Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Beyinin fəaliyyətinin yaxşılaşdırılması üçün 5 məsləhət
Beyinin fəaliyyətinin yaxşılaşdırılması üçün 5 məsləhət
Göndərən: Sabrina
Şərhlər: 11
Baxılıb: 826
Səs ver:
Məsləhət 1.
İnsan beyninin normal fəaliyyəti üçün sağlam və tamdəyərli qidalanma çox vacibdir.
Bəzi qida məhsulları var ki, bu məhsullar beyinin fəaliyyətinə çox müsbət təsir edir. Məsələn, beyin üçün Omeqa-3 yağlı turşular çox vacibdir. Bu turşularla zəngin olan məhsul balıqdır.
Növbəti beyin üçün vacib olan maddə fenilalanin amin turşusudur. Bu əvəzolunmaz aminturşusu orqanizmdə sintez olunmur və mütləq qida ilə orqanizmə daxil olunmalıdır. Fenilalanin ətdə, balıqda, yumurtada, süddə, kəsmikdə, xamada var.
Digər vacib aminturşusu triptofandır. Triptofan beyin hüceyrələrinin qocalmasının qarşısını alır. Triptofan hind quşu və toyuq əti, banan, qoz, fındıq, badam, keşyu kimi məhsullarda var.
Lizin aminturşusu təfəkkürü aktivləşdirir. Bu maddə acı şokoladın, kakaonun, qoz, fındıq, badam, araxis, cücərdilmiş buğda, lobya, noxud və s. kimi məhsulların tərkibinə daxildir.
Beynimiz şirin qidaları da xoşlayır. Qlükoza beyinin normal fəaliyyəti üçün ən vacib maddələrdən biridir. Qlükozanı bal, şirin meyvələr, quru meyvələr kimi faydalı məhsullardan alın (konfet və pirojnalardan yox!).

Məsləhət 2.
Beyini nə qədər çox yükləsəniz, beyin o qədər yaxşı işləyəcək. Bu təsdiq olunmuş qaydadır. Təbii ki, söhbət həddən artıq yükləmələrdən getmir.
Beyininizi daim məşq etdirin – yeni kitablar oxuyun, xarici dillər, şeirlər öyrənin, krossvordlar həll edin, şaxmatı oynayın və s.
Bütün ömrünü elmi kəşfiyyatlara həsr etmiş alimlərin beyini qoca yaşlarına kimi sağlam və cavan qalır.

Məsləhət 3.
Beyinin normal fəaliyyəti üçün ona kifayət qədər oksigen lazımdır. Hər gün 1-2 saat ərzində havada olun.

Məsləhət 4.
Fiziki aktivlik, idman orqanizmdə qan dövranını yaxşılaşdırır. Təbii ki, bu zaman beynizmizin qan dövranı da yaxşılaşır.

Məsləhət 5.
Kifayət qədər yatın. Daim az yatan insanların yaddaşı və diqqəti zəifləyir.

Məsləhət 6.
Beyinin fəaliyyətini yaxşılaşdıran xüsusi dərman preparatları mövcuddur. Belə preparatlar "nootrop” adlandırılır. Lakin bir çox həkimlər hesab edir ki, bu prepartalar sağlam insanlara (və xüsusilə də sağlam uşaqlara) təyin etmək düzgün deyil. Bu preparatların əksər hissəsi beyin funksiyalarının ciddi pozulmaları olan insanlar üçün (məsələn, Alsqeymer xəstəliyi olanlar və s.) nəzərdə tutulub.
Beyin fəaliyyətini yaxşılaşdıran təbii vasitə – qinko biloba bitkisidir. Bu bitki beyinin fəaliyyətini stimullaşdırır. Bitkinin əsasında çoxlu sayda təbii nootrop preparatları mövcuddur. Özünüzdə beyin fəaliyyətinin zəiflənməsini hiss etdikdə həkimlə məsləhətləşdikdən sonra bu preparatı qəbul edə bilərsiniz


Şərhlər: 11
Baxılıb: 826
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
savior angel
lazimli meslehetlerdi
20 yanvar 2016 16:47
# 11
I choose to be happy
ALESSANDRA
beynim heleki yaxsı işdiyir)lazım olsa edəcəm 122
6 iyun 2015 16:12
# 10
Don't trust anyone ∆
Catwoman666
faydali meslehetlerdir her zaman beynimizin feal islemesine fikir vermek lazimdi yeni meselen şrupu dusende yerine qoymaq lazimdiii122
6 iyun 2015 15:36
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
lazimli meslehetdi
6 iyun 2015 15:27
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Yusif Ulker
cox sagolun xeber icin tesekkurler
6 iyun 2015 12:20
# 7
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Aristocratic
twk maraqli melumat idi
6 iyun 2015 12:05
# 6
Gulun tikani var deyib uzulmekdense tikanin gulu var deye sevinin
yarpaq33
Beli cox faydali insan orqanizmu ucun xeyirli melumatdi tewekkurler
6 iyun 2015 11:33
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
her biri lazimi melumatlardi .beyin fealiyyetini yaxsilasdirmaqcun insanin beynindeki elave yuku problemleri atmaq lazimdir yoxsa mumkun deyil
6 iyun 2015 10:11
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Hər biri faydalı məsləhətlərdi beyinin inkişafı üçün, həmdə doğru qeyd olunub. Tək beyinin inkişafı üçün yox eyni zamanda sağlam həyat tərzi üçündə vacibdir.
6 iyun 2015 09:40
# 3
Dosta_inam
Teqdim edilen 6-meslehetden 6-cini çixmaq şerti ile qalan 5-meslehete emel edirem,teşekkür.
6 iyun 2015 05:28
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Nergız33
Hıııım deyirem menim günden güne yaddaşım niye zeyifleyir yuxusuzluqdan
6 iyun 2015 05:05
# 1
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz