Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günəş şüasından necə qorunmalı?
Günəş şüasından necə qorunmalı?
Göndərən: Sabrina
Şərhlər: 15
Baxılıb: 573
Səs ver:
İngiltərənin tibb jurnalı olan "The Lancet"in verdiyi məlumatlar bu günə qədər müxtəlif derma-kosmetoloqların rəylərinin üzərinə kölgə saldı.

Belə ki, jurnalın məlumatına görə, günəş şüalarından qorunmanın ən yaxşı yolu günəş şüaları altında qalmamaqdır. Qoruyucu kremlər, şapkalar, günəş çətiri və s. bu kimi vasitələr isə günəş şüalarının qarşısını çox az miqdarda alır.

İsveçrə, Danimarka və ABŞ universitetlərindəki dermatoloqlar günəşdən qorunma strategiyasını "günəşə mümkün olduğu qədər az məruz qalmaq, şapka taxmaq və qoruyucu geyimlər geymək" olaraq açıqlayıb. Günəşdən qorunmada parçanın toxunma növü, rəngi, ağırlığı və qalınlığı kimi bir çox meyarın önəmli olduğunu açıqlayan mütəxəssislərin fikrincə, tünd rənglər açıq rənglərə nisbətən daha az qoruyucu xüsusiyyətə malikdir.

Mütəxəssislər bildirirlər ki, çox günəş şüası altında qalmaq dəridə nazikləşmə, qırışma, dəri quruluğu, ləkələnmə, erkən yaşlanma, kapilyar damarların üzə çıxması, dəri xərçənginin meydana gəlməsi riskinin artması, günəş allergiyası və s. bu kimi problemlərin yaranmasına səbəb olur.  günəş şüalarının ən təsirli vaxtı saat 10.00-16.00 arasıdır. Ona görə də günün bu saatlarında daxili məkanlarda olmaq məsləhət görülür. Günəş şüalarından qorunmaq üçün (əgər açıq havada işləyirsinizsə) həmin saatlarda kölgəyə çəkilin və ya əyninizə tünd rəngli geyimlər geyinin. "Günəş kremlərinin qoruyuculuğu üzərində qeyd edilir. Buna görə də çalışın ki, kremlərin istifadə qaydalarını oxuduqdan sonra onlardan istifadə edəsiniz. Yaşlılar və gənclər dəri tiplərinə uyğun kremlərdən istifadə etməlidirlər. Unutmamaq lazımdır ki, günəş kremlərini günəşə çıxmamışdan yarım saat öncə tətbiq etmək lazımdır. Gün kremlərini dəriyə kafi miqdarda yeridilməlidir. Dənizə və ya hovuza girdikdə, dəsmalla qurulanan zaman yenidən gün kremlərindən istifadə etmək lazımdır".

Həkim bildirir ki, yay fəslində xüsusi müalicə alanlar günəş şüalarına qarşı daha diqqətli olmalıdırlar. Çünki kimyəvi preparatlar dərinin həssaslığını daha da artırır. 3 yaşından kiçik uşaqlar, ümumiyyətlə, günəş şüaları altında saxlanılmamalıdır. Uşaqların gün ərzində itirdikləri su miqdarını tənzimləmək üçün gün ərzində çox su içirmk lazımdır.

Həmsöhbətimizin dediyinə görə, günəş dəridə qalıcı yanıqlara da səbəb ola bilər. Günəş şüaları altında qoruyucu geyimsiz və maskasız qalındığı zaman dəridə qızartı, qaşınma və bəzən sulu yaralar əmələ gəlir. Bu yaralar gün yanığı hesab edilir.

Çox zaman günəş şüalarının orqanizm üçün xeyirli olduğunu deyib uşaqları saatlarla günəş altında oynamağa buraxır, böyüklər isə dənizkənarında, hovuz başında gün vannası qəbul edirlər. Mütəxəssislərə görə, günəş şüaları xeyirlidir, amma düzgün zamanda qəbul edildiyində. Günün müəyyən saatları var ki, həmin saatlarda günəş işığı altında qalmaq olmaz. Çünki bu, dəriyə zərər verməklə yanaşı insanların həyatına da son qoya bilər.

günəş şüaları altında çox qalınan zaman günvurma baş verə bilər ki, bu da çox zaman ölümlə nəticələnir. Günəş adətən istiliyin 32-dən yuxarı, nisbi rütubətin 60-dan çox olduğu saatlarda təhlükəli olur. Orqanizmin olduğu mühitin istiliyinin yüksəlməsinə qarşı ən əhəmiyyətli müdafiə etmə vasitələri, dəridəki damarların genişləməsi və tərləmə ilə maye itirilməsidir. Tərləmə davam etdiyi müddətdə kifayət qədər duz və su qəbul edib istiliyə dözmək mümkündür. Rütubətin nisbəti artdığı zaman tərləmə ilə olan maye itkisi azalmağa başlayır və beləcə gün vurma ehtimalı yaranır. "Günvurma zamanı bədənin hərarəti 41 dərəcəyə qalxır. Ürək, beyin, böyrək, qaraciyər kimi bir çox həyati əhəmiyyət kəsb edən orqanın funksiyası pozula bilər. Günvurma ani olaraq ortaya çıxan baş ağrısı, baş gicəllənməsi, danışma pozuntusu, huşunu itirmə, xəyal görməyə başlama, ürəkgetmə və komaya səbəb ola bilər. İki cür günvurma var. Klassik günvurma yaşlılarda, damar sərtliyi, ürək qeyri-kafiliyi, şəkər xəstəliyi olanlarda, alkoqoliklərdə müşahidə edilir. İsti dalğaları bu insanlarda infarkt və ürək çatışmazlığı ilə bağlı ölümə səbəb ola bilər. Hərarət yüksək olduğu üçün halsızlıq tipik haldır".

Müsahibimiz bildirib ki, ağır günvurma zamanı termometr 41 dərəcəni göstərsə də, daxildə istiliyin dərəcəsi 44-ə qədər qalxa bilir. Bu halda dəri quru və qızarmış olur, nəbz sürətli, tənəffüs isə zəif olur. Bu zaman zərərçəkmiş yuxulayır və ya komaya düşə bilər.

İkinci tip günvurma - efora isə adətən işçilərdə, cütçülərdə, əsgərlərdə, idmançılarda daha çox baş verir. Əlamətləri klassik günvurmaya bənzəsə də, bunun aldadıcı bir fərqi var. Belə ki, efora günvurma zamanı bədənin daxili istiliyi çox olsa da, xaricdən çox soyuq olur. Bu zaman zərərçəkənlərdə böyrək çatışmazlığı, damarda qan laxtalanması daha sürətlə yaranır.

Abbasovanın dediyinə görə, günvurma zamanı ilk olaraq xəstədə soyudulma prosesi aparılmalıdır. Belə ki, bəzən xəstəyə maye qəbul etdirməyə çalışıb bədəni soyutma ilə məşğul olmurlar. "Əslində isə birinci bədən soyudulmalıdır.

Xəstə kölgə bir yerə uzandırılmalı, sərin su ilə yuyundurulmalı və xəstəxanaya çatdırılmalıdır".

günvurmadan qorunmaq üçün günün isti saatlarında evdə oturmaq lazımdır. İsti günlərdə həzmi asan olan yeməklər yemək, çox maye qəbul etmək, müyvə-tərəvəz yemək, siqaretdən uzaq durmaq və tez-tez duş qəbul etmək lazımdır.

Qeyd edək ki, insan orqanizmi hər bir şəraitə, eləcə də istiyə 1 həftə müddətində alışır. İlk gün hiss edilən narahatlıq sonuncu günə qədər azalıb yox olur. Buna görə də çalışın ki, bədəninizin öyrənə biləcəyi 7 gündə özünüzü günvurmadan qoruyasınız.


Şərhlər: 15
Baxılıb: 573
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Bebiw
ele bele yaxsidi
baci neynirsəne ağarmağı
bu saat hami qaralmaq istiyir
Alessandra Baci vallah men qeribe qarayam
29 iyun 2015 07:44
# 15
sowu
Catwoman666
hedden artiq Gunes altinda olmaq deriye cox ziyandir. Gunesin derimize olan tesirini azaltmaq ucun guneslenerken gunes kreminden istifade etmek lazimdir
26 iyun 2015 23:10
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
my_angel
Günəşlənməni yerli-yerində,qədərində etsək yaxşı olar,məncə. Günəş şüası altında çox qalmaq da ziyanlıdır. Lakin günəşin ultra-bənövşəyi şüaları dəridə "D" vitamini yaradır. Bu da uşaqlar üçün böyük önəm kəsb edir,eyni zamanda böyüklər üçün də.
26 iyun 2015 20:40
# 13
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
ALESSANDRA
güneşden qorunuram
hem insanı qaraldır..hemde deride lekeler buraxır

tşk

Sitat: Bebiw
Men qarayam qaralmiwam ozumu nece agarda bilerem goresen?

mende qarayam(esmer)
ele bele yaxsidi
baci neynirsəne ağarmağı
bu saat hami qaralmaq istiyir
26 iyun 2015 19:25
# 12
Don't trust anyone ∆
Bebiw
Men qarayam qaralmiwam ozumu nece agarda bilerem goresen?
26 iyun 2015 17:23
# 11
sowu
vipbetul
calishmaq lazimdirki gunes olan vaxtlarda havaya az cixasan shlyapalar acqi kremlerden isdifade etmek lazimdirki gunes shuasindan az da olsa qoruna bilesen
26 iyun 2015 16:41
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka95
men qurunmuram
26 iyun 2015 15:09
# 9
...AdaDunyam``
gunes kreminden istifade etmirem..twk
26 iyun 2015 14:55
# 8
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
aliceWOnDer
Bayra cixiram ki, gunesdende qorunum.?
26 iyun 2015 12:53
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
tek umidim sen
Gunes sualari bendende lekeler qoyur,bunu bilirem ona gore de qorunmaga calisiram....
26 iyun 2015 12:09
# 6
Kadın derin ama adam yüzme bilmiyor...
BARBI
Gunas suslari bedende lekeler qoyur . Ona gore her zaman qorunuram
26 iyun 2015 12:03
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nergizz
gunewli havada cixmamaga calwram cunki tablawa bilmirem,,twkur maraqli xeber idi,
26 iyun 2015 11:38
# 4
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Dosta_inam
Teşekkür maraqlı idi,güneş altında oturmağı sevirem,xeyir ziyan ferq etmir mene.
26 iyun 2015 11:19
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Günəş şüalarını qəbul etmək orqanizm üçün faydalıdır ancaq baxır necə istifadə edilir. Çünki saatlarla günəş vannası qəbul etmək dəridə həssaslıq yaradır, dolayısıylada bir çox dəri problemləri yaranır . Ancaq günün müəyyən saatlarında qoruyucu vasitələrdən istifadə etməklə günəşlənmək olar.
26 iyun 2015 11:18
# 2
Antikvar
Bir zamanlar günəş şüaları altında qalmaqla D vitaminidi deyirdilər,indi tam əksi ziyanlıdı vurğulayırlar.Ziyanlı olduğU qədər xeyridə çoxdu,əsas dəniz mövsümündə çimərlikdə özünü günəşin zərərlərindən qoruyucu vastələrdən istifadə edərək günəşlənmə olar.
26 iyun 2015 11:00
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz