Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yanıq xəsarəti alana bunları bir-bir etməlisiniz
Yanıq xəsarəti alana bunları bir-bir etməlisiniz
Göndərən: Sabrina
Şərhlər: 15
Baxılıb: 1042
Səs ver:
Yanğın hadisəsindən heç birimiz sığortalanmamışıq.

Yanıq ən ağır xəsarət hesab olunsa da, bəzən nə özümüzü, nə də yaxınlarımızı bu xəsarətdən uzaq tuta bilirik. Hətta  aramızda uşaq vaxtı yüngül də olsa, yanıq xəsarəti almayan az adam tapılar. Odur ki, yanıq xəsarəti alanlara ilk tibbi yardımın necə göstərilməli olduğunu da hamımız bilməliyik.

Ü.Zeynalova deyir ki, yanıq xəsarətləri zamanı ilkin tibbi yardımın səhv göstərilməsi yanıq yarasının daha da ağırlaşmasına səbəb ola bilər. Ümumiyyətlə, yanıqlar dərinin və dərialtı toxuma qatlarının zədələnmə dərəcəsinə görə 4 cür olur.

1-ci dərəcə zədə yerində dərinin qızarması və şişkinliyi, 2-ci dərəcə açıq sarı rəngli maye ilə dolu kiçik suluqların əmələ gəlməsi, 3-cü A dərəcə böyük gərgin suluqların əmələ gəlməsi ilə müşahidə olunur. Suluqların divarları adətən cırılmış, yaranın dibi çəhrayı rəngdə və nəm olur. Ağrı hissi suluğun dib hissəsində saxlanmış və ya zəifləmiş olur. Daha gecikmiş müddətlərdə açıq sarı, bəzi hallarda qəhvəyi və boz rəngə çalan qartmaq əmələ gələ bilər. 3-cü B dərəcə qanlı möhtəviyyata malik, adətən divarı dağılmış, dibi quru, ağımtıl, bəzən mərmər şəkilli, tək-tək avazımış ləkələrlə olan suluqların əmələ gəlməsinə səbəb olur. 4-cü dərəcəli yanıqlar isə ən ağır və çox təhlükəli hesab edilir. Bu yanıqlar zamanı nəinki dərinin bütün qatları, həmçinin dərialtı birləşdirici toxuma və əzələ qatı da zədələnir. Bu zaman yaranın səthi tutqun-boz rəngdə olur. Buna kömür yanığı deyilir. 4-cü dərəcəli yanıqlar oynaqlarda olarsa, amputasiya aparılır. Bu yanıq yarasının sahəsi böyükdürsə, insanın həyatını xilas etmək də çətin olur.

Həkimin sözlərinə görə, yanıqların sağalma vaxtı onların dərəcələrinə görə dəyişir: "1-ci dərəcəli yanıq ən asan sağalan yanıqdır. 2-ci dərəcəli yanıqda sağalma dövrü 14 gündən sonra başlayır, 21-ci günə qədər çəkir. 3-cü dərəcəli yanıqların sağalma dövrü də xeyli çəkir. 4-cü dərəcəli yanıqlar ən gec sağalan yanıqlardır. 4-cü dərəcəli yanıqdan sonra yaralar uzun müddət ərzində sağalır, uzun müddətli və mürəkkəb cərrahi müalicə tələb olunur, bəzi hallarda isə yanıq nəticəsində zədələnmiş ətrafın amputasiya (kəsilməsi) edilməsinə tələbat yaranır”.

 

Cərrah qeyd edir ki, yanıq hadisəsi baş verən zaman xəstəyə ilkin tibbi yardımın necə göstərilməsi də önəmlidir: "Zərərçəkənə ilkin yardım göstərilməsinin lap əvvəlində mümkün qədər tez bir zaman ərzində yüksək temperaturun təsirini dayandırmaq lazımdır. Əgər bu alov olarsa, zərərçəkənin üzərinə su tökmək və ya onun üstünə örtük, adyal atmaq lazımdır. Bu zaman alov sahəsinə hava axını kəsildiyi üçün o, tez bir zamanda sönür. Bunları çox ehtiyatla, zərərçəkənin başını örtmədən etmək lazımdır. Əks halda, onda tənəffüs yollarının yanığı və yanmanın toksik məhsulları ilə zəhərlənmə baş verə bilər. Bundan sonra mümkün qədər cəld hərəkətlərlə, yanıq sahəsini zədələmədən, yanmış paltarlarını kəsib çıxarmaq lazımdır. Əgər paltar bədənin zədələnmiş hissəsinə yapışarsa, onu yaradan qoparmaq olmaz. Bu halda paltarın həmin sahəsini yara ətrafı boyunca kəsmək lazımdır. Yanıqlar zamanı ilk tibbi yardımın xarakteri yanığın dərəcəsindən və sahəsindən asılıdır. Yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk tibbi yardımı zədələnmiş sahənin soyudulmasından başlayırlar. Bədənin yanan sahəsini 10-15 dəqiqə ərzində soyuq axar su altında saxlayın. Bu, dərinin soyumasına, ağrının keçib getməsinə səbəb olur və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır. Çox təəssüf ki, bəzən evdə yanan sahəyə yağ, yağlı məlhəmlər, vazelin, kartof, diş məcunu və sair sürtürlər. Bu, qəti qadağandır. Bununla siz yanan dəridən istiliyin xaric olunmasının qarşısını almış olursunuz. Dəri su ilə soyudulandan sonra yanıq sahəsinə yanıqlara qarşı olan "Pantenol” adlı dərman çəkmək lazımdır. Ardınca "Betadin"lə sarğı qoyulmalıdır. Güclü və sahəsi xeyli dərəcədə geniş olan yanıqlar zamanı zərərçəkəni təmiz döşəkağı ilə bürümək, ağrıkəsici dərmanlar vermək və dərhal xəstəxanaya çatdırmaq lazımdır. Uşağa antihistamin preparatını, həmçinin ağrıkəsici dərmanı yaşına uyğun dozada olmaqla vermək lazımdır. Çoxlu su, maye vermək olmaz, çünki qaytara bilər. Güclü yanıqlar zamanı dözülməz ağrılar yarandığı üçün ağrı şokunun qarşısını almaq məqsədi ilə ağrıkəsici dərmanların verilməsi çox vacibdir”.
son vaxtlar valideynlərin səhlənkarlığı üzündən 8 ayından 2 yaşına qədər uşaqların yanıq xəsarətləri almasına tez-tez rast gəlinir. Ona görə də valideynlər xüsusilə bu yaşlarda uşaqları yanğına səbəb olacaq maddələrdən uzaq tutmalı, isti suyu, südü, çayı, hətta yeməyi onların əli çatacaq yerə qoymamalıdır.


Şərhlər: 15
Baxılıb: 1042
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Bədənimdə yanıq izləri yoxdur. Sözün düzü yanıq xəsarəti almamışam.

...666...
30 iyul 2015 12:30
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Allah uzaq etsin, cox pis seydir yaniq, mende adet halini alib uje, hara getsem eve catar catmaz bir yerim yanir, kartoska qoyuram herden, cox vaxt yaniq ucun olan preparatlardan istifade edirem, tesekkur melumat ucun.
27 iyul 2015 07:59
# 14
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Menimde bedenimde yaniq izleri coxdur. En yaxsi vasiteler kartofdur . Umumiyetle yaniqcun mazlar cox tez effekt verir ve boyuk komeklik gosterir
26 iyul 2015 21:57
# 13
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Sevincka
faydalı xəbərdir amma kaş ki daha tez oxuya biləydim hələ səhər anam barmağını yandırmışdı və diş məcunu çəkmişdi ciyy
26 iyul 2015 21:47
# 12
vipbetul
lazimli melumatdi
26 iyul 2015 18:35
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mrs.Pianist
12 il bundan qabaq sifetim butun yanmisdi qaynar qefedan tokulmusdu pis idi uzum 15 mualice aldim dermanlar mazlarr minn wukur ALLAHima uzumde hecne qalmayib o yaniqdan eser elamet yoxdu.Bilmeyenler bilende wok olurki senin uzun yanib? ALLAHima coox wukur.ALLAH qorusuun yaniq pis weydi
26 iyul 2015 15:15
# 10
Acısı çox olan qizların guluşu gozel olur.!
ayka95
Demey olar men her yemey bisirende elimi yandirmaliyam amma leke qalmir
26 iyul 2015 14:13
# 9
WiRiN BaLaM
yanıq ləkəsi çox gec gedir bedenden .. Allah özü qorusun mənimdə dizim peçə dəyib yanıb ləkəsi getməyəcək deyə çox qorxuram.
26 iyul 2015 14:02
# 8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Bebiw
Allah uzaq elesin Hec duwmenimiZede gostermesin! Amin
26 iyul 2015 13:05
# 7
sowu
neri
bilirdim bunlari.allah uzag elesin pis seydi
26 iyul 2015 12:31
# 6
Sert
qanadli melek
Yaniq cox pis seydi hem agrisiyla hem lekesiyle.Allah uzaq elesin
26 iyul 2015 11:41
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
lelos
en qorduqum şeydi yaniq
26 iyul 2015 11:15
# 4
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
eıiyeva gülmaye
Allah uzaq etsin
26 iyul 2015 10:29
# 3
GUNAY---
Allah gostermesin hec kime
26 iyul 2015 10:12
# 2
Gul_Konul
ALLAH uzaq elesin..
Bilmediylerimi oyrenmiw oldum twkler
26 iyul 2015 10:05
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz