Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hündür yastıq boyun dərisinin bir nömrəli düşmənidir
Hündür yastıq boyun dərisinin bir nömrəli düşmənidir
Göndərən: emis
Şərhlər: 10
Baxılıb: 462
Səs ver:
Boyun, sinə və döş nahiyələrinin dərisi bədən dərisinin digər bölgələrinə  nisbətən daha nazik olur.

Bu nahiyələrdə piy vəziləri daha az olduğundan dəri daha tez qocalır, qırışlarla örtülür, rəngini dəyişir və s.

İllər öz izini birinci boyun dərisində qoyur, nəticədə dəri sallanmaları meydana gəlir. Qırışların qarşısını almaq üçün dərini əvvəlcədən qorumaq lazımdır. Qocalmanı ləngitməyin ən yaxşı yolu boyun dərisini qorumaq və boyun dərisinin elastikliyini artırmaq üçün lazımi tədbirlər görməkdir. Boyun qırışlarının qarşısını almaq üçün dəri tipinə uyğun nəmləndirici krem çəkin. Boyun dərisinin də üzünüzün sahəsi kimi həssas olduğunu unutmayın.

Bunlarla yanaşı, estetik cərrahlar, ekspert həkimlər bir neçə tibbi və cərrahi metodlarla boyun dərisinin cavanlaşmasını təmin edirlər. Məsələn, 70 yaşlı Ajda Pekkanın  boyun dərisi çox yaxşı qalıb. Odur ki, çox erkən yaşlardan etibarən boyun dərisinə təbii üsullarla qulluq etmək  boyun qırışlarının qarşısını almağın ən təsirli yoludur.

Boyun qırışlarının səbəbləri: çirkli ətraf-mühit, tüstü və siqaret

Çirkli hava, siqaret tüstüləri dərinin qocalmasına səbəb olur. Gənc insan orqanizmi sərbəst radikalları neytrallaşdırır. Amma böyüdükcə, bu neytrallaşdırma prosesi yavaşlayır və dəriyə daha çox zərər verir. Bununla yanaşı, siqaret də dərinin qocalma prosesini sürətləndirir.

Günəş: Günəşə məruz qalan dəri daha tez qocalır. Dərini günəşdən müdafiə edən kremlər çəkmədikdə, dəri elastikliyini itirir, dolayısı ilə qırışlar çoxalır. Vaxtında qarşısı alınmasa, boyunda kiçik qırış xətləri və yaşlılıq ləkələri əmələ gətirir.

UVA və UVB şüalarına qarşı dərini qorumaq üçün günəş işığında çox qalmayın və yaz-qış evdən çıxmazdan 10 dəqiqə əvvəl günəş kremi istifadə edin.

Siqaret və digər tüstülərdən dərini qoruyun.

Hər gün boyun dərisinin elastikliyini bərpa edən məşqlər edin.

Başınızı hər zaman dik, çənəni isə yuxarı tutun.

Dərinin sağlam olmasını istəyirsinizsə, gündə ən az 8 stəkan su için.

Hündür yastıq da boyun dərisinin ən böyük düşmənidir. Çox hündür yastıq əvəzinə, böyük və alçaq yastıq seçin.

Boyun dərisinə kartof dilimləri qoyub 15 dəqiqə gözləyin.

Yatmazdan əvvəl gecə boynuna yaxşı qırış əleyhinə krem və ya təbii baxım yağları çəkin.

Bazardakı qırış kremləri konsoregen təsirli ola bilər. Buna görə də dermatoloqun məsləhət gördüyü təbii baxım məhsulları alın.

Qalxanvari vəzi nahiyəsində xüsusi olaraq ehtiyatlı olun! Bu nahiyəyə yalnız yüngül şəkildə toxunmaq olar. Belə ki, artıq dərəcədə təzyiq və ya masaj edilməsi qalxanvari vəziyə pis təsir edə bilər.


Şərhlər: 10
Baxılıb: 462
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fialka
Boyun dərisi üz dərisi qədər həssas bölgədir buna görə üzə qulluq edən zaman boyun və dekolte bölgəsinədə eyni qayda ilə qulluq etmək lazımdır. Faydalı məsləhətlər idi, təşəkkür.
25 iyun 2015 23:16
# 10
Catwoman666
menim yastigim hundur deyil. normaldir
25 iyun 2015 18:25
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
Tomris Müslümova
Yastıqsız yatıram yastıqla yatanda elə bil daş qoymuşam başımın altına
25 iyun 2015 17:56
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
gerek yastiq hundur olmasun hundur yastiqlarin ziyani coxdu ki menimse yastiqim gerek hundur ola
25 iyun 2015 17:48
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Happy
Chox hundurde yata bilmirem. Lazimli melumat uchun chox sagol
25 iyun 2015 16:17
# 6
aliceWOnDer
Bax ele bu gun, bu eziyet cekirem. Calisib emel edecem.
25 iyun 2015 14:05
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Men umumiyetle yastiqsiz yatiram. Yastiqla yatanda rahat nefes ala bilmirem
25 iyun 2015 10:24
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Hundur yastiqda yatan deyilem bu meslehetler caliwaram emel edim twk
25 iyun 2015 10:23
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
qanadli melek
Hundur yastiqda yatmiram
25 iyun 2015 10:09
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Hündür yastıqla yatan deyilem,ancaq diger meslehetleri etmirem heç,teşekkür melumat üçün.
25 iyun 2015 06:31
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz