Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rahat və şirin yuxu yatmaq üçün bunlara əməl edin
Rahat və şirin yuxu yatmaq üçün bunlara əməl edin
Göndərən: yasemin
Şərhlər: 13
Baxılıb: 810
Səs ver:
Son illərdə ağıllı telefonların və sosial şəbəkələrin məşhurlaşması insanı həm mənəvi, həm də fiziki cəhətdən yorur. Gündüzlər azmış kimi,təəssüf ki,  gecələr də telefonlar əlimizdən düşmür. Lazımsız informasiyalar beynin rahat yatmasına mane olur. Nəticədə də həyatımızdakı yuxusuz gecələrin sayı artır ki, bu da ilk növbədə sağlamlıq üçün ciddi təhlükədir. Qadınlar. biz bu problemi aradan qaldırmaq üçün bir neçə məsləhət təqdim edir:

İsti duş: Yatmazdan əvvəl isti duş qəbul etmək bədəni sakitləşdirərək yuxu gətirir.

Rahat yastıq seçin: Gecələr rahat yatmaq üçün seçdiyiniz yastıq da rahat olmalıdır. Nə çox sərt, nə də çox yumşaq yastıq seçin.
 
Ac yatmayın: Yatmazdan əvvəl və ya gecə saatlarında yediyiniz ağır yeməklər kabus görməyinizə səbəb ola bilər. Çünki beyin oyaq olur. Bu da yuxuya getmənizi çətinləşdirir. Yatmazdan 1-2 saat əvvəl yemək yeməməyə diqqət edin!
 
Yatağın əhəmiyyəti: Yastıq kimi, yatağı da özünüzə uyğun seçməlisiniz. Bunun üçün çox bahalı yataq almağınıza ehtiyac yoxdur. Yatarkən bədənin rahat olması kifayətdir.
 
Rejiminizi pozmayın: Hər gün eyni saatda yatmağa və oyanmağa çalışın. Orqanizmi bu sistemə uyğunlaşdırdıqda yuxuya getmək asanlaşacaq.

Kitabların gücü: Əgər heç cür yata bilmirsinizsə, kitabları sınaqdan keçirin. Yuxuya getmək üçün kitab oxumaq çox təsirli üsuldur. Ya da bir müddət sakitləşdirici, həzin mahnılar dinləyin və ya çox sevdiyiniz kitabınızı oxuyun!
 
Xəyal qurun: Yaşınızın neçə olduğu, ya da arzunun gerçəkləşib gerçəkləşməməsi önəmli deyil! Başınızı yastığa qoyan kimi sizi xoşbəxt edəcək şeylərin xəyalını qurun. Çünki xəyallar insana hipnoz təsiri göstərərək yuxuya aparır.

Mühitin əhəmiyyəti: Otağınız qaranlıq və səssiz olmalıdır. Bunlar da rahat yuxu üçün ən əsas amillərdir. Laqeydlik etməyin!


Şərhlər: 13
Baxılıb: 810
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
men gece yari yatiram. gunorta oyaniram
12 iyul 2015 01:55
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
Ele yatiram ki, dunyadan xeberim olmur. Bele seylere etiyacim yoxdu..
9 iyul 2015 20:25
# 12
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Ayten666
Kitab oxumaq menimde usulumdu.ama axir vaxtlar iqrayla yatiram.duraka oynuyuram
9 iyul 2015 17:34
# 11
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
vipbetul
yuxum yaxsidi
9 iyul 2015 17:19
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
GünƏşimƏ_AiD_
gec ile gunduzu sef salmisham men..hele orucluq girendee vansbshey...amma belencinee yayada asobu yaxalanmasam yata bilmerem...rahat pijama vaz kecilmezimdI..
9 iyul 2015 17:15
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
neri
yaxsdi meslehetler.ama yalnuz men xeyal qurub yatram hemise onda rahat yatram.baska cur olmur
9 iyul 2015 12:30
# 8
Sert
efsane..
yay olanda rejimim pozulur amma qisda cox rahat oluram her isi qaydasi ile vaxtli vaxtinda edib rahatda yatiram
9 iyul 2015 12:08
# 7
my_angel
Gündüzləri yatanda gecə yuxum olmur.( təşəkkürlər.
9 iyul 2015 10:46
# 6
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Bebiw
Menim derdim cekilsesi deyil Axwam eyni vaxtda yatram
ama ozummen asili olmayaraq seher tez durram ve gic kimi ollam Baw agrilarim bbawlayir Bu nedendi qizlar ?
9 iyul 2015 10:22
# 5
sowu
qanadli melek
Yuxu problemim var geceleri yata bilmirem
9 iyul 2015 07:38
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Men de ele rejimle yatan deyilem. Yuxum gelirse demeli yatmaliyam. Maksimum 6 saat yatiram
9 iyul 2015 06:31
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Yuxusuzluq problemim yoxdur,her gece telefonla oynamıram,yerim yastığım rahatdır,axşam yemek yemirem,duş qebul edirem,bir sözle bir kitab oxumaqdan başqa hamısına emel edirem,ona göre de,normal yatıb normal dururam,teşekkür.
9 iyul 2015 05:02
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Nergız33
Qadınlar .Biz . den ayrıla bilsem yataram
9 iyul 2015 05:02
# 1
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz