Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təbii ağrıkəsici vasitələr
Təbii ağrıkəsici vasitələr
Göndərən: Wiyinka
Şərhlər: 16
Baxılıb: 1457
Səs ver:
Hər bir insan həyatda ağrı ilə üzləşir - baş ağrısı, diş ağrısı, qarın ağrısı, oynaqlar və əzələlərdə ağrılar və s.

Ağrı hiss etdikdə insanların əksəriyyəti ağrısızlaşdıran həblərə müraciət edir. Lakin belə həblərin qəbulu (xüsusilə insan bunu tez-tez etdikdə) heç də ziyansız deyil. Ağrısızlaşdıran dərmanlar mədə-bağırsaq sisteminin selikli qişasını qıcıqlandırır, alışqanlıq yaradır, müxtəlif yanaşı təsirlər verir və s. Sübut olunub ki, uzun müddət ərzində istifadə olunan ağrısızlaşdıran preparatlar leykopeniya kimi ağır qan xəstəliyinin inkişafına təkan verə bilər.

Ən çox "sevdiyimiz" ağrısızlaşdıran dərman "analqin" Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə üçün qəti surətdə tövsiyə edilmir. ABŞ və bir çox Avropa ölkələrində bu preparat artıq uzun illərdir ki istifadə olunmur.

Təbiət bizə çoxlu sayda təbii ağrısızlaşdıran vasitələri bəhş edib ki, bu vasitələrin istifadəsi həm lazım olan effekt verir, həm də ziyansızdır.

- Nanə. Bu bitki çox güclü spazmolitik təsirinə malikdir. Spazm nəticəsində yaranan baş ağrıları, qadınlarda menstruasiya qabağı və menstruasiya zamanı ağrılar, bağırsaq sancıları və s. ağrılar zamanı nanə dəmləməsi çox yaxşı ağrısızlaşdıran effekt verir. 1 xörək qaşığı quru nanə 1 stəkan qaynar suda dəmlənilir və gün ərzində kiçik qurtumlarla içilir.

- Mixək diş ağrısını azaldır. Bunun üçün diş oyuğunun içərisinə 1 dənə mixək qoymaq lazımdır.

- Sarımsaq da diş ağrısı zamanı yaxşı kömək edir. 1 tikə sarımsaq dişin üzərinə qoyun və bir qədər gözləyin, ağrı azalacaq. Bundan əlavə sarımsaq baş ağrısı zamanı da kömək edə bilər. Sarımsağı nazik kəsin, gicganlara qoyun və başınızı pambıq şərflə bağlayın.

- Zəncəfil, darçın, sarıkök güclü spazmolitik və ağrısızlaşdıran təsirinə malikdir. 1 stəkan suda 1/2 çay qaşığı zəncəfil tozu (və ya darçın, və ya sarıkök) dəmləyin və kiçik qurtumlarla için.

- Çay və qəhvə. Baş ağrısı zamanı istifadə olunan dərmanların bir hissəsinə "kofein" maddəsi daxildir. Bu maddə çayda və xüsusilə də qəhvədə var. 1 fıncan qəhvə və ya tünd çay baş ağrısının azalmasına kömək edə bilər.

- Albalı bağırsaq sancıları və menstrual ağrıları zamanı kömək edir.

- Süd xora xəstəliyi tutması zamanı tez və effektli şəkildə kömək edir. 1 stəkan ilıq süd için və az bir vaxt keçdikdən sonra ağrının azalmasını hiss edəcəksiniz.

- Çaytikanı yağı yanıqlar zamanı yaxşı kömək edir - ağrıları azaldır, yanıqların sağalmasını sürətləndirir.

- Evkalipt, kamfara, nanə yağları lümbaqo, nevralgiya, revmatizm ağrıları zamanı ağrısızlaşdıran təsir edir. Bu yağları ilə kompres etmək lazımdır.

- Xardal baş ağrıları zamanı çox yaxşı kömək edir. Bir tikə çörək götürün, ona nazik layla xardal çəkin və yeyin.

Xardal həmçinin əzələ ağrıları zamanı da yaxşı kömək edir. Xardalın bu xüsusiyyəti xardal kağızların istifadəsinin əsasında durur. Evdə xardal kağızları yoxdursa, pambıq parça götürün, üzərinə xardal çəkin və ağrıyan nahiyəyə qoyun.

- Çobanyastığı çox yaxşı ağrısızlaşdıran otdur. Bu otun dəmləməsi baş ağrıları, bağırsaq sancıları zamanı kömək edir. Babasil tutması zamanı çobanyastığı dəmləməsi ilə olan oturaq vannaları etmək olar.


Şərhlər: 16
Baxılıb: 1457
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qlamurr
Faydalı tövsiyələrdi,qeyd olunanlardan diş ağrısı zamanı mixəkdən istifadə etmişəm,müvəqqəti olsada effektini görmüşəm.
23 mart 2015 23:16
# 16
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Tomris Müslümova
mende tez tez gicgah agrisi olur ama derman atmiram!!!
23 mart 2015 19:03
# 15
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Gultekin.A
cox sagolun xeber ucun.bilmirdim coxsu
23 mart 2015 17:45
# 14
..
emis
istifade edecem laizm idi sagolun
23 mart 2015 15:53
# 13
cinqosh
Cox gozel.ama muasir dovrun agrilari da muasirdi axi. Indiki agrilara ancaq agrikesici ziyanli da olsa.tsk
23 mart 2015 15:52
# 12
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Nergız33
Bezilerini bilirdim ve isdifade etmişem tesirlidi
23 mart 2015 15:49
# 11
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
vipbetul
faydali melumatdi birce sarimsaqda chasdim o dishin aqrisini dahda artirare acidi axi
23 mart 2015 15:08
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
efsane..
heyf ki bezen asan olan dermanlardan istifade edirik sonrada lap zererleri ortaya cixir bele eks tesirsiz tebii vasitelerden istifade daha yaxsidi
23 mart 2015 15:02
# 9
qanadli melek
Cox lazimli faydali xeberdi twk
23 mart 2015 14:38
# 8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Faydalı məlumatlardı, hərdən baş ağrılarım olur, olanda da keçmir gün ərzində ancaq dərmanlardan istifadə etmirəm bilirəm ki, bir şeyə xeyirdisə birinə də ziyandı ən yaxşısı elə qeyd olunduğu kimi təbii vasitələrdi..
23 mart 2015 14:33
# 7
Nergizz
coxunu bilirdim,twk,sarmsaq diwin nervisini oldrur,twk xebere gore bilmediklerimde var idi
23 mart 2015 13:48
# 6
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
SEVGI DENIZIM
bilmediklerim var idi twk lazimli xeberdi
23 mart 2015 12:58
# 5
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Nezka
Mən bir müddət dişimin ağrısına görə analqinlə yaşadım
23 mart 2015 09:52
# 4
İçimi görsən mənə aptek alarsan.
BARBI
Offf en pis ve dozulmez agri dis agrisidir onu hec bir vasiteyle azaltmaq olmur.
23 mart 2015 09:44
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
tatyana
dis agrisinda mixekden istifade edirem,bas agrisinda kofeden.yazilanlari bilmirdim menimcun cox faydali xeber oldu.tsk.
23 mart 2015 09:24
# 2
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
aziz a
Bunlarin coxunun xeyirli tesirinden xeberim var idi, en coxda mixek.Mixekden dis agrisi zamani ozumde istifade etmisem, tesiride olub.Bundan basqa komfradanda qizim ucun istifade etmisem, bas agrisi zamani tund cay, ve qehveden istidade etmisem, bununda xeyirli tesiri olub....
23 mart 2015 09:14
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz