Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı ev bitkiləri havanı təmizləyir?
Hansı ev bitkiləri havanı təmizləyir?
Göndərən: Wiyinka
Şərhlər: 14
Baxılıb: 1383
Səs ver:
Gözəlliyi ilə insanı heyran edən ev bitkiləri,ev üçün həm dekorativ bəzək, həm də evin havasını təmizləyən önəmli bir atributdur.
Bu bitkilər, otağı çirkləndirən maddələrin konsentrasiyasını azaldır və hətta benzol, formaldeqid, toluol və ksilol kimi zərəli birləşmələrdən təmizləyə bilir. Ev bitkiləri həmçinin havada olan mikrobların sayını azaltma və rütubəti artırma gücünə malikdirlər.
NASA tədqiqatçıları və digər təşkilatlar, evin hər 10 m sahəsinə minimal olaraq 1 ev bitkisi saxlamağı tövsiyə edirlər. Pəncərə altında saxlanılan bitkilər nəinki havanın təmizlənməsini təmin edəcək, həmçinin baş ağrıları və sinir pozğunluqlarını aradan qaldıracaqlar.
Evinizin gözəlliyini, havanın mikroblardan təmizlənməsini, rütubətin artmasını və insan energetikasına xoş təsir bağışlanmasını təmin edən 6 ev bitkisi:

Xlorofitum
Bu gözəl bitki, havanı zərəli qatışıqlardan təmizləyir və formaldeqidləri udur. Həmçinin xlorofitum bakteresit (mikrobları öldürən) effektinə malikdir. Mütəxəssislər müəyyən ediblər ki, bu bitki 24 saat ərzində havanı mikroorqanizmlərdən təmamilə təmizləyir. Dibçəyə aktivləşdirilmiş kömür əlavə etdikdə isə təmizləyici xüsussiyyəti daha da artır.

Aloe
Aloe, havanı formadegidlərdən təmizləyib, onda olan sadə mikrobları sayını azaldır. Gecə oksigen ifraz edib, karbon qazını udur. Aloe olan evdə insanlar az xəstələnir, xəstəlndikdə isə tez sağalırlar.

Drasena
Bu bitki, sintetik örtük olan linoleum və DSP dən havaya ifraz olunan, benzol, amiak, formaldeqid, toluol, ksilol və digər zərərli birləşmələrin 70 % - ni təmizləmə gücünə malikdir. O, zərərli birləşmələri emal edir və mikrobların yarısını məhv edir.Bağırsaq xəstəliklərin ağırlaşmasının qabağını alır, yaraların və ümümiyyətlə dəri xəstəliklərinin sağalmasına kömək edir. İnsan hiss etmədən, bu bitki, sümük-əzələ sistemini bərkidir. Həmçinin dişlərə də xoş təsir edir.

Fikus
Bu gözəl bitki, 1 saat ərzində 10 mq formaldeqidi udmaq gücünə malikdir. Bununla bərabər o, energetik balansa təsir göstərir, immun sistemin terapevti rolunu oynayaraq, insana, özünün sakitliyi və stabilliyini ötürür.

Monstera
Monstera, havanın rütubətini artırır, harmoniya və sakitlik bəxş edib, nasazlıq zamanı yuxsuzluqdan qoruyur.

Spatifilium
Gözəl ağ gülləri olan bu bitki, havanı zərərli birləşmələrdən, formaldeqidlərdən, karbon qazından, trixlaretindən, benzol və ksiloldan təmizləyir. Mikroorqanizmlərin sayını azaldır və ən əsası isə kif göbələyi ilə aktiv mübarizə aparır.

Əziz xanımlar, sadalanan bu xeyirli bitkilər arasından uyğun olanını seçməklə, evinizdə təmiz havanı təmin edib, xoş atmosfer yaradacaqsınız!


Şərhlər: 14
Baxılıb: 1383
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nezka
Bilirdim bunları
4 may 2015 21:58
# 14
İçimi görsən mənə aptek alarsan.
efsane..
bir tek aloeni tanidim digerlerinin gansilar olduginu bilmirem
4 may 2015 16:39
# 13
Catwoman666
bizim evde dibcek, bitki yoxdur. en cox sevdiyim bitki de kaktusdur. tikanli))
2 may 2015 22:15
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
emis
evde goze gorunmeyen mikroblar coxdu onuda hec vaxt temizlemek mumkun deyil birdefelik.faydalidi her biri ev bitkilerinnen aram yoxdu bizim evde yalniz limon var bele seylerden) oda pa gelib.mence secim etmek lazim deyil butun yasil bitkiler ehavani temizleyir temiz hava yayar tesekkurler
2 may 2015 21:59
# 11
vipbetul
onda bunlarin heresinden bir chvetochnoy qorshok alib qoymaq lazimdi
2 may 2015 17:54
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Gultekin.A
Olurem guller ucun.
2 may 2015 15:32
# 9
..
tatyana
evde yasil bitgi olmasi mence hamisi havani temizliyir
2 may 2015 14:17
# 8
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Nur k-off
bizde aloeni var idi yandi
2 may 2015 13:56
# 7
SVETA
cinqosh
Bir tək aloeni tanıdım. Bizim evdə var. Bundan başqa ətirşah, kaktus bir də sarmaşıq gülü var. sevirəm ev bitkilərini.təşəkkür.
2 may 2015 11:58
# 6
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
qanadli melek
Evde gul olmagini xoslayiram bu gullerinde havani temizlediyini esitmisdim
2 may 2015 11:21
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Faydalı məlumatlardı ancaq bitkilərin şəkilləri olsa yaxşı olardı çünki sadəcə fikus və aloe bitkilərini tanıdım. Ayrıca fikusun bu qədər faydalı olduğun bilmirdim, burda çoxları evində fikus saxlıyır mən sevmirəm nəsə bundan sonra gərək saxlıyım təşəkkür))
2 may 2015 11:00
# 4
Nergız33
Ev gülerini xoşlayıram varımdı olara qulluq edende adamın esebleri sakitleşir
2 may 2015 10:22
# 3
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
BARBI
Men ancaq fikusu xoslayiram cox faydali bitkidir havani temizleyir

Men ancaq fikusu xoslayiram cox faydali bitkidir havani temizleyir
2 may 2015 10:17
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
ev bitkilerini çox sevirem,hetta varimdi aloe ve başqa bitgiler hem qeşeng görünür hemde havani sivejilwşdirir.temiz hava qebul etmemize kömek olur.
2 may 2015 10:12
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz