Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fitoterapevtlərin yuxusuz insanlara məsləhətləri
Fitoterapevtlərin yuxusuz insanlara məsləhətləri
Göndərən: Wiyinka
Şərhlər: 10
Baxılıb: 602
Səs ver:
Yuxusuzluq - yuxunun qeyri-üzvi mənşəli pozğunluğu olub, bir çox xəstəliklərdən əziyyət çəkən pasiyentlərin tez-tez üzləşdiyi şikayətləridir. Yaş artdıqca bu şikayətlərin dərəcəsi də artır və daha çox ailə vəziyyətində problemlər olan qadınlar arasında müşahidə olunur. Bəzi hallarda isə yuxu pozğunluğu bir sıra psixi və ya somatik xəstəliklərin simptomlarından biri olur. Tam yuxusuzluq olmur, yuxunun müxtəlif şəkildə pozulması olur. Ona görə də yuxu pozğunluğunun müalicəsində dərman preparatları kifayət etmir, psixoterapevtik kömək də lazım gəlir. Yuxu pozğunluğu zamanı yuxunun tam olmaması baş vermir, yalnız keyfiyyətsiz yuxu olur. Yaxın keçmişlə müqayisədə indi bu problem daha kəskindir. Belə ki, yuxu pozğunluğuna gətirib çıxaran daha çox faktorlar var – (gecə işləmək, səs-küy, gün ərzində elektron oyunlarına aludə olmaq, konflikt vəziyyətlər, orqanizmdə B qrup vitaminlərin, misin, dəmirin çatışmazlığı və s.)

Neçə saat yatmaq lazımdır?
Orta hesabla insana 7-8 saat yuxu bəs edir. Lakin hər kəsin yuxuya tələbatı fərdidir. Doğrudur, tələb olunandan daha çox yatdıqda da yuxu pozğunluğu baş verir. Sağlam insanın orqanizmi özü yuxunun ona nə qədər kifayət etdiyini müəyyən edir. Eləcə də yuxusuzluğun müxtəlif səbəblərdən baş verdiyini də nəzərə almaq lazımdır.

Keçici yuxusuzluq bir neçə gecə davam edir. Çox zaman qorxu, tələbələrdə isə imtahan qabağı həyəcan, saat qurşağının dəyişməsi, vərdiş edilməyən şəraitdə yatdıqda baş verir. Yuxusuzluğun bu səbəblərdən pozulması müalicə tələb etmir.

Qısa müddətli yuxusuzluq bir neçə həftə davam edir və adətən insanlarda xoşagəlməyən hadisələrlə bağlı olur (yaxın insanın itkisi, boşanma, iş yerinin itirilməsi və s.). Əgər vaxtında psixoloji kömək göstərilməzsə, bu, xroniki formaya keçə bilər. Adətən 3 aydan artıq davam edir. Əgər bütün problemlər həll olunarsa, lakin yuxusuzluq aradan qalxmazsa, bu zaman artıq psixoloji yuxusuzluq hesab olnar.

Mütəxəssislər hesab edirlər ki, həmçinin apnoe, xorultu, ətrafların qıc olması, somnabulizm (lunatizm), «qorxulu yuxular» da yuxusuzluğa gətirib çıxara bilər.

Apnoe tənəffüsün yuxuda qısamüddətli dayanmasıdır. Adətən qırtlaq əzələləri boşalır, nəticədə hava ağciyərlərə dolmur. Bu zaman insan qəflətən oyanır. Uşaqlarda apnoe damaq badamcıqlarının iltihabı ilə əlaqədar da baş verə bilər.

Yuxusuzluğun səbəblərindən biri də xorultu sayıla bilər. Bundan daha çox kişilər əziyyət çəkirlər. İnsan kürəyi üstə uzandıqda daha çox xorultu yaranır. Lakin elə insanlar var ki, onlar istənilən vəziyyətdə yatarkən xorultu onları müşayiət edir.

Yuxusuzluğa şərait yaradan ətraf əzələlərinin qıcolması adətən həddindən artıq yorulmanın əlamətləri ola bilər. Hər iki cinsdə müşahidə olunur.

Ayaqlarda narahatlıq sindromu adətən baldır əzələlərində ağrılarda müşayiət olunur. Bu əlamətlərlə hərəkətsiz uzanmaq çətindir. Əsasən orqanizmdə şəkərli diabet, dəmir defisitli anemiyanınvə maddələr mübadiləsinin pozulmasının səbəbləri kimi baş qaldıra bilər. Ətraflarda qıcolmanı aradan qaldırmaq üçün kofe qəbulunu azaltmaq və ya ondan tamamilə imtina etmək gərəkdir.

Qorxulu yuxular adətən uşaqlarda hər hansı bir qorxulu hadisənin təzahürü kimi yarana bilər. Bu halda uşağa psixoloji köməkdən başqa xüsusi müalicə tələb olunmur.

Somnabulizm (lunatizm) uşaqlarda daha çox müşahidə olnur. Səhər yuxudan ayılanda onlar gecə baş verənləri xatırlamırlar. Çox zaman bu hal epilepsiya xəstəliyinin ilk əlamətləri kimi də təzahür edə bilər. Odur ki, həkimə müraciət etmək vacibdir.

Bir çox insanlar yuxusuzluğa qarşı müxtəlif preparatlar qəbul etməyə üstünlük verirlər. Lakin bu da əksər hallarda dərman asılılığına gətirib çıxarır. Bundan əlavə, qəbul edilən sintetik preparatlar yuxunun normal mexanizmlərini pozur və digər əlavə təsirlər göstərir.



Fitoterapevtlər yuxusuzluq zamanı aşağıdakıları məsləhət görürlər
Yatmazdan əvvəl isti şirin su və ya süd içmək (çay yox!), yaxud pişikotu kökündən hazırlanmış dəmləmə (1 stəkan suya 1 stəkan pişikotu kökü əlavə edib 20 dəqiqə saxlamaq və içmək) məsləhət görülür.

Qorxulu yuxulardan yaxa qurtarmaq üçün 1 stəkan razyana və ya maya otu dəmləməsi qəbul etmək məsləhət görülür.

Yatmazdan əvvəl gicgah nahiyələrinə lavanda yağı sürtmək və ya 1 parça qənd üzərinə 3-5 damcı yağ əlavə etmək, yuxudan əvvəl sormaq məsləhət görülür.

Yuxusuz gecələrdən yaxa qurtarmaq istəyirsinizsə, aşağıdakı qaydalara riayət edin:

Heç zaman yatağa erkən uzanmayın.

Hər gün eyni vaxtda yatağa uzanmayın.

Hər gün eyni vaxtda yataqdan qalxın.

Çalışın ki, yataqda uzanarkən heç nə etməyəsiniz.

Əgər yuxuya gedə bilmirsinizsə, yataqda uzanmayın.

Yataq otağından saatı götürün.

Gündüz yuxusundan imtina edin.

Əgər yatmaq fikriniz yoxdursa, yuxuya gedə bilmirsinizsə, yatağa uzanmayın.

Sizdə ,necə yuxu problemi olurmu?


Şərhlər: 10
Baxılıb: 602
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
yuxu problemim yoxdu sukur,no yuxu prablemi olanlarda coxdu
23 aprel 2015 16:04
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
emis
Mendede olur yuxu problemi əziyyət çəkirəm bu sarıdan, gecə yuxum gəlməyəndə yataq otağına yox başqa otağa uzaniram yuxu tentiden kimi qaçıram yerimə elə yatıram mən, birdə əlimdə ya komp ya da telefon olanda yuxum gəlir. Gecələr zornan yatıram o halda ola gündüzlər onda heç yata bilmirəm, yuxusuzluq insanda bir çox problemlərə də səbəb olur. Ən az 7-8 saatyatmalyiq mməndə 5-6 saat ancaq yatıram.
23 aprel 2015 14:27
# 9
aytil
men yaxsi gedirem yuxuya
23 aprel 2015 14:21
# 8
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Nur k-off
Men yaziq ele vaxti 5 saat yatiram derslerime göre
23 aprel 2015 11:16
# 7
SVETA
gfidaska
Men de eziyyet cekirem yuxusuzluqdan, artiq psixoloji hala kecib, eseblerim de pozulur...
23 aprel 2015 11:08
# 6
Nezka
7-8 saat mənim üçün çox azdııı yetmir mənə
23 aprel 2015 11:05
# 5
İçimi görsən mənə aptek alarsan.
aliceWOnDer
son zamanlar yuxu pozulub mende
23 aprel 2015 10:37
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
qanadli melek
Mende geceleri yata bilmirem hekim derman yazdi istifade etdim hec xeyri olmadi.yene yuxusuz qaliram bu meslehetlere emel edecem gorum ne olur
23 aprel 2015 10:26
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Mende var yuxu problemi 5 saatdan artiq yata bilmirem. Insanin esebi cox oyaq olur her seye reaksiya verir
23 aprel 2015 09:44
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Yuxu problemi olur hərdən bununda xeyiri yox əksinə ziyanları çoxdu, ən çox sinir sisteminə ziyan vurur..
23 aprel 2015 08:50
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz