Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qulaq çöpləri niyə təhlükəlidir?
Qulaq çöpləri niyə təhlükəlidir?
Göndərən: cinqosh
Şərhlər: 16
Baxılıb: 1097
Səs ver:
"Qulaq çöpü” adlandırdığımız pambıqlı çubuqlar qulaqlarımız üçün əsl təhlükə mənbəyidir. Bütün qulaq çöpü qutularının üzərində "Qulaq daxilinə salmaq olmaz!” xəbərdarlığı yazıldığı halda, qulağımızda kiçik bir qaşıntı olduğunda və ya hamamdan dərhal sonra qulaq çöplərini alırıq əlimizə, bacardığımız qədər salırıq qulaqlarımızın içinə "kir” çıxarmağa. Qulaq çöpləri vasitəsilə qulağımızdan çıxardığımız "kir”lər əslində qulağın özünü müdafiə etmək üçün ifraz etdiyi mayedir!

Qulaq kiri dediyimiz, özündə dəri töküntülərini də ehtiva edən bu maye, xarici qulaq yolundakı yağ bezləri tərəfindən çıxarılır. Əsas vəzifəsi, xarici qulaq dərisini sudan və iltihabdan qorumaqdır. Ancaq qulaq kirləri eyni zamanda çöldən gələn tozun və digər cisimlərin qulağın iç qisimlərinə getməsinin qarşısını alan bir təbəqə meydana gətirir. Buna görə həkimlər tərəfindən faydalı bir sekresiya qəbul edilir və bu sekresiya həddindən artıq olmadığı müddətcə təmizlənməsi tövsiyə edilmir.

Ekspertlər  qulaq kirinin qulaq üçün olduqca faydalı bir sekresiya olduğunu və qulaq çöpləri ilə qətiliklə təmizlənməməsi lazım olduğunu söyləyir. Əks halda qulaq mexanizmi pozulur və tamamilə eşitməni itirmə təhlükəsi yaranır.

Qulaq-Burun-Boğaz həkimi Ömər Faiq Sağın, qulaq kirinin adamdan adama dəyişdiyini söyləyir. Həkim, "Normal halda qulaq kiri xarici qulaq yolu dərisində iştirak edən ətlər tərəfindən içəridən çölə doğru daşınaraq bədən xaricinə atılır. Qulaq çöpləri və bənzəri cisimlərlə qulaq təmizləmə vərdişi olan kəslərdəsə bu mexanizm pozulur." deyir. Yəni bu kəslər əslində qulaqlarını təmizləmir, kiri içəri itələyib yığılmasına və tıxac meydana gəlməsinə səbəb olur. Tıxac meydana gəldiyində isə eşitmə itkisi, ağrı, anormal səs və ya zingildəmə, qulaqda xarici cisim hissi, üzmə və ya duş sonrası tıxanıqlıq şikayətləri ortaya çıxa bilir.

Qulaq çöpü ilə təmizləmə zamanı xarici qulaq yolu zədələnə və ya cızıla bilər. Bu zədələrə bakteriyalar asanlıqla hopub xarici qulaq infeksiyaları yarada bilər.

Unutmayın ki, qulaq pərdəsi təxminən 2.5-3 sm içəridə yerləşir, qulaq çöpü ilə ani bir hərəkət qulaq pərdəsinin cırılmasına səbəb ola bilər.

Bəs qulaqlarımızı necə təmizləməliyik?
Həkimin qulaq təmizliyi ilə əlaqədar tövsiyələri belədir: Xarici qulaq yolu girişinə gələn hissəni dəsmal kənarı, salfet və ya kiçik barmağınıza dolayacağınız bir parça pambıqla təmizləyə bilərsiniz. Tozlu mühitdə işləyənlər qulaq tıxacları istifadə edə bilər. Beləcə qulağa toz keçməsinin qarşısını alıb qulağın işini yüngülləşdirə bilərlər.

Bütün bunlara baxmayaraq qulağınız həddindən artıq çirklənirsə, bu çirk yığınının xarici qulaq yolunu tıxayaraq eşitməyə maneə törədə biləcəyini ifadə edir və əlavə edir: "Yaş artdıqca qulağın özünü təmizləmə sürəti yavaşlayır. Buna görə qulaq kiri yığılması çox olur. Bu vəziyyətlərdə qulağı həkim nəzarəti altında xüsusi alətlərlə təmizləyirlər."


Şərhlər: 16
Baxılıb: 1097
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
Unutmayın ki, qulaq pərdəsi təxminən 2.5-3 sm içəridə yerləşir, qulaq çöpü ilə ani bir hərəkət qulaq pərdəsinin cırılmasına səbəb ola bilər.
ALLAH uzaq etsin,hec kim esitmeden,danismadan ede bilmez.

Unutmayın ki, qulaq pərdəsi təxminən 2.5-3 sm içəridə yerləşir, qulaq çöpü ilə ani bir hərəkət qulaq pərdəsinin cırılmasına səbəb ola bilər.
ALLAH uzaq etsin,hec kim esitmeden,danismadan ede bilmez.
2 aprel 2015 18:10
# 16
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
FISTIK
Diqetli istifade etsek mence zerer olmaz.
Amma men her basimi yuyanda yuyuram deye ehtiyac qalmir.
2 aprel 2015 00:48
# 15
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Fialka
Düzdü istifadə edirik ancaq həddi aşım dərinə keçirməkdə olmaz bu cür qulaq ağır xəsarət hətta karda ola bilir..
1 aprel 2015 23:10
# 14
emis
zererli oldugunu bile bile hami istifade edir bioyuklere bir yol var ama usaqlar ucun cetindi qulaq perdesi cirilsa fisyo taa tesekkurler
1 aprel 2015 17:26
# 13
aliceWOnDer
Birdəfə etdim o həkim derman qalmadı day etmirəm
1 aprel 2015 15:32
# 12
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
neri
zererli oldugunu bilmirdm
1 aprel 2015 14:07
# 11
Sert
qanadli melek
Istifade edirem zererli oldugunu bilmirdim
1 aprel 2015 13:21
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
men isdfiade etmirem iyrenirem
1 aprel 2015 13:15
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Qlamurr
Maraqlı xəbərdi,qulaq çöpünün zərərli olduğunu bilmirdim,çalışaram daha istifadə etmiyim.
1 aprel 2015 12:45
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
lelos
Men istifade edirem calisaram da istifade etmeyim
1 aprel 2015 12:16
# 7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
BARBI
Mende her seher el uzunu yuyanda qulagimida yuyuram ama mumkun qeder qulaq copunnen az istifade edirem cunki esitmeye ziyandir
1 aprel 2015 09:15
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Luna-90
Inanmiram istifade edirem.hekim qulagima derman yazib ne ile qoymaliyam bes ?
1 aprel 2015 09:01
# 5
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
aziz a
Men istidade edirem herden.
1 aprel 2015 07:43
# 4
Qelbim doludu !!!!
Nergız33
Herden istifade edirdim, diqet ederem
1 aprel 2015 06:22
# 3
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Dosta_inam
Mende istifade etmirem.uwaqliqdan qorxu var mende qulagim dewiler jar. Olaram deye.mama dedi eleme ele.qulaginin perdesi dewiler o gun bu gun qorxuram tewekkur
1 aprel 2015 06:00
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
GünƏşimƏ_AiD_
Hec vaxt istifade etmemisem.atamin qulaqinda qalmisdi mende qorxmusdum.
1 aprel 2015 03:37
# 1
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz