Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hıçqırığı necə kəsməli?
Hıçqırığı necə kəsməli?
Göndərən: yasemin
Şərhlər: 13
Baxılıb: 778
Səs ver:
Bəzən el arasında hıçqıran adama zarafatla "yenə nə oğurlamısan" sualı verilir. Ümid edilir ki, qəfil sualla adamı çaş-baş edib, hıçqırığını kəsmək olar...
   
Adam nə üçün hıçqırır? Hıçqırıq diafraqmanın spazmaları nəticəsində əmələ gəlir. Diafraqma qıc olmuş halda azalmağa başlayır, bunun arxasınca isə, qeyri-ixtiyari qısa nəfəs gəlir.
   
Hıçqırtının səbəbləri dəqiq məlum deyil. Məsələn, körpə süd əmdikdən sonra hıçqırmağa başlayanda, "qursaq atır" deyirlər, yəni mədəsini böyüdür.
   
Hıçqırtı qəflətən baş verir. Çox vaxt hıçqırmağa təzə doğulmuş uşaqlar meylli olur. Bu normal haldır və valideynlər bunun üçün narahat olmaya bilər. Yəni, əgər uşaqda belə bir problem varsa, qorxmaq lazım deyil.
   
Müşahidə olunub ki, hıçqırıq adətən qidanın və ya mayenin sürətlə udmağından yaranır, bu da əlavə havanın udmağına gətirib çıxardır.
   
Hıçqırıq qısa müddətdə və çox miqdarda yeyilən yağlı yeməkdən də irəli gələ bilər. Hıçqırığa çox əsəbiləşmək və həyəcanlanmaq da səbəb ola bilər.
   
Hıçqırığın dayandırılması üçün müxtəlif üsullar mövcuddur. Bəziləri hesab edir ki, insanı qorxudarkən hıçqırıq dayana bilər. Bu, yanlış fikirdir, qorxu özü də hıçqırmanın səbəbi ola bilər.
   
Hıçqırığın aradan qalxmasına çox şirin və ya buzlu su içmək, bir balaca parça buzu udmaq, limonun yarısını sormaq və ya asta-asta bir tikə boyat çörək yemək kömək edir.
   
Rus təbabətçiləri hıçqırığı kəsmək üçün belə məsləhət verirlər: xırda-xırda doğranmış dəfnə və albalı yarpaqlarının hərəsindən 10 qram götürülür və bir stəkan qaynar suda dəmlənir. Gündə bir neçə dəfə, hər dəfə də 20-25 damcı bir xörək qaşığı suya tökülərək içilir.
   
Hıçqırığı kəsməyin ən qədim və sadə üsullarından biri də qurtum-qurtum soyuq su içməkdir. Bu, sadə müalicə də hıçqırığı dəf edə bilər.
   
Zirəni soyuq suya töküb vam odda qaynadırlar. Ondan bir neçə dəfə qurtum-qurtum içmək olar.
   
Əgər hıçqırıq ara vermirsə, onda bir qədər badam yağı ilə şəkər qarışdırın və əzin - onu qəbul etsəniz, hıçqırıq kəsilər.
   
Şüyüdün gövdə və toxumunu qaynadıb qurtum-qurtum içmək də olar.


Şərhlər: 13
Baxılıb: 778
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
hicqiriq oz ozune kecir yeni xususi nese elemeye ehtiyac yoxdur)) bir de eger hicqirigin daha tezz kecmesini isteyirsinizse aramla yavas yavas dayanmadan su icin
27 may 2015 18:01
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
Happy
Mende qorxuyla kechdiyini aanirdim amma oda sebeb ola bilermish. Bize ushaqliqda hemishe deyeediler ki, 7 qurtum au ich kechecek amma kechmirdi. Su elede komek etmir.. Chox faydali melumat oldu menim uchun. Teshekkurler..
27 may 2015 17:16
# 12
_damla_
belke birini hicqirmagi qisda bas verdi
buzlu su icse o bir defelik olar ki
27 may 2015 15:45
# 11
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
vipbetul
7 qurtum soyuq su icmey kesir hicqiraqi
27 may 2015 15:29
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Belə hal olanda uşaqlıq vaxtı bir deyim hər zaman eşidərdim,hələdə beynimdə həkk olunub qalıb imdidə mən uşaqlarıma deyirəm(Kiminsə payını yemisən)dedikləri ilə bərabər su iç keçəcək məsləhətləridə az deyildi)Çox hıçqıranlar üçün faydalı məsləhət ola bilər)tşk.
27 may 2015 14:34
# 9
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Fialka
Hıçqırıq birdən elə yerdə yaranır ki, çox uyğunsuz vəziyyətdə ona görə nəfəs alışına diqqət etməklə birdə suylada keçir ancaq elə olur bəzən çox uzun çəkir)) onda bu məsləhətlərdən də faydalanmaq olar, təşəkkür.
27 may 2015 13:41
# 8
Niquw Abdulayeva
Men hicqiranda tez tez su icirem ve komeyide olur
27 may 2015 13:07
# 7
Nur k-off
Mende olur bezen eseblesirem ne edirem kecmir
27 may 2015 12:29
# 6
SVETA
konka84
mən eşitmişəm ki,əgər hıçqırırsansa,deməli kimsə sənin üçün darıxıb 03
27 may 2015 12:27
# 5
Tomris Müslümova
suzicirem men elede kecib gedir.ama hicqiranda cox esebi oluram
27 may 2015 10:50
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Hicqirigin onlemekcun en yaxsi vasite birinin seni qorxutmasidir o deqiqe hicqiriq kesir
27 may 2015 10:27
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Meleknur
Men tez tez hicqiriram nefesimin tuturam ya da 7 qurtum su icirem kecir
27 may 2015 10:23
# 2
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
guler19
Hıçqırığı önləmək üçün əvvəlcə yavaş yemək, acı və ədviyyatlı yeməklərdən, qazlı içkilərdən uzaq dayanmaq lazımdır. Məndə olanda su içirəm əsasda başqa başqa işlərlə başımı qatıram. Başqasında olanda da qorxuduram Deyilənə görə qorxuylada kəsir hıçqırıq)))
27 may 2015 10:21
# 1
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz