Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Marketlərdəki gizli təhlükələr!
Marketlərdəki gizli təhlükələr!
Göndərən: cinqosh
Şərhlər: 13
Baxılıb: 587
Səs ver:
Məşhur ürək cərrahı Dr.Mehmet Öz marketlərdə sizi gözləyən gizli təhlükələr haqqında bəzi tövsiyələr vermişdir.
Qadınar.Biz təqdim edir.

1.Market səbətləri və ya arabaları.
Marketə ilk addım atdığımız andan etibarən təhlükə başlayır. Belə ki, marketə girdiyimiz ilk an əlimizi atırıq market səbətlərinə və ya market arabalarına. Sizdən əvvəl o səbət və ya arabaların tutacaqlarından neçə-neçə əllər tutmuş, bilirsinizmi? Bir çox infeksiyon xəstəliklərin məhz bu tutacaqlardakı keçici mikroblardan yarandığını bilirsinizmi? Bəs nə etməli? Marketdəki tutacaqları nəm salfetlə silib tuta bilərsiniz. Bu yadınızdan çıxırsa və ya tənbəllik edirsinizsə, evə döndüyünüzdə aldıqlarınızı ev əhlinə nümayiş etməzdən və mədənizə ötürməzdən əvvəl əllərinizi  yaxşıca yuyun.

2. Marketlərdə açıq satılan çörəklər.
Marketdə çörək almaq istədiyimizdə ilk işimiz rəfdəki 100 çörəkdən ən azı yarısını əlləyib ən qızarmış və böyüyüsünü axtarıb tapmaq cəhdlərimiz olur. Unutmayın, sizə qədər o çörəklərə çox insan əllərini vurmuşdur. Belə ki, çörək zavodunda bişən çörəklər yalın əllərlə yeşiklərə yığılır, yalın əllərlə marketlərdəki rəflərə yığılır və s. Bəs nə etməli? Bağlı paketlərdə çörək almağa çalışın. Aldığınız çörəyi 24 saat müddətində tükətin.

3. Marketlərdə ət məhsulları.
Ət məhsullarının uzunömürlülüyünü artırmaq üçün paketlərin içinə karbon-monoksid vurulur. Bu zaman ət rəfdə nə qədər durur-dursun təzə görüntüsünü itirmir. Bəs nə etməli? İlk öncə məhsulun üzərindəki istifadə tarixinə baxın. Alıb evə gətirdiyinizdə anında soyuducuya qoyun və 2-3 gün ərzində istifadə etməyə çalışın.

4. Marketlərdə meyvə-tərəvəz.
Mikrobların orqanizmə daxil olmasında meyvə-tərəvəzin rolu az deyil. Meyvə-tərəvəz toplanır, təmizlənir, yeşiyə yığılır, maşınlara yüklənir, marketlərə verilir, marketlərdə yeşikdən rəflərə yığılır. Tarladan süfrəmizə gələnədək uzun yolculuq əsnasında bu qida məhsullarına çoxlu əllər dəyir.Və həmçinin onlara heyvan atıqlarının da qarışa biləcəyini unutmayın. Bəs nə etməli? Meyvə-tərəvəz tez xarab olduğu üçün marketin daxili temperaturuna və məhsulların saxlanma şəraitinə diqqət edin. Meyvə-tərəvəzi istifadə etməzdən əvvəl yaxşıca yuyun. Qabığını soyacağınız qidaları da yuyun, çünki çirkli halda qabığını soyduğunuzda mikroblar içəri keçə bilir.( məsələn, soğan, kartof kimi qidalarda)

5. Marketlərdə un və un məhsulları.
Marketlərdə şampunlar, sabunlar, yuyucu tozları, təmizləyici vasitələr və s. kimi ətrafa qoxu yayan məhsulların cərgəsi ilə un və un məhsulları olan cərgələr yanaşı olur çox zaman. Un, makaron, vermeşil, şəkər tozu kimi məhsullar marketdəki qoxunu tez özünə hopdurur. Marketdə çəki ilə satılan bu məhsullar kisədə ağzı açıq şəkildə saxlandığı üçün təhlükə saçır. Bəs nə etməli? Ağzı bağlı paketlərdə satılan un və un məhsulları alın. Paketlərin üzərindəki istifadə tarixlərinə baxmağı da unutmayın.

6. Marketdə alış-veriş ardıcıllığı.
Marketdə alış-veriş etdiyiniz zaman toyuq, balıq kimi ətləri almağı sona saxlamağınız məsləhətlidi. Çünki bu məhsulların buzu açıldığı zaman suyu başqa məhsulların üzərinə axa bilər. Yuyucu vasitələrlə qida məhsullarını eyni paketə yığmayın. Qida məhsullarını rəngli paketlərdə saxlamayın istər soyuducuda olsun,  istərsə də şkafda. Çünki paketlərdəki rəng qatqıları asanlıqla məhsulların tərkibinə keçib zəhərlənmə verə bilir.

Unutmayın ki, bu həyatda sağlığınızdan önəmli heç nə yoxdur.


Şərhlər: 13
Baxılıb: 587
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nezka
1-cini bilmirdim
4 may 2015 22:02
# 13
İçimi görsən mənə aptek alarsan.
ALESSANDRA
artiq öyresmisem dexli yoxdu mikrobludu mikrobsuzdu esa oduki yemeye bir sey olsunn))))))))))))
4 may 2015 20:20
# 12
Don't trust anyone ∆
Catwoman666
Sitat: remse
Ehhhh ay bacı təki pul olsun səbəti doldurmağa,ona qalsa bazarlarda mikrob yuvasıdı,önəmli olan gigeyena qaydalarına əməl etmək

ayy sagol remse))tam raziyam fikrinle
2 may 2015 22:18
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
bele olduqda gerek hec kim heshne almasunda onsuzda her qida zeherli dermanlarla saxlanilir yetishdirilir,biz insanlarcin isdifade verilirki yeyin ichn tez olun
2 may 2015 17:47
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Market və bir çox yerlər mikrob yuvasıdır sadəcə aldığımız ərzaqların bağlı olmasına açıqda olanların isə aldıqdan sonra yuyulmasına diqqət etməliyik, evə girərkən isə ilk iş əlləri yumaq olmalıdır)..
2 may 2015 13:36
# 9
rəmsə
Ehhhh ay bacı təki pul olsun səbəti doldurmağa,ona qalsa bazarlarda mikrob yuvasıdı,önəmli olan gigeyena qaydalarına əməl etmək
2 may 2015 11:24
# 8
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
efsane..
demek olarki o mikroblar her yerde var esas diqqet her ne edirsense et yemezden evvel elini mutleq yu
2 may 2015 11:05
# 7
BARBI
Tekce market deyil ictimai yerlerin hamisi tehlike sacir . Her zaman bu kimi yerlere getdikde qapi pulplarinnan tutmamaga calisiram tutsamda salfetkadan istifade edirem
2 may 2015 10:23
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nergizz
indi neinki marketlerde,her yer bakteriya qaynyr,birinci,eve giren vaxt ilk novbede el yuyulmalidi mutleq,cunki ne qeder istesende,elini neyese vurursan,ikinci eti qessabdan,meyveni bazardan yada meyve magazasindan aliriq qalanlarda ki marketden alanda coxu bagli olur,hele o aciq corekler vare,cox vaxt saticiya deyrem bele corek satmazlar,bizde maqazind corekler kagiz torbalardadi,twk xeber ucun
2 may 2015 09:32
# 5
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Nergız33
Eti qessabdan, meyve terevezi bazardan alırıq cünkü bazarda markete nisbeten teze olur.qalanlarını ise marketden alırıq calışarıq fikir verek.
2 may 2015 09:16
# 4
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Nur k-off
Marketlerden bir çox erzagi almiram
2 may 2015 09:08
# 3
SVETA
emis
Bunların hər birinə diqqət yetirməliyik. Bizde çox vaxt açıq çörək alırıq yeni bağlı qalmayanda mecburuq, marketə mən getmədiyim üçün sebete fikir vermirəm ki salfetle silim təmizləyim. Bizde mamam gedir. .meyvələrə gəldikdə isə nə qədər təmiz görünsə də onlu onsuz yuyulur. .un və təmizləyici vasitələrin yaxın yerdə olduğunu görməmişəm yaxın qoymazlar. Ətin suyunun başqa ərzaqlar a keçməsi bizi də narahat edir. Bir dəfə et alanda cigalada qalmışdı cigalanin rəngi ətə keçmişdi. Buna görə xirdaliqlara diqqət etməliyik bunlar bəzilərinin fikir vermədikləri şeylərdi, Bunlardan kafamda olmayanlari bir neçəsini kafamda saxladım. Inanmiram marketlərdə bunlara market yiyələri diqqət edə. .Təşəkkür
2 may 2015 09:04
# 2
Marta
day ne qaldi:)
2 may 2015 08:38
# 1
Немного терпения, и у тебя все получится..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz