das menim olsa dasin istediklerini men ederem deli
22 iyul 2015 14:44
# 8
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
yarpaq33
Yazilanlara inanmasamda dawin rengi insani cezb edir gorunuwu gozeldi
22 iyul 2015 14:21
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Miss_Angel
qewey rengi var
22 iyul 2015 12:55
# 6
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
BARBI
Cox gozel rengi var. daslarin ugur getirmesine musbet enerji yaydigina inanmiram. Sadece insan beynine ele yeridirki das ugurludur
22 iyul 2015 12:04
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Maraqlidir, ancaq gozel daslardi, gozel gorunuse malikdir, hemde xeyirlidir.
22 iyul 2015 11:18
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Gul-cicek
vauuu ne gozeldi en cox yasil gerdekiler daha gozel idi tesekkurler 08
22 iyul 2015 10:50
# 3
ALLAH butun xestelere şəfa versin.Amin!!!

Wexsiyyetimle reftarimi qariwiq salmayin..Wexsiyyetim kim oldugum,reftarim kim oldugumla elaqederdir.....!
xeyalperest
Mene yaxsi tesir gosterirmiş mende ekizderdi diye
22 iyul 2015 10:37
# 2
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
qanadli melek
Qeweng rengi var dawin,ancaq hec inanmiram bele dawlarin insana xeyri olduguna.qisqancliqi yox edirmiw heeec inandirici deyil
22 iyul 2015 10:22
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz