Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qanaxma zamanı ilk tibbi yardım
Qanaxma zamanı ilk tibbi yardım
Göndərən: Sabrina
Şərhlər: 14
Baxılıb: 829
Səs ver:
İstənilən güclü qanaxma zamanı əsas təhlükə ondan ibarətdir ki, orqanizm daxilində qan kütləsinin kəskin şəkildə azalması nəticəsində ürək fəaliyyəti pisləşir.

Bundan başqa, bu zaman bütün həyati vacib orqanlar da (qara ciyər, böyrəklər, xüsusən də baş beyini) oksigen çatışmazlığından zərər çəkməyə başlayırlar. Bu zaman beyin damarlarının spazmı və huşun itirilməsi də baş verə bilər.

Əgər iri arteriya zədələnərsə, xüsusən də söhbət uşaqdan getdikdə, bir neçə dəqiqə ərzində zərərçəkən hətta tələf ola bilər! Uşaq orqanizmi böyüklərə nisbətən qan itirilməsinə xeyli ağır reaksiya verir.

Güclü qanaxma zamanı ilk növbədə yaradan hansı qanın axdığını müəyyən etmək lazımdır. Qanaxmalar 3 cür olur:

1. Kapilyar qanaxmalar. Bu qanaxmalar qan dövranı sisteminin üst təbəqəsi (çoxsaylı nazik kapilyarlar) zədələndiyi halda baş verir. Bu halda qan yavaş axaraq yaranı nazik qatla örtür.

2. Venoz qanaxmalar. Bu zaman işlənmiş qanı orqanlardan ürəyə daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olmayan belə qan tünd qırmızı rəngdə, yapışqan və qatı olur. Bu zaman qan eyni həcmdə olmaqla yavaş axır.

2. Arterial qanaxmalar. Bu halda qanı ürəkdən orqanlara daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olan belə qan duru və açıq qırmızı rəngdə olur. Belə qanaxma zamanı qan, yaradan güclü fontan şəklində axır, qan ürək nəbzinə uyğun olaraq pulsasiya edir (vurur).

Güclü arterial qanaxma olduqca təhlükəlidir! Güclü venoz və kapilyar qanaxmalar, adətən, daha az təhlükəlidirlər. Ancaq istənilən halda zədə almış şəxsə tibbi yardım göstərilməsi dərhal baş verməlidir.

Zəif dərəcədə olan kapilyar qanaxmanı (cızıq, kiçik yara) həmin sahəyə adi sarğı qoymaqla asanlıqla dayandırmaq olur. Venoz, güclü kapilyar, həmçinin kiçik arteriyalardan olan qanaxmalar zamanı yaraya sıxıcı (təzyiqedici) sarğı qoyulur. Yaranı təmizlədikdən sonra (əvvəl təmiz su ilə, sonra hidroqen peroksidilə yuyulur), üzərinə steril tənzif salfet (furasilin məhlulunda islatmaq da olar), onun üzərindən bir topa sıx bükülmüş pambıq qoyub, daha sonra bintin dairəvi hərəkəti ilə sıx şəkildə sarıyırlar.

Bintləmə qaydaları:

- xəstəyə mümkün qədər rahat vəziyyət vermək lazımdır ki, ağrıları artmasın;

- yaranın bintlə sarınması bintin başını bədənin bintlə sarınan hissəsinin ətrafına fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başını soldan sağa olmaqla açırlar;

- bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 hissəsini örtməlidir;

- bintləmə zamanı bədənin bintlə sarınan hissəsi, xüsusən də ətraflar sarğı qoyulandan sonra olacaqları vəziyyətdə olmalıdırlar. Məsələn, sarğıdan sonra xəstə gəzərsə, diz oynağına dizin bükülmüş vəziyyətində sarğı qoyulması yararsızdır;

- bintin uclarını bədənin sağlam hissəsi üzərində (!) bağlamaq lazımdır.

Qoyulan sarğı ətrafda qan dövranını pozmamalıdır! Əgər travmaya məruz qalmış ətrafda keyləşmə hissiyyatı yaranarsa, ağrı güclənərsə, şişkinlik artarsa və ya sarğıdan aşağıda dəri göyərməyə başlayarsa, sarğını bir qədər boşaltmaq və ya dəyişmək lazımdır.

Sıxılmış vena və kapilyarlarda tez bir zamanda tromb (qan laxtaları) əmələ gəlir və bu səbəbdən də qanaxma dayanır. Bundan sonra zərərçəkənə isti maye içirtmək, lazım olduğu halda ağrıkəsici dərman vermək, istiliyi qorumaq üçün üstünü örtmək və qanaxmanı tamamilə dayandırmaq üçün onu mümkün qədər tez bir zaman ərzində xəstəxanaya çatdırmaq lazımdır.

Sarğı qoyduqdan sonra qanaxma davam edərsə, artıq bağlanmağa başlamış kiçik damarları zədələməmək üçün sarğını çıxarmamaqla, onun üzərindən ikinci, lazım olduqda isə üçüncü sarğını da qoymaq lazımdır. Adətən, hətta güclü venoz və kapilyar qanaxmalar zamanı sarğının üst-üstə üç dəfə qoyulması qanaxmanı dayandırmağa imkan verir. Qanaxmanı dayandıran kimi xəstəni dərhal yaxındakı xəstəxanaya və ya travma məntəqəsinə çatdırmaq lazımdır!

Yadda saxlayın! Göz travması və kəllə sümüyündə sınıq olması ehtimalı olduğu halda başın travması zamanı yaraya sıxıcı sarğı qoymaq olmaz!

Arterial qanaxmaya nisbətən venoz qanaxmanı saxlamaq xeyli dərəcədə asan olur və adətən bu zaman jqut qoyulması tələb olunmur. Əgər hətta üst-üstə qoyulan 3 sıxıcı sarğı qoyulması nəticəsində venoz qanaxmanı saxlamaq mümkün olmazsa, qanaxma yerindən bir qədər aşağıda (!) həmin ətrafa jqut qoyulur (jqutun qoyulması qaydaları barədə aşağıda  oxuya bilərsiniz).

Güclü arterial və qarışıq tipli qanaxma zamanı (eyni zamanda arteriya və venadan qanaxma olduqda) tez bir zamanda yaradan təxminən 5 sm yuxarıda olmaqla ətrafa qanaxmanı saxlayan jqut qoymaq tələb olunur. Jqutu ətrafa (əl, ayaq) yalnız güclü arterial qanaxma olduqda, qanaxmanı digər üsullarla saxlamaq mümkün olmadıqda qoymaq lazımdır!

Ətrafa jqut qoyulması çox ağrılı proseduradır. Hətta zərərçəkən jqutu boşaltmağa çalışacaq – buna hazır olmaq lazımdır.

Bazuönü sahəyə və baldıra jqut qoymaq olmaz. Çünki bu, sinirin sümüyə sıxılması nəticəsində onun zədələnməsinə, nəticədə isə ətrafın iflic olmasına səbəb ola bilər. Burada qanaxmanı dayandırmaq üçün yara nahiyyəsindən yuxarıda olan oynağı sıx şəkildə büküb, bint və ya digər bir vasitə ilə (kəmər, dəsmal və s.) sıx bağlayırlar (bax şəkil N 3).

Bəs jqut necə qoyulmalıdır?Bunun üçün əvvəlcə arteriyanı sıxmaq lazımdır ki, qanaxma dayansın. Əlbəttə ki, bu yolla siz qanaxmanı uzun müddət ərzində saxlaya bilməzsiniz. Qan "fontanı” dayanan kimi, ətrafa jqut qoymaq lazımdır.

Dərini sıxmamaq üçün jqut nazik parça altlığın üstündən (dəsmal, parça və s.) və ya 1 paltar qatının üstündən (şalvar, köynək) qoyulur.Bilavasitə lüt bədənə jqut qoymaq olmaz! Jqutun altına qoyulan parça büküşlərsiz - hamar olmalıdır! Zədələnmiş ətrafı bir qədər qaldıraraq, altdan qoyulan parça üzərindən, qabaqcadan dartılmış jqutu bir neçə dəfə sıx şəkildə ətrafa dolayırlar. Jqut düzgün qoyularsa, ətraf tez bir zamanda avazıyır və soyuyur, yaradan axan qan isə dayanır. Eyni zamanda qoyulan jqutdan aşağı hissədə ətraf damarlarında pulsasiya (nəbz) da yox olur. Sonda jqutun kənarlarını bir-birinə bağlayırlar.

Əgər jqut damarları kifayət qədər sıxmazsa, qanaxma davam edəcəkdir. Bu halda jqutu çıxararaq yenidən qoymaq lazımdır. Əgər qanaxma dayanarsa, ancaq jqutdan aşağıda damar üzərində pulsasiya hiss edilərsə, bu halda da jqutu çıxarıb yenidən qoymaq tələb olunur! Yadda saxlayın ki, düzgün qoyulmayan jqut toxuma və sinirlərin geriyədönməz şəkildə zədələnməsinə səbəb ola bilər! Ona görə də jqutu yalnız qan güclü "fontanla” axdığı halda qoymaq lazımdır!

Əgər lazım olduğu anda əlinizin altında jqut olmazsa, bu məqsədlə kəndir, kəmər, şərf, dəsmal, əsgi parçasından da istifadə etmək olar. Bu halda həmin parcanı həlqə şəklində bağlayıb, zədələnmiş yerdən bir qədər yuxarı olmaqla ətrafa keçirir, sonra parçanın həlqəsinə taxta parçası, qələm, karandaş və s. yerləşdirərək, qanayan damar tam sıxılana qədər burmağa başlayırlar (bax, şəkil N 4). Sonda taxta parçasının geriyə burulmaqla açılmaması üçün onu digər əsgi parçası ilə ətrafa (ayağa və ya qola) bağlayırlar.

Toxumaların, xüsusən də sinirlərin əlavə zədələnməsi təhlükəsi olduğu üçün jqutu əvəz etmək məqsədi ilə məftil, şnur, ip və s. bu kimi nazik əşyalardan istifadə edilməsi məsləhət görülmür!

Ətrafa qoyulmuş jqutu yay aylarında 1 saat ərzində, qış aylarında isə 30 dəqiqədən artıq (uşaqlarda bu müddət daha qısa olur) saxlamaq olmaz. Bu qaydaya əməl edilməzsə, bədənin jqutdan aşağıda yerləşən hissəsindəki toxumalar tam şəkildə məhv ola bilərlər.

İlin soyuq aylarında jqutun zədələnən ətrafda uzun müddət ərzində qalması, zədələnən hissədə qan ilə təchizat dayandığı üçün donvurma təhlükəsi çox yüksək olur. Əgər jqutun qoyulması vaxtı bitərsə, zədələnən damarı jqut olan yerdən bir qədər yuxarıda barmaqlarla sıxaraq, jqutu çıxarmaq, 2-3 dəqiqə gözlədikdən sonra isə onu əvvəlki yerindən bir qədər aşağı və ya yuxarı olmaqla yenidən qoymaq lazımdır. Yadda saxlamaq lazımdır ki, jqutu təkrar qoyduqdan sonra onun ətrafda qalma müddəti əvvəlki icazə verilən müddətin yarısına bərabər olur!

Jqut cəld hərəkətlərlə qoyulur. Jqutu çıxardıqda isə bunu asta-asta etmək lazımdır.

Bu məqsədlə səthi riflənmiş (kələ-kötür) olan və zədələnən sahədə qan dövranını minimal şəkildə saxlayan müasir jqutlardan istifadə etmək daha yaxşıdır (belə jqut apteklərdə və ya ilkin tibbi yardım üçün olan xüsusi aptek qutusunda olur).

Zərərçəkənin alnında, yanağında və ya əlində iri hərflərlə qələmlə (və ya bu kimi digər vasitələrlə) jqutun dəqiq qoyulma vaxtını və "jqut!” sözünü yazmaq lazımdır!

Qoyulan jqutun üzərini örtmək olmaz – o, mütləq görünməlidir! Jqut qoyulmuş ətrafı bir qədər yuxarı qaldırıb, altına yastıq, mütəkkə, bükülmüş paltar qoyaraq, hərəkətsizləşdirməq məqsədi ilə onu taxta parçasına bağlamaq - şin qoymaq və üzərini paltar, ədyal bə s. ilə örtmək lazımdır (qış zamanı zərərçəkənin özünü də isti bürümək lazımdır). Sonra zərərçəkəni dərhal yaxındakı xəstəxanaya və ya travma məntəqəsinə çatdırmaq lazımdır!

Böyüklərə nisbətən uşaqlarda arteriyaların daha elastik, arterial təzyiqin isə daha aşağı olduğunu nəzərə alsaq, onlarda zədələnmiş sahədə nəinki güclü venoz qanaxmanı, hətta çox da güclü olmayan arterial qanaxmanı da zədələnmiş sahəyə sıxıcı sarğı qoymaqla dayandırmaq olar! Ona görə də uşaqlara, yalnız istisna hallarda – sıxıcı sarğı heç bir kömək etmədikdə jqut qoymaq olar!

Yuxarıda qeyd etdiyimiz kimi, qolda və ya ayaqda olan arterial qanaxmanı ətrafın sıx qatlanması ilə də dayandırmaq olar. Bunun üçün yara nahiyəsindən yuxarıda olan oynağı sıx şəkildə büküb bint və ya digər vasitələrlə (kəmər, dəsmal, şərf, və s.) fiksasiya (bağlamaq) edirlər – bağlayırlar (bax şəkil N 3). Əksər hallarda bu üsuldan yuxarı ətraf damarlarında olan qanaxma zamanı istifadə olunur.

Belə ki, bazuönü nahiyədə və əl pəncəsində yara sahəsindəki qanaxmanı saxlamaq üçün  ilk növbədə sıx şəkildə bükülmüş pambıq və tənzifdən hazırlanmış kiçik mütəkkəni dirsək oynağının bükücü sahəsinə yerləşdirmək lazımdır. Bundan sonra dirsəyi güclü şəkildə sıxaraq, bilək nahiyəsində nəbz itənədək və yara nahiyəsindəki qanaxma dayananadək bint və ya kəmər ilə bazuönü hissəni bazu hissəsinə sıxaraq bağlayırlar. Ancaq bir çox hallarda bu üsulla qanaxmanı tam şəkildə saxlamaq mümkün olmur. Sınıq və ya sınığın olmasına şübhə olduğu hallarda da bu üsuldan istifadə etmək olmaz!

Daha bir vacib məsələ! Yarada şüşə və ya hər hansı digər iti əşya gördükdə, heç bir halda onu çıxarmağa cəhd etməyin! Bu zaman siz zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilərsiniz. Qanaxmanı saxlayaraq zərərçəkəni tez bir zamanda həkimə çatdırın!

Daxili qanaxma zamanı zədələnmiş nahiyədən axan qan xaricə deyil, orqanizmin öz daxilindəki boşluqlara (qarın boşluğu, döş qəfəsi boşluğu və s.) axır. Bu, adətən, hündür yerlərdən yıxıldıqda və ya güclü zərbədən sonra baş verir. Daxili qanaxmanın əlamətləri aşağıdakılardır:

- dəri örtüklərinin həddindən artıq avazıması;

- soyuq tər;

- üşütmə;

- səthi və zəif tənəffüs;

- bəzi hallarda ağrı (ağrı olmaya da bilər);

- bəzi hallarda qan qarışığı ilə qusma (mədə qanaxması zamanı);

- bəzi hallarda qanlı öskürək (ağ ciyər qanaxmaları zamanı) və s.

Daxili qanaxması olan insanı nəqliyyatla daşımaq çox təhlükəlidir. Buna görə də xəstəni xəstəxanaya yalnız həkimin müşayiəti ilə aparmaq olar. Bunun üçün dərhal "təcili yardım” çağırın. "Təcili yardım”a zəng vurarkən, zərərçəkəndə daxili qanaxmaya şübhə olması barədə mütləq məlumat vermək lazımdır.

"Təcili yardım” gələnə qədər xəstəni ehtiyatla yarıoturaq vəziyyətdə uzatmaq, üstünü isti örtmək, hərəkət etməyə və danışmağa imkan verməmək, qarın nahiyəsinə isə içərisində buz və ya soyuq su olan rezin qovuq ("qrelka”) qoymaq lazımdır. Daxili qanaxmaya şübhə olduğu halda, xəstəyə nə yemək, nə su, nə də ağrını kəsmək üçün dərman preparatları vermək olmaz!

Bəzi hallarda güclü qanaxma zamanı huşun itirilməsi də baş verə bilər. Bu zaman zərərçəkəni üzüyuxarı uzatmaq, ayaqlarını yuxarı qaldıraraq onları dizdən bükmək lazımdır. Heç bir halda xəstəni tək qoymayın!

Bəzən elə olur ki, gizli daxili qanaxma uzun müddət ərzində baş verir və nəticədə insan sağlamlığında ciddi problemlərə səbəb olur. Uşaqlarınızın səhhətinə və öz səhhətinizə qarşı çox diqqətli olun!Əgər siz uşağınızın dərisinin get-gedə avazımasını görsəniz, o, ümümi zəiflikdən, tez-tez olan baş ağrılarından, təngnəfəslikdən şikayət edirsə, onun nəcisinin rəngi qara rəng alarsa və ya nəcisdə qan qarışığı qeyd edilərsə, dərhal həkimə müraciət edərək ehtiyat etdiyiniz fikirləri onun diqqətinə çatdırmaq lazımdır.


Şərhlər: 14
Baxılıb: 829
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aliceWOnDer
bu haqda umumiyyetle ilk tibb yardim haqda melumatim var, lakin bunu ede bilmerem , cox heyecanli oluram kimse yanimda xeste olanda
14 iyun 2015 23:11
# 14
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Golden rose
Mence ilk once xesteni hekime aparmaq lazimdir. Aparana qeder de zedenlemis yere yas desmal qoya bilerik
14 iyun 2015 23:09
# 13
ALESSANDRA
Həyat bilgisi fənnində bu il keçdik hamsın bilirdim tşk
14 iyun 2015 20:22
# 12
Don't trust anyone ∆
my_angel
Biologiya dərsində keçmişik,amma bu qədər də ətraflı keçməmişdik,təşəkkürlər
14 iyun 2015 15:09
# 11
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Catwoman666
men de bilogiya dersinden az cox oyrenmisem bu haqda.
14 iyun 2015 14:49
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
lazimli melumatdi insallah lazim olmaz no yenede bilmek vagibdir
14 iyun 2015 14:46
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Leylican
hamisini oxumadim amma faydali ,melumatlardir
14 iyun 2015 14:44
# 8
SEBR....
Fialka
Çox faydalı məlumatlardı. Qan axma zamanı ilkin tibbi yardım göstərə bilirəm ancaq digər nüanslar və daxili qanaxmalar zamanı nə edildiyini bilmirdim, öyrənmiş oldum təşəkkürlər.
14 iyun 2015 14:04
# 7
tek umidim sen
Biologiya dersinde oyrenmisik bunlari...
14 iyun 2015 12:34
# 6
Kadın derin ama adam yüzme bilmiyor...
Dosta_inam
Çox faydali meslehetlerdir,teşekkür.
14 iyun 2015 10:59
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Mektebden bu haqda melumatim var. ilk tibbi yardimlari bilirem
14 iyun 2015 10:41
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Cox lazimli xeberdi bilmeli oldugumuz vacib melumatlari oyredir.tesekkurler)
14 iyun 2015 10:12
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
tatyana
ozumun basima gelmiyince bilmirdim,indi qanaxma zamani ne etmek lazimdirsa hamisini oyrenmisem.men iceri qanaxma ola ola uzanib yatmisdim,o dunyadan qaytardi hekimler
14 iyun 2015 10:08
# 2
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Tomris Müslümova
bunlari bilmek cox vacibdi faydalidi tesekkurler
14 iyun 2015 10:03
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz