Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süni göz yaradılır
Süni göz yaradılır
Şərhlər: 8
Baxılıb: 463
Səs ver:
Təsəvvür edin ki, gözümüz bizi əhatə edən dünyanı yalnız rəngli deyil, həm də ağ-qara şəkildə göstərir və bu, birbaşa bizim elektron cihazlara ötürülür. Və ya təsəvvür edin ki, o qədər iti görmə qabiliyyətinə maliksiniz ki, çox uzaq məsafədə belə ən xırda detalları asanlıqla ayırd edə bilirsiniz.
 
İtaliyanın Mhox tədqiqat şirkəti ümid edir ki, onun EYE layihəsi çərçivəsində yaradılacaq yeni süni gözlər sayəsində gələcəkdə bizim belə qabiliyyətlərə malik olmağımız mümkün olacaq. Süni gözlərin istehsalı xüsusi 3D bioprinterlərində həyata keçiriləcək.
 
Sözügedən layihənin elmi fantastika kimi səslənməsinə baxmayaraq, onun 2027-ci ilin yanvarına kimi reallaşdırılması planlaşdırılıb. Mhox tədqiqat şirkəti artıq konsepsiyanı yaradıb.
 
EYE (Enhance Your Eye) layihəsi üç əsas aspektdən ibarətdir: EYE Heal, EYE Enhance və EYE Advance. İlk iki aspekt insan gözünün yeni funksiyalarla (müxtəlif vizual filtrlər, vizual təsvirin ötürülməsi imkanı, həmçinin görmə itiliyinin dəfələrlə artımı) təchizini, sonuncu aspekt isə qüsurlu göz almasının yeni süni göz protezi ilə tam əvəzlənməsini nəzərdə tutur. Bu halda hər bir aspekt insana yeni gələcək torlu qişanın forma və rəngində geniş seçim təklif edəcək.
 
Mhox şirkətinin nümayəndəsinin fikrincə, müxtəlif tipli mürəkkəbə malik xüsusi 3D bioprinterlərin sayəsində yeni süni gözlərin istehsalı mümkün olacaq. Qeyd edək ki, bu layihə hələ ki yalnız konseptual şəkildə mövcuddur.
 
Mhox şirkətinin əsas dizayneri Filippo Nasetti bildirib ki, yeni süni gözün insana implantasiyası göz almalarının cərrahi müdaxilə nəticəsində çıxarılması və xüsusi süni əlaqələndirici implantatın quraşdırılması ilə başlanacaq, sonuncu beyindəki optik sinirlə yeni süni gözün əzələ liflərini birləşdirəcək. Süni orqanın daha müasiri ilə tez və asan əvəzlənməsi bu implantatın əsas özəlliyi olacaq.


Şərhlər: 8
Baxılıb: 463
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Hər zaman doğallıqdan yana olanların tərəfindəyəm, amma gözlərini ömürlük itirən insanlar üçün əla fikirdir süni gözün yaradılması.

...666...


Hər zaman doğallıqdan yana olanların tərəfindəyəm, amma gözlərini ömürlük itirən insanlar üçün əla fikirdir süni gözün yaradılması.

...666...
16 avqust 2015 01:07
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dj_Vampir
ALESSANDRA'onsuz bezi insanlar suni xaraktere malikdir.Ama heyat buna vadar edir(bezen)
vampir
15 avqust 2015 18:42
# 7
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
ALESSANDRA
birazdan süni insanda yaradacaqlar... dv
15 avqust 2015 17:20
# 6
Don't trust anyone ∆
ayka
indi de suni goz goresen daha nelerin sunisi olacaq...
15 avqust 2015 15:17
# 5
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
vipbetul
2027-ye kim ole kim qala.bu gunun yaradiciliqindan deyin gelegeyi neynirem
15 avqust 2015 14:14
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Maraqli ideadir, goren heqiqeten alinacaqmi istedikleri kimi.
15 avqust 2015 12:51
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
efsane..
maraqlidi goren heqiqetende alinacaqmi

maraqlidi goren heqiqetende alinacaqmi
15 avqust 2015 10:49
# 2
BARBI
Heqiqetende boyuk nailiyyetdir. En azinnan gozu olmayan insanlara umid isigidir
15 avqust 2015 07:47
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz