Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qanı duruldan təbii vasitələr
Qanı duruldan təbii vasitələr
Göndərən: Wiyinka
Şərhlər: 12
Baxılıb: 3344
Səs ver:
Qanın tərkibi, qatılığı və s. göstəriciləri insanın sağlamlığana böyük təsir edir.

Bəzən müxtəlif səbəblərə görə (düzgün olmayan qidalanma, susuzlaşma, travmalar, bəzi qara ciyər, qan xəstəlikləri və s.) qanın qatılığı normal göstəricilərdən artıq olur. Bu təhlükəli haldır. Qatı qan ürək üçün ziyanlıdır, damarlarda trombların əmələ gəlməsinin riskini artırır, infarkt, insult, varikoz xəstəliyi, tromboflebit kimi xəstəliklərin inkişafına təkan verə bilər.

Qanın qatılığının artması özünü bu kimi simptomlarla büruzə verə bilər: tez-tez təkrarlanan baş ağrıları, "səbəbsiz" yorğunluq, yaddaşın pisləşməsi, yuxululuq.

Bəzən isə bu heç bir əlamətlə ifadə olunmur və yalnız qan analizi zamanı aşkar olunur.

Pozulmanın səbəbindən asılı olaraq həkim xəstəyə müalicə təyin edir. Müalicədən əlavə bəzi qanı durulaşdıran xalq təbabəti üsullarından da istifadə etmək olar.

Bu vasitələrin arasında:
- 1 çay qaşığı çobanyastığı və 1 çay qaşığı dazı otu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və süzülür. Dəmləməni gün ərzində içmək lazımdır. Qəbul etdikdən əvvəl dəmləməyə bal və limon əlavə etmək lazımdır.

- Adaçayı da qanı duruldur. 1 xörək qaşığı adaçayı 1 stəkan qaynar suda dəmləyin və gün ərzində için.

- Portağal şirəsi çox yaxşı qan duruldan vasitədir. Hər gün 100-150 ml portağal şirəsini için.

- Moruq (təzə moruq, moruq kompotu, mürəbbəsi və s.) qanı çox yaxşı duruldur.

- Sarımsaq qanı çox yaxşı təmizləyir və duruldur. Sarımsaqdan bu kimi effektli təbii dərman hazırlamaq olar: 250 qr sarımsaq blenderdə əzilir, üzərinə 1 stəkan duru bal əlavə olunur, yaxşı qarışdırılır və 1 həftə ərzində sərin qaranlıq yerdə saxlanılır (soyuducuda yox!). Daha sonra dərmanı səhər yeməkdən 20 dəqiqə əvvəl 1 xörək qaşığı olmaqla qəbul etmək lazımdır.

- Zəncəfil və darçın qanın tərkibinə çox müsbət təsir edir, qanı duruldur. 4-5 sm uzunluğunda təzə zəncəfil kökü blenderdə xırdalanır, 1 çay qaşığı yaşıl çay və 1 cimdik darçın əlavə olunur və üzərinə 1/2 l qaynar su tökülür. Çay 1 saat ərzində termosda dəmlənilir, sonra süzülür, 1/2 limonun şirəsi və 1 xörək qaşığı bal əlavə olunur və gün ərzində çay kimi içilir.

- Şabalıd və xüsusilə onun qabıqları çox təsirli vasitədir. 50 qr şabalıd qabıqların üzərinə 1/2 l araq əlavə olunur və 2 həftə ərzində qaranlıq yerdə saxlanılır. Daha sonra məhlul yaxşı süzülür. Alınmış dərmanın 30 damcısını hər gün yeməkdən əvvəl 1/4 stəkan təmiz suya əlavə edin və için. Müalicə kursu - 3 həftə.

İstənilən bitki və digər təbii müalicəvi vasitələrindən istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.


Şərhlər: 12
Baxılıb: 3344
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
melorida
yaxsi meslehetlerdir babam ucun hazirlayacam tskler 08
11 avqust 2016 19:01
# 12
leyla_258
bele weylere baw qosmuram hec,cunki,mene elede maraqli gelmir bele seyler.
22 mart 2015 01:22
# 11
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Nergizz
en yaxwisi,limondu,
21 mart 2015 23:35
# 10
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Nazan
Adaçayı da qanı duruldur.
21 mart 2015 23:30
# 9
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
vipbetul
ne qesheng melumatdi,lazimlidi
21 mart 2015 14:48
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
Portagal siresi her gun olmasa dda umumilikde tez tez icirem. Daha dogurusu meyvenin ozunden istofade eedrem .. Sarimsaq da xeyirdir. Bezieri sevmir sarimsagi amma men sevirem))baxir hansi yemekle da)
21 mart 2015 12:02
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Menim de qanin durudur qatilasdiran vasitelerden istifade edirem
21 mart 2015 11:15
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
miray
ence duru olsa yaxsidi qan lazimliydi
21 mart 2015 09:43
# 5
Fialka
Qanın qaatılaşması bir çox problemlər yaradır bunun üçün qeyd olunan vasitələrdən istifadə etmək olar.
21 mart 2015 09:18
# 4
emis
qani en cox birde tez mandalin duruldur oda eyer normal yeyilse 1-2 dene yeyilse yox evveller menimde qanim qati idi sef elemiremse indi bilmirem neterdi ama qanim azdi faydali meslehetdi istifade edecem tesekkkur edirem
21 mart 2015 09:06
# 3
lili)
mene qani qatilasdiran lazimdir qanim cox durudu elim kesilse qani dayandirmaq olmur
21 mart 2015 08:12
# 2
aziz a
Adeten elametlersizde qanda qatilasma bas vere biler,mence bu daha risklidi, insan bir sey hiss etmeden bas verse hec bir komeklik etmekde olmayacaq.....
21 mart 2015 05:56
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz