Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qan azlığının çarəsi bunlara əməl edin
Qan azlığının çarəsi bunlara əməl edin
Göndərən: yasemin
Şərhlər: 11
Baxılıb: 1747
Səs ver:
Baş gicəllənməsi, zəiflik, yorğunluq, yuxusuzluq, saç tökülməsi, həzmin pozulması amilləri qan azlığının əlamətidir. Bunların əsas səbəbi orqanizmdə dəmir, fol turşusu və B12, B9 vitamini çatışmazlığı ilə müşahidə edilir. Qan azlığı, yəni anemiya müalicə olunmayanda ciddi xəstəliklərə səbəb olur.
 
Qan azlığı olan şəxslər bədəninə ( xüsusilə, bel, qarın nahiyyəsi, böyrək və ayaqlar) abqora(üzümün yetişməmişindən hazırlanmış maye) sürtməli, sonra günəş vannası qəbul etməlidir. Qan azlığı olan uşaqlar üçün hər gecə yatanda kürəyinə zeytun və qara çörəkotu yağı sürtmək məsləhətdir. Çalışaq, qanımızı artırmaq üçün təbii qidadan istifadə edək. Sizə ən asan qan yaratmağa köməkçi olan qidaları təqdim edirik:
 
• Süd məhsulları;
• Yumurta sarısı;
• Göy soğan;
• Qaraciyər;
• Cücərmiş buğda;
• İspanaq;
• Dəniz kələmi;
• Küncüt dəmi;
• Küncut halvası;
• Alma qurusu;
• Heyva şirəsi;
• Kahı;
• Gicitkan dəmləməsi(1 dilim limonla);
• Mal əti;
• Nar;
• Qara kişmiş;
• Bəhməz;
 
• 200 qr. kərə yağını qaynama dərəcəsinə qədər odda saxlayın, sonra bura 3-4 almanı ( simerinko, yaxud antonovka) rəndədən keçirib əlavə edin, 6 ədəd yumurtanın sarısı ilə 100 qr şəkərin qarışığına  100 qr. şokolad əlavə edib, hamısını qarışdırın. Soyuducuda saxlamaq şərti ilə gündə 3 dəfə 1x.q qəbul etmək lazımdır.
 
• Ağ, yağlı pendiri rəndədən keçirin, qoz ləpəsi, 4 ədəd sarımsaq, 4 x.q zeytun yağını 4 ədəd yumurtanın sarısı ilə qarışdırıb gündə 3 dəfə 1x.q içmək lazımdır.
 
• Kök şirəsi 1 stəkan, çuğundur şirəsi 1 stəkan (2 saat soyuducuda saxladəndan sonra ), bal 1x.q.
 
Bunları qarışdırıb 2 yerə bölməlisiniz və səhər-axşam içməlisiniz.
 
• 3 kq. qara gilas (öküz ürəyi ), 1 kq şəkər. Onları şüşə qabda, kölgədə qalxıb şişənədək saxlamaq lazımdır. Qan azlığından əziyyət çəkən uşaqlara gündə 1 çay qaşığı, böyük uşaqlara 1 xörək qaşığı, böyüklərə 50 qr içirmək məsləhətdir.
 
• 0.5 kq qırmızı soğan, 0.5 kq şəkər. Onları mürəbbə kimi bişirib gündə 2-3 xörək qaşığını bir stəkan suya töküb içmək olar.
 
• 200 qr. nar şirəsi, 100 qr limon şirəsi, 100 qr kök şirəsi, 100 qr çuğundur şirəsi, 70 qr balı qarışdırıb soyuducuda şüşə qabda saxlamaq və gündə 3 dəfə 2 x.q yeməkdən qabaq qəbul etmək də qan azlığından əziyyət çəkənlərə kömək edir.
 
• Küncüt yağını səhər-axşam 1 ç.q ac qarına uşağa içirmək lazımdı. Tərkibində kalsium olduğu üçün uşağı masaj etdikdə, sümüklərin möhkəmlənməsinə çox gözəl təsir edir. Bunu 10 gün etmək lazımdır.
 
• Gicitkanın şirəsini çıxarıb soyuducuda saxlamalı, gündə 3 dəfə 1 çay qaşığı qəbul edilməlidir. Gicitkan qan qatılaşdırır, buna görə də 1 dilim limonla qəbul etmək lazımdır.


Şərhlər: 11
Baxılıb: 1747
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
oy narı qara kişmişi hedsiz sevirem mnde bele problem yoxdu ama yenede tşk
9 may 2015 18:00
# 11
Don't trust anyone ∆
Wappuw
Mendede qan azliqi var cox saq olun faydaki xeberdi
9 may 2015 04:02
# 10
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Rakella
mende de animiya var bezilerinden istifade edirem cox sag olun
8 may 2015 18:33
# 9
Impossible is not a word,it's just a reason for someone not to try
emis
Indi hamı qan azlığından əziyyət çəkir biri də mən məndə 48 faizdi qanım. Belə şeylərdə bizə babam çox kömək olur babam dərmanlara əl atmağı xoşlamır daha çox təbii sagaldici vasitələrə əl atır bizə də deyir bizdə hərdən edirik hərdən Yox . Hər biri faydalı məsləhətlərdi Təşəkkür edirəm.
8 may 2015 18:07
# 8
vipbetul
qan azliqina esasen qara ciyer nar cuqundur uzum coxdu qani artiran qidalar skalad
8 may 2015 16:13
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
qan azligi-anemiya xesteliyi haqqinda mueyyen qeder melumatim var. en cox da azyaslilarda qan azligi olur
8 may 2015 13:39
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
cinqosh
mən qanazlığı problemimi hər gün kök-çuğundur-alma şirəsi içməklə müalicə etmişdim.təşəkkürlər xəbərə görə.
8 may 2015 13:10
# 5
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Nur k-off
Mende de var başimin ağrisindan 7 aydir heç yere çixa bilmirem oyy bu xeber menim üçün göyden düşme oldu çox teşekkür
8 may 2015 13:06
# 4
SVETA
BARBI
Evvel variydi qan azligim mualice aldim hem de qan artiran qidalar qebul edirem

Evvel variydi qan azligim mualice aldim hem de qan artiran qidalar qebul edirem
8 may 2015 13:03
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
cucermis bugdani hec bilmirdim ki faydasi var...
8 may 2015 10:33
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Qan azlığından şikayətim yoxdur çünki hər gün göyərtilərdən birdə kök və çuğundur şirəsindən istifadə edirəm, qeyd olunan qidalarda faydalı ola biləər, təşəkkür.
8 may 2015 10:13
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz