Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vitaminlərin orqanizmdə rolu
Vitaminlərin orqanizmdə rolu
Göndərən: ismayilova ulker
Şərhlər: 8
Baxılıb: 783
Səs ver:
İnsan orqanizminin normal fəaliyyəti üçün orqanizmə daim müxtəlif maddələr daxil olmalıdır - zülallar, yağlar, karbohidratlar, müxtəlif makro- və mikroelementlər, vitaminlər və s.

Vitaminlərin orqanizmdə rolu çox böyükdür, onlar müxtəlif proseslərdə aktiv iştirak edir. Orqanizmin vitaminlərə olan gündəlik tələbatı çox da böyük deyil. Lakin hətta hər hansı bir vitaminin çatışmazlığı müxtəlif pozulmalara səbəb ola bilər. Vitaminlərin orqanizmə daxil olması pozulduqda hipovitaminoz, vitaminlərin daxil olması tam kəsildikdə isə avitaminoz inkişaf edir. Hər ikisi insanın sağlamlığı üçün ziyanlıdır.

Orqanizm vitaminlərin əksəriyyətini sintez edə bilmir və bu o deməkdir ki, vitaminlər orqanizmə daim xaricdən daxil olmalıdır. İnsan sağlamdırsa və tamdəyərli qidalanırsa, bu insanın vitaminlərlə tam təmin olması üçün kifayət edir.

Lakin bəzi xəstəliklər zamanı (mədə-bağırsaq sistemi xəstəlikləri, mübadilə proseslərin pozulmaları və s.), xəstəlikdən sonra bərpa dövründə, uşaqlarda aktiv inkişaf dövrlərində, hamiləlik zamanı və s. vitaminlərin orqanizmə daxil olması kifayət etməyə bilər. Bu halda həkim vitamin-mineral komplekslərin birini təyin edə bilər. Belə kompleksləri yalnız həkimin məsləhəti ilə qəbul etmək olar. Məsələ burasındadır ki, artıq miqdarlarda orqanizmə daxil olan vitaminlər (buna "hipervitaminoz" deyilir) orqanizmə ziyan gətirə bilər.

Elmdə 20-yə yaxın vitamin tanınır. Bu vitaminlərin orqanizmdə funksiyası öyrənilib. Vitaminlərin bir hissəsi suda, digərləri ilə yağda həll olunur. Suda həll olunan vitaminlər bunlardır - B qrupu, C, H, PP. Yağda həll olunan vitaminlər isə bunladır - A, D, F, E, K. Bunu bilmək çox vacibdir. Bunu bilən insan vitaminlərin normal mənimsənilməsini təmin edə bilər. Belə misal gətirmək olar. Bildiyimiz kimi, bir çox sarı, qırmızı, yaşıl tərəvəzlərdə A vitamini var. Bu vitaminin normal mənimsənilməsi üçün yağ lazımdır. Məsələn, tərəvəz salatlarına mütləq bitki yağı əlavə etmək, tərəvəzdən qidaları hazırladıqda yağ əlavə etmək lazımdır.

Suda həll olunan vitaminlər orqanizmdən tez xaric olunur və burada yığılmır. Bu səbəbdən bu vitaminlər orqanizmə hətta lazım olandan artıq miqdarlarda daxil olduqda bu əksər hallarda hipervitaminozun inkişafına səbəb olmur.

Yağda həll olunan vitaminlər isə orqanizmdən daha gec xaric olunur və artıq miqdarlarda daxil olduqda orqanizmdə (xüsusilə qara ciyərdə və piy toxumasında) yığılır. Bu isə sağlamlıq üçün təhlükəli sayılır.

Belə ki, hamilə qadının orqanizminə A vitamini artıq miqdarlarda daxil olduqda, bu döldə müxtəlif pozulmaların inkişafına səbəb ola bilər.

Lakin onu da bilmək lazımdır ki, normal adi qidalanma hipervitaminozun inkişafına səbəb olmur. Hipervitaminoz vitamin-mineral komplekslənin nəzarətsiz olaraq qəbulunun nəticəsində inkişaf edə bilər.


Şərhlər: 8
Baxılıb: 783
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nezka
Vitamin hər adama lazımdı

Vitamin hər adama lazımdı
4 may 2015 22:00
# 8
İçimi görsən mənə aptek alarsan.
Catwoman666
vitaminler haqqinda melumatim var. bedende vitamin catismayanda cox pis xestelikler yaranir bedende. hetta rexit xestleiyi de yaranir d vitamunu catmayanda
2 may 2015 22:16
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
emis
bu haqda melumatim yox idi bildiyim yaxsi oldu indi insanlarda vitamin catismamazligi coxdu o da hava yeterince temiz olmadigindandi,calisaq vitaminli yeyecekler yeyek tesekkurler
2 may 2015 22:03
# 6
vipbetul
vitamin qebul elemek yaxsidi,esasende o vitaminleri qidalarda axtarmaq o qidalari qebul etmek daha yaxsidi
2 may 2015 17:48
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur k-off
hansisa bir vitamin catiwmayanda neler olur hamiya melumdur
2 may 2015 13:50
# 4
SVETA
cinqosh
Vitamin ən çox təzə meyvə və tərəvəzdə olur.tərəvəzi demirəm, ama meyvə yeməyə ərinirəm.Kimdi gedib onu götürə, yuya, üstünə təzədən ilıq qaynanmış su axıda və qabığını soya və yeyə.mənik deyil.Ona görə də vitaminsizlikdən əziyyət çəkirəm daima.çox sağ ol xəbər üçün.
2 may 2015 12:21
# 3
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Fialka
Bütün vitaminlər orqanizm üçün faydalıdır, ancaq gündəlik tələb üçün miqdarı var, biraz artıq qəbulu zamanı kökəlməyə səbəb olur , qeyd olunan hipervitaminoz haqqında isə bilmirdim təşəkkür))
2 may 2015 11:13
# 2
BARBI
Her bir vitaminin xususi rolu var. vitaminler catismadiqda orqanizmde bir sira fesadlar meydana gelir
2 may 2015 10:18
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz