Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nəyə görə televizora baxmamalıyıq?
Nəyə görə televizora baxmamalıyıq?
Göndərən: tek umidim sen
Şərhlər: 9
Baxılıb: 418
Səs ver:
Televiziya yaranmağa başlayanda bir çox insanlar bu hadisəni mədəniyyətin inkişafında son addım kimi qiymətləndirirdilər. Mütəxəssislər bu ixtiradan sonra kitabların, teatr və kinonun yox olacağına əmin idilər. Televizorların ekranlarının ölçüsü nəlbəkidən böyük deyildi. O zamandan çox vaxt ötüb keçib. Bugünkü gündə televizorların böyük rəngli ekranları, həcmli səsləri və digər çox saylı tənzimləmələri var. Lakin incəsənətin təxmin edildiyi növləri yoxa çıxmayıb. Bundan savayı, bugünkü gündə televizorlara baxanlar pis zövqün sahibləri hesab edilirlər.

Televizora baxmaqdan imtina etmək yüksək mədəniyyətin və intellektin göstəricisi kimi qəbul edilir.
Bizim televiziyada nəyin xoşumuza gəlmədiyini və ondan bir dəfəlik imtina etməyin lazım olub olmadığını araşdıraq.

Televiziya bizim vaxtımızı alır
Əvvəllər tamaşaçılar verilişlərə boş vaxtları olanda baxırdılar. Sonra isə seriallar icad olunur. Və insanlar televizora baxmaqdan boş vaxtları olanda yaşamağa başlayırlar.

Televizor bizi kütləşdirir
Televiziyaya uzun müddətli baxanda o, bizim beynimizi məhv edir. Məlumatların passiv şəkildə qəbul edilməsi və onların sadəcə olaraq qavranılması nəticəsində insanların beyin fəaliyyəti demək olar ki, dayanır. Və beləliklə insan bitkiyə dönür. Bu iddianı təsdiq etmək üçün bir sıra linklər təqdim edə bilərik. Lakin televizora uzun müddət baxdıqdan sonra öz halınızı gözünüzün qabağına gətirin. Biz solğun oluruq, fikirlərimiz qarışıq olur, yuxumuz gəlir. Yəni, TV- zombilər.

Televiziya bizə pis təsir göstərir
Müasir prodüsserlər insanlar üçün qorxu, pul, sevgi macəraları haqqında verilişlərin və filmlərinin daha maraqlı olduqlarını başa düşüblər və insanların bu zəifliklərindən istifadə edirlər. Ekranlarda qorxu filmləri, pul qazanmaq üçün verilişlər, məşhurların şəxsi həyatları haqqında yayımlar üstünlük təşkil edir. Lakin bəzi kanallarda hələ də düşünməyə vadar edən verilişlər qalıb.
Televiziya yayımlarının əksəriyyəti bizim həyatımıza pozitivlik qatmırlar, əksinə bizdə alçaq hisslər oyadırlar.

Məlumat çoxluğu
Televiziya bizə çox saylı məlumat ötürdüyü üçün bizi passivləşdirir. Televizor qarşısında keçirdiyimiz bir günü yada salaq və nəzərdən keçirdək.
İlk növbədə biz filmə baxdıq, sonra şouya, sonra reklamlar, xəbərlər və s. Hər bir reklam fasiləsi, xəbərlərin yayımı müxtəlif qısa süjetlərdən, fərqli hadisələrdən ibarətdirlər. Biz bütün bu məlumatları qəbul edirik və bunlar beynimizdə qarışır. Gün ərzində o qədər lazımsız məlumat alırıq ki, artıq faydalı məlumatlara beynimizdə yer qalmır.

Reklamlar
Həblər, pivə, bank, pivə, qazlı içkilər, həblər, avtomobillər, qəhvə, supermarket, həblər, pivə, Nokia… Və reklamlar beləliklə dairəvi şəkildə davam edirlər.
Bəli, bir sıra hallarda reklamlar bizə faydalı ola bilirlər. Lakin əksər kanallarda televiziya yayımının bir saatının 50%-i reklamlara ayrılır. Bir saat yarımlıq filmə baxmaq üçün bizim iki- üç saata yaxın vaxtımız gedir. Hər hansısa veriliş isə gecənin gec saatlarına qədər davam edə bilir.


Şərhlər: 9
Baxılıb: 418
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
gunka2000
ayda men cox baxiram bundan bele baxmamaga caliwacam menim bibimgilin tv si aciilmir onlar bilmirlerki tv nedi ona gorede 4 usagin 4 de unuye girdi
15 avqust 2015 16:11
# 9
Payiz behane idi belkede yarpaq agacdan bezmisdi
Catwoman666
tvye cox bamaq hem beyine hem de gozlere ziyandir
16 iyul 2015 20:15
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
esasen TV den melumat bazasi kimi isdifade edilmelidir baxmaq lazimdir deyilirse yox baxmaq lazim deyil sehf fikirdi dunyada ne bash verir bilmek lazimdi hokmen melumatli olmaliyiq
15 iyul 2015 21:21
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Televiziyaya baxmaga o qederde maraqli deyilem, tesekkur.
15 iyul 2015 18:49
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
efsane..
of hec xoslamiram televiziyaya baxmagi yayda cox sukur evdede baxmirlar amma qisda evdekiler cox izleyir televiziyani amma men baxammiram hele bizim kanallar hec izlenilesi deyil maariflenme 0 derecesindedi
15 iyul 2015 18:17
# 5
Dj_Vampir
Men televizora baxanda atam ancaq:bunu deyir"Kec divanda otur"))
15 iyul 2015 14:52
# 4
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
ayka
guya buna kim qulaq asir hami xeberi oxuyur sonra hemin emellere davam edir...
15 iyul 2015 11:39
# 3
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
qanadli melek
Seherden axsama kimi televizora baxiram ne yaxwiki televizor var yoxsa butun gunu men ne ederdim
15 iyul 2015 10:18
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Televizorun faydalari qeder ziyanlarida coxdur. Televizordan pis verdisleri insani pis yola sovq eden usullari oyrenmek olar. Usaqlar ne qeder az baxsa o qeder yaxsidir
15 iyul 2015 10:13
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz